QAZİ kimi mənzil qeydiyyatına alınmam üçün 2008-ci ildə müvafiq sənədləri toplayaraq Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etdim və oradan da mənə Nazir müavini Qadir Əliyevin imzası ilə mənzil qeydiyyatına alınmam barədə müvafiq cavab verildi.Sonrakı illər də növbəm ilə maraqlananda mənə başdan sovdu cavablar verilirdi...Şikayət etdim əvəzində oğlumun işdən çıxarılması ilə təhdid etdilər və məni dövlətimuzə və dövlətçiliyimizə qarşı narahat adam kimi tanıtmağa başladılar. HALBU Kİ, MƏN BU DÖVLƏT VƏ MİLLƏT ÜÇÜN 1990-cı ilə qədər qulluq etdiyim Rusiyada bütün şəraitimi,o cümlədən xidməti karyeramı ataraq vətənin müdafiəsinə gəldim və bu yolda vuruşaraq Qazi oldum.Ən nəhayət oğlumu işlədiyi Sədərək rayon İcra Hakimiyyətində heç bir səbəb olmadan işdən çıxardılar...Son zamanlar məlum oldu ki, Naxçıvan MR ƏƏSM Nazirliyində mənim qeydiyyatım olmayıb və yoxdur.Onlar mənə yenidən mənzil qeydiyyatına alınmam üçün Şərur rayon İH müraciət etməmi tövsiyə etdilər...Sağ olsunlar Şərur rayon İcra Hakimiyyətinin şöbə müdiri Ceyhun müəllim və müvafiq əməkdaşları müraciətimə operativ olaraq baxıldılar. Şərur rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı verilərək mənzil qeydiyyatına alınmam üçün sənədlər yenidən NAXÇIVAN MR ƏƏSM Nazirliyinə göndərildi... Məni incidən bax bu 15 ilin haqsızlığıdır.Oğlumun haqsız olaraq işdən çıxarılmasıdır...İndi mən bir 15 ildə gözləməliyəm ki, mənzil ala biləm. Amma bunlar unudurlar ki, bu gün mənim 66 yaşım var və nəinki,15 il heç 15 gün belə yaşamağa ümid yoxdur... Vidadi Kərimbəyli Teref.az