“Həcilər də əldən çıxır, kasıblayırlar...“ - Müğənni Sevinc"Pandemiyadır, toy bazarı ölüb, anamın təqaüdü ilə dolanıram. Hər zaman qazanıb özümə bahalı ətir alırdımsa bu dəfə onu almadım. Geyimlərimi bir az azaltdım. Hansı ki, modelyerimə hər ay 3-4 səhnə geyimi tikdirirdim. Şükür Allaha çətin də olsa idarə edirəm"
 
Bunu Moderator.az-a açıqlamasında müğənni Sevinc Musayeva deyib. Müğənni daha sonra əlavə edib.
 
"Mən rahat yaşayan müğənniyəm.Tarix hər zaman təkrarlanır. Gözümün qarşısına peyğəmbərlərimizin həyatı gəlir. Görürəm ki, heç bir peyğəmbərimiz varlı yaşamayıb, kasıb yaşayıb, kasıb da dünyalarını dəyişiblər. Amma hər zaman qəlblərində Allah sevgisi olub. Mən fani dünyanın var olduğuna inanıram. Qısaca belə deyərdim ki, vicdanım hələ ölməyib. O gün bir çəkilişdə idik, 7 qonaq var idi, onlardan biri də mən idim. Onların instaqram səhifəsinə baxsanız görərsiniz ki, heç biri şəhidlərimiz, qazilərimiz haqda paylaşım etmirlər. Səhifələrində ancaq özlərini, geyimlərini, mahnılarını reklam edirlər. Həmin verilişdə mənə dedilər ki, sən niyə paylaşırsan? Dedim ki, bu mənim içimdən gəlir. Hətta belə deyim ki, son 3 ayda şəhidlərimiz haqda paylaşdığıma görə izləyicilərim də azalır. Mən buna görə nə əsəbləşirəm, nə də narahat oluram. Həyatda kiməsə görə dəyişməyi sevmirəm, mən yaranışdan belə olmuşam. Bu dinlə bağlı olan bir şey deyil, mən danışanda gedib bir tərəfi dinə çıxır. Dinə qalsa mənim oxumağım günahdır. Amma mən bu mövzuya birtərəfli baxmıram, çoxbucaqlı baxıram. Bu sənəti mənə Allah verib ki, öz problemlərimi həll edim. Mən bir dəfə dedim ki, səhnə ilə namaz mənim üçün eynidir, onu çox insan başa düşmədi. Əgər mən öz zəhmətimlə gedib oxuyuramsa, geyimimi, oturuşumu-duruşumu, hərəkətimi, danışığımı bilirəmsə, heç bir günah iş görmürəmsə və sonra gəlib dəstəmaz alıb namaz qılıramsa demək ki, bu sözü doğrulduram. Amma insanlar var ki, min işlə məşğuldurlar sonra qüsullanıb, dəstəmaz alıb, namaz qılırlar ki, Allah günahlarını bağışlasın" deyə Sevinc deyib.
 
Müğənni mahnılarının böyük tamaşası sevgisi qazandığını bildirib.
 
"Bir şeyə görə sevinirəm ki, kütlə tərəfindən hər zaman mahnılarım sevilib, hansı mahnını ifa etmişəmsə möhür vurmuşam. Təəsüflər olsun ki, indi kütlənin zövqü harmoniyası bəsit olan, meyxana tipli mahnılaradır. Mənim öz izləyici kütləm var və indi də mənə deyirlər ki, niyə efirlərə çıxmırsız? Ən çox da səsimi bəyəndiklərini bildirirlər. Bir az da gündəmdən kənarlaşmağım qazancımla bağlıdır. Qazanıb yeni mahnılar yazdırsam, yenə də tez-tez efirlərdə görünəcəm. Pandemiya dövründə çoxlu mahnılar yazmışam, inşallah ki, işləyib qazanaram, onları oranjman edərəm. Çünki biz oranjmana, studiyaya konfet kağızı deyil, pul xərcləyirik" deyə müğənni bildirib.
 
"Şou-biznes yeni yarananda "sponsor" sözü aktual idi, indi isə "həci". Sizcə bu çox olmadı?" sualına isə Sevinc Musayeva bu cür cavab verib.
 
" Hansı Həci? Həcilər də əldən çıxır, kasıblayırlar. Sponsor da, həci bazarı da bağlanıb. Müğənnilər kimin ümidinə qalıb? Əlbəttə ki, bu sözlər artıq insanları bezdirib.Mən bu cür yazılmayan çirkin qanunları qəbul etmədim, qəbul etmirəm və heç vaxt da qəbul etməyəcəm. Bunu qəbul edənlərə isə sadəcə "uğurlar" arzu edirəm. Belə məqamlarda yalnız özlərini gözdən salırlar" deyə o bildirib.
 
Müğənni Sevinc:
 

 

Bölmənin digər xəbərləri

11 May 2021 "Əl çəkmə, sonacan get və davam et"
11 May 2021 Oqtay Əliyev Kərimə uduzdu
10 May 2021 Məşhur müğənni: “Kişidən pul alıb yemək pis şeydir“ - Video
09 May 2021 “Kompüterimiz, telefonumuz yox idi, amma xoşbəxt idik...” - İradə İbrahimova
08 May 2021 Bekhemin oğlu nişanlısıyla yarıçılpaq fotosesiyada iştirak edib – FOTO
07 May 2021 Nura afrikalı ifaçı ilə duet oxudu - VİDEO
07 May 2021 Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi
06 May 2021 “Onların çoxu kağız üzərində Xalq artistidir” - Ülvi Qılınc “Bizim QONAQ”da sirləri açdı - VİDEO
06 May 2021 Məşhur müğənni Adel arıqlamağının sirrini açıqladı - FOTO
05 May 2021 Arif Alışanovu hədələdi, anasının yasından gələndə qəzaya düşdü, iki övladı qaldı - ölən müğənninin həyat gizlinləri
04 May 2021 "Həmin biabırçı hadisə Rəqsanənin öz restoranında olub"
04 May 2021 Səidə sevgilisindən ayrıldı
04 May 2021 Nura Surinin valideynləri görün hansı məşhurlar imiş- Ağlınıza belə gəlməzdi
03 May 2021 “3 minlik toya gedib, 5 minlik çantanı haradan alırsız?”
03 May 2021 Rusiyanın məşhur yarışmasının qalibi azərbaycanlı müğənni oldu - VİDEO
03 May 2021 Azəri Muğənninin İNTİM VİDEOLARI İNTERNETDƏ +18 VİDEO
02 May 2021 İP qurbanı olan məşhurlar - buna görə cəza tətbiq olunurmu?
30 Aprel 2021 "Rəqsanə düz deyir, Moskvada özlərin yaxşı aparmırlar"
30 Aprel 2021 Şəbnəmdən Vəfaya sərt İSMARIC: “Keçmişini unutma”
30 Aprel 2021 “Çalışın varlı olun, yaxşı insan olmasanız da olar”

Dünyapress TV

Xəbər lenti