Paşayeva MM-də Sahil Babayevi tənqid edib? – Açıqlama
Mənim Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında etdiyim çıxışın bəzi sosial media iştirakçıları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), nazir Sahil Babayevin ünvanına deyilmiş kimi təqdim olunduğunu gördüm. Qeyd etmək istərdim ki, bu, tam yanlış qənaətdir.

Axar.az xəbər verir ki, bu sözləri MM-in Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bugünkü çıxışı ilə bağlı sosial şəbəkədə paylaşdığı açıqlamasında bildirib.

“Bugünkü çıxışıma, çıxışın mətninə diqqət etmiş tamaşaçı, dinləyici və oxuculara da bəlli olduğu kimi, mən orada nəinki ƏƏSMN-in fəaliyyətini tənqid etmişəm, əksinə, bu nazirliyə etdiyimiz bütün müraciətlərin operativ və qanunauyğun şəkildə müsbət cavanlandırıldığını qeyd etmişəm. Çünki nazir Sahil Babayevə və nazirlik rəsmilərinə vətəndaşlarımızla bağlı etdiyimiz müraciətlərə hər zaman çox qısa zamanda cavablar verilib və onlar operativ şəkildə hər zaman məsələni nəzarətə götürüblər.

Mənim qaldırdığım məsələ 1992-97-ci illərdə ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərin iştirakçısı olarkən yaralanmış və sonradan sağlamlıqlarına dəymiş zərərə görə əlillik təyin olunmuş bir qrup müharibə əlili vətəndaşımızla bağlı olub. Bu kateqoriyadan olan bəzi vətəndaşlarımız bizə müraciət edərək onlara ödənməli olan sığorta pulu ilə bağlı məhkəmə qərarlarının olmasına baxmayaq, hələ də ödənişin gerçəkləşmədiyini və bu məsələdə dəstək göstərilməsini xahiş ediblər. Dövlət sığorta kommersiya qurumundan (Azərsığorta) bu barədə soruşduqda bildirirlər ki, bu məsələnin həlli Mərkəzi Bank və Maliyyə Nazirliyinin diqqətindədir. Amma “Nə zaman məhkəmə qərarı icra ediləcək” sualımıza “Azərsığorta” rəsmilərindən nə vətəndaş, nə də biz konkret cavab ala bilirik.

Ümid edirəm ki, əlində məhkəmə qərarı olan 600-dən çox müharibə əlillinin ciddi narahatlığına adıçəkilən qurumlar çox qısa zamanda aydınlıq gətirib problemi həll edəcəklər”, - millət vəkili qeyd edib.

Bölmənin digər xəbərləri

15 İyun 2021 Sahil Babayevə AĞIR İTTİHAMLAR... - Prezidentə müraciət olundu
15 İyun 2021 Pensiya və müavinətlər artacaqmı?
14 İyun 2021 Sahil Babayev deputatların tələbi ilə parlamentə gələcək - Vaxt açıqlandı
14 İyun 2021 DOST adı altında görülən DÜŞMƏN əməlləri — Daha nə olmalıdır ki?…
12 İyun 2021 "Bunların hamısı elmi tədqiqatların nəticələri əsasında müəyyən olunan müddətlərdir" - ekspert
12 İyun 2021 Əlilliklə bağlı yeni qanun layihəsi etirazla qarşılanıb
12 İyun 2021 Vahid Əhmədov da əlilliklə bağlı yeni qanun layihəsinə qarşı çıxdı: nazir özü gəlib məruzə etsin!
11 İyun 2021 İqtisadçı: ‘Bir çoxu, ümumiyyətlə, pensiya ala bilməyəcək’
11 İyun 2021 BEYNƏLXALQ BANKDAN DAHA BİR ŞİKAYƏT – KART OYUNU...
11 İyun 2021 Səlim Müslümovun cinayət əməlləri ilə bağlı insanları ən çox maraqlandıran suallar bunlardır: Onun əsas şərikləri kimlər olub?
10 İyun 2021 “Əlillik dərəcəsi düşən insanlardan rüşvət tələb olunur” - BU, FAKTDIR...
10 İyun 2021 Pensiyalarla bağlı vacib açıqlama: Azərbaycanda bu şəxslərin pensiyasına...
10 İyun 2021 Müharibə əlilinə bu şərtlə avtomobili verilir - Rəsmi
07 İyun 2021 Sahil Babayev imtahandan kəsilən şəxsi regional şöbəyə rəis təyin etdi – FOTO
07 İyun 2021 Əlilliyin verilməsi qaydaları sərtləşdirilir - Bu şəxslərin MÜAVİNƏTİ KƏSİLƏCƏK
06 İyun 2021 Əlilliyi ləğv edilən şəxslə bağlı rəsmi açıqlama
06 İyun 2021 Əlillik müddəti bitənlərin problemi necə həll olunacaq?
05 İyun 2021 Daha bir Qazimiz ədalətsizliyin QURBANIDIR... - Prezidentə müraciət olundu
05 İyun 2021 Pensiyalar bu tarixdə veriləcək
04 İyun 2021 Əlillik almaq ŞƏRTLƏRİ SƏRTLƏŞDİRİLİR - YENİ QAYDALAR

Dünyapress TV

Xəbər lenti