"Heç yanda işləmirəm, amma mənə pul verirlər" -
Azərbaycan əsilli rusiyalı müğənni Jony (Cahid Hüseynli) ideal qadının necə olduğu barədə təsəvvürə malik deyil.

Bu barədə ifaçı Raava Music prodakşnına müsahibəsində deyib. "Həqiqət, ya da Hərəkət" oyununda iştirak edən Jony pərəstişkarlarının suallarının çoxunu cavabsız buraxaraq hərəkəti seçib. Suallar şəxsi həyatına və sənətinə aid olub.

Jony-nin sözlərinə görə, müğənnilik karyerasında müsbət cəhətlər üstünlük təşkil edir.

"Məndən soruşanda ki necəyəm, işdən yorulmuşammı, cavab verirəm ki, heç yanda işləmirəm, işsizəm. Sadəcə mənə xoş gələn işi görürəm, üstəlik, hələ mənə pul da verirlər. Bütün işlərdə mənfi cəhətlər var. Elə etmək lazımdır ki, iş daha çox həzz gətirsin. O zaman hər şey ahəngdar olacaq", - Jony deyib.

Cahidin həyatında valideyn məsləhəti böyük rol oynayıb. O, uşaq yaşlarından ata-anasını dinlədiyini deyib. Atasının "heç kimi müzakirə etməmək", anasının isə heç zaman təslim olmayaraq irəli getmək barədə nəsihətlərinə indi də əməl edir. Müğənni hesab edir ki, hətta 50-60 yaşı olanda da valideynlərindən məsləhət alacaq.
"Musiqi, sevgi, dostlar, pərəstişkarların şərhləri məni ruhlandırır. Sevgi barədə deyə bilərəm ki, ideal qadın obrazı haqda təsəvvürüm yoxdur. Mənim üçün ideal qız - aşiq olduğum qız olacaq. Bəlkə, sarışın, bəlkə, qaraşın olacaq, mənfi-müsbət xasiyyətləri olacaq. Parametr haqda fikirləşməyin mənası yoxdur. Sevgi qəfil gəlir", - Jony deyib.

Jony-nin Rusiyada uğuru
Cahidin dörd yaşı olanda valideynləri ilə Rusiyaya köçüb. Deyir ki, populyarlığında sosial şəbəkələr böyük rol oynayıb. Bakıda ilk dəfə "Jara-2019" festivalında çıxış edib.

Artist azərbaycanlı ifaçı Elman Zeynalovun əsasını qoyduğu Raava Music musiqi leyblına daxildir. 2019-cu ildə Vkontakte-nin versiyasına görə, Jony "İlin tapıntısı" adlandırılıb, onun "Xiyaban" ("Аллея") sinqlı isə 5 qat platin statusu qazanıb. 2020-ci ildə "Səma qızılgülləri" ("Небесные розы") albomu məşhur olub. Bu günlərdə Muz-TV-nin "Ən yaxşı mahnı" nominasiyasında mükafatını qazanıb. Populyar "Maska" şousunda isə həmyerlisi, opera ulduzu Yusif Eyvazovu qabaqlayaraq birinci yeri tutub.

Bölmənin digər xəbərləri

16 İyun 2021 "Kişilik kəlməsi kişidir deyə deyilmir, bu, damarda axır"
15 İyun 2021 “Spice Girls” 2007-ci ildən sonra ilk dəfə yeni mahnısını buraxacaq
15 İyun 2021 Lorak keçmiş əri ilə yenidən bir araya gəldi - Fotolar
14 İyun 2021 Məşhur kişi rejissor çimərlikdə çılpaq görüntüləndi Heç kimi vecinə almadan... (FOTOLAR)
14 İyun 2021 Damladan keçmiş həyat yoldaşı haqda şok sözlər: "Bir ailəsi də vardı..."
14 İyun 2021 Vəfa ərindən danışdı: "...... mənə mükafatdır"
14 İyun 2021 Tolik: "Ata olmağı çox istəyirəm"
13 İyun 2021 Vəfadan Aqşinə sərt sözlər: “Onu kişi kimi kişi bilirəm, amma...” - VİDEO
12 İyun 2021 "Xalqın maşınına boşuna göz dikib"
12 İyun 2021 Sərxan Mətanət İsgəndərlinin gəlinini qınadı: - “Sən kimə ərə gəlmisən?“
11 İyun 2021 Cavanşir Məmmədov və Manaf Ağayevin jurnalistlər haqda dediyi sözlər qalmaqala yol açdı
11 İyun 2021 Ebru Gündəşin “Instagram” paylaşımı diqqət çəkdi: “Çəkildim bir kənara, seyr etdim baş verənləri...” - FOTO
11 İyun 2021 Salma Hayek dekolteli geyimi ilə göz qamaşdırdı - FOTO\VIDEO
10 İyun 2021 Məşhur cütlük ayrıldı - FOTO
09 İyun 2021 Britni Spirs yarıçılpaq rəqsilə fanatlarını təəccübləndirdi – FOTO/VİDEO
08 İyun 2021 "Röyada nəsə olmalıdır ki, ona paxıllıq edim"
07 İyun 2021 Damlanın daha bir VİDEOSU YAYILDI - prodüsseri ilə (VİDEO)
06 İyun 2021 Gülyaz Məmmədova: "Bizim ayrılığımıza səbəb..."
05 İyun 2021 "Bir az kürəyimi açanda deyirlər lütdür“ - Roza Zərgərli
04 İyun 2021  "Mən, nə də ki, başqaları icazə verə bilməzdik ki, bayrağımız yerdə olsun"

Dünyapress TV

Xəbər lenti