Xəlifə Mötəsimmisiniz Sahil Babayev?!.
Sağ əli, biləkdən yuxarı...
Sol qolu, dirsəkdən aşağı...
Sağ ayağı dizdən aşağı...
Sol ayağı dizdən yuxarı...
Dərisi asta-asta soyulsun...
Edam gün batanacan davam eləsin...
Xəlifə Mötəsimin, Babəkin edam fərmanından iqtibas.
Müəllif, Təbəri neçəncisə əsir...
***
Bir qolu filan santim qalan, filan qrup...
Ayağı filan cür olmayan, fəhmən qrup...
Iki əki, iki ayağı olmayan bəhmankəsdi...
Beyninin yarısı iflic olanı araşdırırıq...
Əli yoxdu, ayağı yoxdu, gözü yoxdu, övlad dünyaya gətirmək funksiyası yoxdur, danışa da bilmir...Adam canlı şəhiddir, meyitdir... araşdırırıq...
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayevin əməkdaşlarının Qarabağın iyirmi doqquz illik işğalına son qoyan, əlil qazilərə, əlillik dərəcəsi verilməsi barədə açıqlamalarından iqtibas.
Müəllif, bəndəniz...
***
Kim daha adil və rəhimlidir? Düşmənini yenən əzazil qozbel xəlifə Möhtəsimmi?..
Yoxsa yaraşıqlı, qalstuklu, şax gəzən, qanun deyib fırlanan, dəriləri parıldayan, zərif məmurlar. O utancverici qanun bəndlərindən danışmağa gəlincə, vallah bu vicdan zəlilliyidir.
***
Vətəndaş olaraq Sahil Babayevin gəncliyinə, Prezident qarşısında ürəkli ilk çıxışına görə çox ümidvar idim. Lənət olsun ümidimə də . Məni çox aldadır. Daha ümidvar olmayacağam kimsəyə...
...Çünki əsəbi, psixikası pozuq, ayağı protezli, bezmiş, canı ağrıyan, o qalib qazinin "tez olunnnn, tezzzzz, mənim dərəcəmi verin, eyyy teeezzz....Bu saat özümü doğrayajam" deyib, kəsici alətlə, xəstəxana köşəsində dövləti şantaj etməsinə baxmaq olmur. Dövlətin başına Qarabağ tacı qoymaqda ali baş komandana, xalqa, məqsədə, amala canını, sağlamlığını fəda edən o igid oğlanları belə alçaltmazlar. Qalibdən aciz, şərəfsiz, şəxsiyyətaiz düzəltməzlər qardaş. Qazilərdən dövlətə sosial problem yaratmaq mənəvi terroçuluqla məşğul olmaqdır. Vətəndaşı son çıxış yolunun şantaj olduğuna inandırmayın. Siz şantaj axınının qarşısını ala bilməyəcəksiniz sonra...
...Sizi bilmirəm, mən o sonradan sonra, nələr ola biləcəyini, çox yaxşı gördüyümdən üşənirəm Sahil müəllim. Noolar, siz də üşənin. Qorxun ilahi ədalət və məhkəmədən. O eybəcərliklə dolu qanunları vurun qoltuğunuza gedin oturun Prezident Adminstrasiyasında. Üşənin, ürpənin, çərlədin, bezdirin, danışın, qorxudun, başa salın onları. Və o əlillərin qarşısına özünüz şəxsən çıxın. Noolar ki, zəlil qalan bu qədər adamı bircə dəfə insan kimi sevin...
Dünya fanidir, bir gün mənim də, sizin də üzümüzükəfəndən açıb torpağa qoyacaqlar. Sonra da bir ovuc torpaq atacaq üstümüzə, ən sevdiklərimiz və çıxıb gedəcəklər. Deyirlər ora ağır imtahandır. Ona görə bu dünyada rəhmət qazanmaq, mühim şərtdir. Əlillik dərəcəsini verin o qazilərə. Xətkeşlə ora buralarını az ölçün. Bu həyatınızın savabı olacaq.
Bir də mənəvi standartı deyim sizə, əlil şəhid yarısıdır. Məmurluq isə, vətənə, dövlətə kişi kimi xidmətdir. Bəlkə də bu işin bir sərəncamlıq canı var. Di gəl, sizdə o "qırmızı telefonu" qaldırıb söz deməyə ürək yoxdur. Məncə qorxmayın, deyin, Şuşadan torpaq ha istəmirsiniz, qazilərə dərəcə üçün sərəncam istəyirsiniz...
Jalə Mütəllumova
02.05.2021.

Bölmənin digər xəbərləri

11 May 2021 "Sahil Babayev bu videoya baxsın ki,..." - Sahil Babayev vicdanın ağrımır?
11 May 2021 Əlillik NK-nın qərarına yox , rüşvətə əsasən qiymətləndirilir - Həkim məsləhət komissiyaları ilə TSEK -lərin əlillərə qarşı mütəşəkkil özbaşınalığı
10 May 2021 Əlillik təyinatı qaydaları dəyişdirilir - Naizirliyin təklif etdiyi yeni mexanizm problemləri aradan qaldıracaqmı?
08 May 2021 Saxta əlilliklə mübarizədə “Qordi düyünü”: - Qarabağ uğrunda döyüşənlərə necə yanaşmalı?
08 May 2021 Qəbul imtahanlarında pulsuz iştirak edəcək vətəndaşların siyahısı genişləndirilib
07 May 2021 Əlillərin hüquqları sözdə qorunur, əməldə yox - ETİRAZ
07 May 2021 Pulu olmayan xəstədən quzu istəyən baş həkim
07 May 2021 Nə üçün işçilər istismar olunur? - Sahil Babayev və Mustafa Abbasbəyliyə SUAL!!!
07 May 2021 Vergi və Məşğulluq xidmətlərinin “pandemik” sosial yardım” dələduzluğu - ƏƏSMN “işsiz” uçotunda olan xanımın 3 əmək müqaviləsini "tapıb
06 May 2021 Qarabağ Qazisi YAŞAT fondundan ŞİKAYƏTÇİDİR... - onun qarşısına şərtlər qoyulub
06 May 2021 "Qarabağ qazilərinə əlillik dərəcələrinin verilməsi ilə bağlı çox diqqətli olmaq lazımdır" - HƏSSAS NÖQTƏ
05 May 2021 “Hospitalda qazilərdən rüşvət tələb olunur, niyə durumu bu həddə çatdırırsınız?” - ETİRAZ
05 May 2021 Daha bir qazi protez problemi ilə bağlı HARAY ÇƏKDİ -
05 May 2021 Sahil Babayev, görün, HANSI AİLƏNİN PULUNU KƏSMİSİNİZ... - ŞOK GÖRÜNTÜLƏR...
05 May 2021 Sahil Babayevin narazılıq yaratmaqda məqsədi nədir? - MÜZAKİRƏ
05 May 2021 Qarabağ Qaziləri BÜROKRATİYA İLƏ ÜZ-ÜZƏ - GİLEY
05 May 2021 Uşağınızın qaçırılmasını istəmirsinizsə, ona bu QAYDAları öyrədin! Psixoloqun tövsiyələri
04 May 2021 Əlilliyi ləğv edilən vətəndaşlar hara şikayət etsin? - Agentlikdən son zamanların ən çox verilən SUALINA CAVAB
04 May 2021 Daha bir əlillin 130 manat müavinəti kəsildi: - "Yolpulu tapıb Bakıya da gələ bilmirəm..."
04 May 2021 Əlilə baxana əlli manat verilir: Deyirlər dövlətin başı Qarabağa qarışıb

Dünyapress TV

Xəbər lenti