Müharibə əlilinə bu şərtlə avtomobili verilir - Rəsmi

Müharibə əlillərinin sosial müdafiəsi tədbirlərindən biri də onların avtomobillə təmin edilməsidir.

Minik avtomobili dayaq-hərəkət aparatının funksiyası kəskin pozulan və orqanizmin digər sistemlərinin hərəkətini çətinləşdirən patologiyaları olan müharibə əlillərinə reabilitasiya vasitəsi olaraq verilir.

Teref.az xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Pravda.az-a verilən məlumata görə, son illərdə, eləcə də Vətən müharibəsindən sonrakı dövrdə də qanunvericilikdə bu yanaşma ilə bağlı hansısa dəyişiklik olmayıb. Yəni, müharibə əlilinə yalnız əlillik səbəbindən hərəkət fəaliyyətinin kəskin məhdudlaşdığı halda minik avtomobili verilməsi qaydası qüvvədə qalır.

Hətta Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli qərarı ilə əlilliyi olan şəxslərə daha bir qayğı kimi, onlara, həmçinin müharibə əlillərinə dövlət tərəfindən verilən reabilitasiya vasitələri siyahısına 23 yeni reabilitasiya vasitəsi də əlavə edilib. Siyahıda həmin reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatdırılıb. Onlara yüksək texnologiyalı protezlər, mühərrikli təkərli oturacaqlar və s. də verilməsi nəzərdə tutulub ki, bu sahədə ardıcıl işlər aparılır. Məsələn, Vətən müharibəsi qazilərindən artıq 25 nəfəri son texnologiyalar əsasında hazırlanmış protezlərlə təmin olunublar və bu sahədə işlər davam etdirilir.

Eyni zamanda, yeni qaydalarda müharibə əlillərinə minik avtomobili üçün tibbi göstəriş verilməsi şərtləri də qətiyyən məhdudlaşmayıb və tibbi göstəriş verilməsi üçün müəyyən edilmiş xəstəliklər siyahısında azalma yoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 7200-dən çox, o cümlədən son üç ildə 1257 müharibə əlilinə avtomobil təqdim edilib. Cari ildə də bu proses davam edəcək.

Bölmənin digər xəbərləri

15 İyun 2021 Sahil Babayevə AĞIR İTTİHAMLAR... - Prezidentə müraciət olundu
15 İyun 2021 Pensiya və müavinətlər artacaqmı?
14 İyun 2021 Sahil Babayev deputatların tələbi ilə parlamentə gələcək - Vaxt açıqlandı
14 İyun 2021 DOST adı altında görülən DÜŞMƏN əməlləri — Daha nə olmalıdır ki?…
12 İyun 2021 "Bunların hamısı elmi tədqiqatların nəticələri əsasında müəyyən olunan müddətlərdir" - ekspert
12 İyun 2021 Əlilliklə bağlı yeni qanun layihəsi etirazla qarşılanıb
12 İyun 2021 Vahid Əhmədov da əlilliklə bağlı yeni qanun layihəsinə qarşı çıxdı: nazir özü gəlib məruzə etsin!
11 İyun 2021 İqtisadçı: ‘Bir çoxu, ümumiyyətlə, pensiya ala bilməyəcək’
11 İyun 2021 BEYNƏLXALQ BANKDAN DAHA BİR ŞİKAYƏT – KART OYUNU...
11 İyun 2021 Səlim Müslümovun cinayət əməlləri ilə bağlı insanları ən çox maraqlandıran suallar bunlardır: Onun əsas şərikləri kimlər olub?
10 İyun 2021 “Əlillik dərəcəsi düşən insanlardan rüşvət tələb olunur” - BU, FAKTDIR...
10 İyun 2021 Pensiyalarla bağlı vacib açıqlama: Azərbaycanda bu şəxslərin pensiyasına...
09 İyun 2021 Paşayeva MM-də Sahil Babayevi tənqid edib? – Açıqlama
07 İyun 2021 Sahil Babayev imtahandan kəsilən şəxsi regional şöbəyə rəis təyin etdi – FOTO
07 İyun 2021 Əlilliyin verilməsi qaydaları sərtləşdirilir - Bu şəxslərin MÜAVİNƏTİ KƏSİLƏCƏK
06 İyun 2021 Əlilliyi ləğv edilən şəxslə bağlı rəsmi açıqlama
06 İyun 2021 Əlillik müddəti bitənlərin problemi necə həll olunacaq?
05 İyun 2021 Daha bir Qazimiz ədalətsizliyin QURBANIDIR... - Prezidentə müraciət olundu
05 İyun 2021 Pensiyalar bu tarixdə veriləcək
04 İyun 2021 Əlillik almaq ŞƏRTLƏRİ SƏRTLƏŞDİRİLİR - YENİ QAYDALAR

Dünyapress TV

Xəbər lenti