AMEA-da növbəti QANUNSUZLUQ:
Milli Elmlər Akademiyasının (AMEA) sabiq rəhbəri Arif Həşimovun səlahiyyət həddini aşdığına dair daha bir fakt aşkarlanıb.

DİA.AZ bildirir ki, Yenicag.az-a daxil olan məlumata görə, bu il oktyabrın 25-nə qədər AMEA-nın Prezidenti vəzifəsini icra edən, həmin tarixdən etibarən isə sözügedən qurumda Birinci vitse-prezident vəzifəsini icra edən akademik Arif Həşimov səlahiyyət həddini aşaraq Akademiyanın əməkdaşının işdən azad olunmasına dair 2022-ci il noyabrın 4-də sərəncam imzalayıb.

Arif Həşimovun imzaladığı sərəncamın əldə etdiyimiz surətində AMEA Rəyasət Heyəti aparatının ləğv edilmiş Aparat rəhbərinin xidmətində baş mütəxəssis vəzifəsini tutan Rzaqulu Musayevlə əmək müqaviləsinə xitam verildiyi qeyd olunub.

Birinci vitse-prezident sərəncamın başqa bir bəndində AMEA Rəyasət Heyəti aparatı Kadr potensialı və təhsil şöbəsi (Natiq Mehdiyev), Hüquqi təminat şöbəsi (Kamal Əliyev) və Maliyyə şöbəsinə (texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev) sərəncamın icrasından irəli gələn məsələləri həll etmək göstərişi də verib.

AMEA-nın yeni prezidenti İsa Həbibbəylinin artıq öz funksiyalarını yerinə yetirməyə başlamasına rəğmən, Arif Həşimova belə bir səlahiyyət verməsi, yaxud da onun öz səlahiyyət həddini aşmasına göz yumması təəccüb doğurmaya bilməz.

Çünki AMEA əməkdaşlarının işə götürülmə və işdən azad olunma səlahiyyəti Akademiyanın Prezidentinə məxsusdur. Doğrudur, AMEA-nın Prezidenti işə çıxmadığı müddətdə Birinci vitse-prezidentin onun fəaliyyətini icra etməsi mümkündür. Lakin artıq vurğulandığı kimi, burada söhbət gündəlik cari fəaliyyətdən yox, AMEA əməkdaşının işdən çıxarılması haqda sərəncam imzalamaqdan gedir.

Bəlkə, səlahiyyətinin mühüm elementindən imtinanı İsa Həbibbəylinin öz sələfinə jesti kimi dəyərləndirmək lazımdır? Nə qədər olmasa da, AMEA-nın rəhbəri postunda məhz Arif Həşimovu əvəzləyib axı…

Bütün hallarda belə bir faktın ortaya çıxması AMEA-nın öz reputasiyasını təmizləməsi üçün xeyli gözləmək lazım gəldiyini düşünməyə əsas verir.

AMEA-da növbəti QANUNSUZLUQ:
AMEA-da növbəti QANUNSUZLUQ:

Dünyapress TV

Xəbər lenti