BNA-nın dərman firmaları ilə NƏ ORTAQLIĞI?..
"Fikir vermisizsə son vaxtlar şəhər içi avtobuslarda dərman reklamlarının sayı nə qədər artıb?.." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Taçəddin Poladzadə adlı istifadəçi giley edir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-11_1667978397_1.jpg

Narazı vətəndaş daha sonra yazır: "Bilmirsən avtobusa minirsən , yoxsa aptekə girirsən. Çox ehtimal ki, BakuBus MMC-nin və XaliqFaiqoğlu şirkətlərinin dərman firmaları ilə güclü əməkdaşlıqları var. Ara yerdə əziyyət çəkən bizlər oluruq. Hər 2 dəqiqədən bir verilən səsli reklamlarla həm qulaqlarımız xarab olur , həm də əsəblərimiz.

Bunun üçün ən yüksək səviyyədə hara şikayət edə bilərik, görəsən? Çünki Bakı Nəqliyyat Agentliyi şikayətləri vecinə almır..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Dünyapress TV

Xəbər lenti