“Bakı Beynəlxalq Avtovağzal Kompleksi, ayıb olsun sizin kimi quruma. Siz işçi işə götürəndə onun tərbiyəsi, vətəndaşla danışıq qabiliyyətinin olub olmamasını yoxlamırsınız?”
Tribuna. Az xəbər verir ki, bu sözləri sosial şəbəkədə Novruz Əliyev adlı istifadəçi yazıb. “Normal sual verirəm ki, niyə Astara rayonuna gün ərzində bircə gediş var, Lənkərana isə 4- dən çox. Astara bu ölkənin sonuncu rayonudur. Operatorunuz mənlə danışa- danışa yanındakı adamla da danışır, mənə deyir bizdə nə varsa odur. Bizdə belədir. Sual verirəm, deyir mən cavab vermirəm bu suala. Başa düşmürəm, siz qurum olaraq ümumiyyətlə vətəndaşa bu cür hörmət edirsiniz?! Necə yəni suala cavab vermirsiniz? Kimsiniz siz ? Dədənizin mülkü, nəslinizin pulu deyil, xalqın mülkü, dövlətin sərvətidir o pullar.
Ayrıca olaraq, ciddidən mənə maraqlıdır, Astara bu ölkədə sonuncu cənub şəhəridir. Niyə mən Lənkərana qədər gedib(7.40 AZN), Lənkərandan Astaraya, evimə də 15-20 AZN verib getməliyəm.Siz qurum olaraq hər rayona marşurut təşkil edə, avtobus şirkətləri ilə əməkdaşlıq edə bilmirsinizsə, o zaman niyə fəaliyyət göstərirsiniz ki ?!
Həm də, operator deyir biz dövlətdən və vətəndaşların büdcəsi ilə maliyyələşmirik. O zaman sual ortaya çıxır, siz haradan maliyyələşirsiniz ki ? Ya da, bu qədər etikasız, danışığını bilməyen adamı niyə işə götürürsünüz? Hansı özəlliyi var, və ya , nə dərəcədə işlərinizi görür ki, ona ehtiyac duyursunuz”.