Əlillərin, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər barədə Azərbaycan Respublikası Qanununvericiliyinin tələblərinə əməl etmək hər bir idarə, müəssisə və təşkilatların borcudur: 1. Qanunvericilyə əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər aşağıdakılardır: əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, məcburi köçkünlər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 18 yaşadək əlilliyi müəyyən edilmiş uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər. 2. Bu işçilər barədə Kvotanın miqdarı müvafiq inzibati ərazi vahidində əmək bazarındakı vəziyyətdən asılı olaraq, müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən (orta illik siyahı sayının 2,5 faizi əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün nəzərdə tutulmaqla) çox olmamaq şərti ilə müəyyən edilir. 3. İşəgötürənlər: Məşğulluq xidməti tərəfindən göndəriş verilmiş və sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri, onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyə borçludurlar. 4. İdarə, müəssisə və təşkilatlarda qanunla nəzərdə tutulam qaydada Kvotanın saxlamaq məqsədilə, ştatların ixtisarı və ya işçilərin sayının azaldılması zamanı, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən işçilərə üstünlük verməklə onları işdə saxlamaq və ya digər müvafiq işlə təmin etmək 5. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək, eyni zamanda sosial müdafiəyə xüsusi ehtiyacı olan, işə düzəlməkdə çətinlik çəkən digər işçilərini işə qəbul edilməsi və ya işdə saxlanılması Əmək Məcəlləsi üzrə işəgötürənin əsas vəzifələrindən biridir. 6. Məşğulluq xidməti tərəfindən göndəriş verilmiş, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməkdən imtina edən işəgötürənlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 7. Məşğulluq xidməti tərəfindən göndərilmiş və sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, yaxud dövlət büdcəsinə vəsait köçürülməməsinə görə: min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azər Quliyev. Teref.az