Ceyms Uorlik: Mən bu administrasiyanın regionda Azərbaycanla tam əməkdaşlıq etməsi fikrinə ciddi yanaşıram
İyunun 8-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Azərbaycana səfər edib. Filip Riker iki günlük səfər çərçivəsində Bakıda bir sıra rəsmi şəxslərlə görüşlər keçirir.
ABŞ Dövlət Departamentinin məlumatına görə, Filip Riker Azərbaycanla yanaşı Gürcüstan və Ermənistana da səfər edəcək.
ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik Amerikanın Səsinə müsahibədə Filip Rikerin səfərini şərh edib və ABŞ-ın regiondakı maraqlarından, habelə Ermənistanla Azərbaycan arasında sülhə verə biləcəyi töhfələrdən bəhs edib.
Amerikanın Səsi: Səfir Uorlik, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Cənubi Qafqaza səfər edib və hazırda Azərbaycandadır. Siz bu səfərin məqsədi barədə nə düşünürsünüz?

Ceyms Uorlik: Mən düşünürəm ki, son administrasiya altında Cənubi Qafqaza, o cümlədən Ermənistanla Azərbaycan arasındakı ciddi münaqişəyə, böyük mənada, diqqət ayrılmamışdı.
Mən dövlət katibinin köməkçisi vəzifəsini icra edən Rikerin regiona səfər etməsinə görə şadam və ümid edirəm ki, təkcə Filip oraya getməyəcək, və admnistrasiyadan çox sayda başqa insanlar regionla yedinən münasibət quracaq, aktiv oyunçu olacaq və regiondakı tərəfdaşlarla Azərbaycan kimi ölkələr üçüm mühüm olan məsələlər üzərində işləyəcək.
Amerikanın Səsi: Birləşmiş Ştatların regionda, xüsusilə də ABŞ-da əsas hədəfləri nələrdir? ABŞ-ın Azərbaycanla münasibətdən gözləntiləri nədir?

Ceyms Uorlik: Biz regionda sülh, təhlükəsizlik və inkişaf görmək istəyirik. Bu il region üçün çətin keçdi. Münaqişədən əlavə başqa yerlərdə qeyri-sabitlik mövcud idi. Və mən düşünürəm ki, biz bunların geridə qalmasını istəyirik. Biz regiondakı bütün ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələri yenidən qurmalıyıq.
Münaqişə artıq yeni bir dövrə daxil olduğu üçün, düşünürəm ki, biz birlikdə işləməyin yollarını tapmalıyıq. Burada çoxlarının düşündüyündən daha çox məsələ var. Bu enerji təhlükəsizliyidir, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıqdır, İran və regiondan kənardakı məsələlər üzərində əməkdaşlıqdır ki, biz bunlar üzərində işləyə bilərik. Mən həmçinin düşünürəm ki, bizim regiondakı bir çox ölkə ilə birlikdə işləməli olduğumuz bir başqa mühüm sahə də Əfqanıstandır.
Düşünürəm ki, ABŞ-ın qüvvələrini geri çəkməsi ilə bizim Əqfanıstanda və regiondakı bir çox ölkəyə təsir göstərə biləcək sabitliklə bağlı narahatlıqlarımız var. Ona görə də bizim Cənubi Qafqazdakı gündəmimiz çox ciddir və biz bu gündəmin bütün elementlərini təqib etməliyik.
Amerikanın Səsi: ABŞ dünyanın aparıcı lideri və ATƏT-in Minsk Qrupunun həmsədri olaraq müharibədən sonra Ermənistanla Azərbaycan arasında sülh yaratmaq səylərinə necə töhfə verə bilər?
Ceyms Uorlik: Biz bu münaqişənin, ən azından indiyə qədərki, həllindən sonra ruslarla işləməyin yollarını tapmalıyıq. Rusiya təkcə təhlükəsizlik sahəsində deyil, məsələn infrastrukturun yenidən qurulması kimi başqa sahələrdə də böyük rol üstələnib.

Məncə həmsədrlər, xüsusilə də Birləşmiş Ştatlar bu məsələlər üzərində işləməlidirlər. Və bizim infrastruktur sahəsində dərhal yardımçı olacağımız bir çox məsələ var. Mən Bayden administrasiyasını regional oyunçularla işləməyə və həmçinin Rusiya ilə də yaxından işləməyə çağırardım. Bu bizim Rusiya ilə birlikdə işləyə biləcəyimiz çox az sayda sahələrdən biridir. Və həmçinin biz digər həmsədrlərlə də, Fransa, Avropa İttifaqı və başqa ölkələrlə, məsələn Türkiyə ilə də işləməylik. Bizim bu ərazinin təhlükəsiz olduğunu, infrastrukturun bərpa olunduğunu görməyimiz vacidir və əlbəttə ki, bu, regiondakı bütün ölkələrin, o cümlədən Ermənistanın xeyrinədir. Ona görə də mən bu administrasiyanın regionda Azərbaycanla tam əməkdaşlıq etməsi fikrinə ciddi yanaşıram.

Bölmənin digər xəbərləri

16 İyun 2021 Şuşa Bəyannaməsi niyə 15 iyunda imzalandı: Səbəb təkcə “Qurtuluş Günü” deyilmiş - İLGİNC FAKT
16 İyun 2021 Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olarsa... - AKTUAL
16 İyun 2021 Kremlin qonşulara qarşı fərqli işğal metodları – Birbaşa və dolayı yolla
16 İyun 2021 İLGİNC AÇIQLAMA: “Türkiyəni müdafiə etmək müqəddəs borcumuzdur” – Bayden
16 İyun 2021 Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb
15 İyun 2021 RUSİYANIN “MİNAYA DÜŞƏN” VASİTƏÇİLİYİNƏ BAKININ CAVABI... - Və Ərdoğanın tarixə möhür vuracaq Şuşa səfəri
15 İyun 2021 Dünyanın gözü bu görüşdə!
15 İyun 2021 Ərdoğan Bakıdadır - Fotolar + Yenilənib
15 İyun 2021 Co Bayden Vladimir Putinə qarşı münasibətindən danışıb
15 İyun 2021 Bayden Ərdoğanla görüşündən razılıq etdi: “Ərdoğanla çox yaxşı bir görüşümüz oldu”
15 İyun 2021 Ərdoğan Baydenlə görüşdən sonra sualları cavablandırıb: Brüsseldən mesajlar VİDEO
14 İyun 2021 Ərdoğan-Makron görüşü BAŞLADI
14 İyun 2021 Ankara-Moskva münasibətləri: Əməkdaşlıq rəqabəti pərdələyə bilmir
14 İyun 2021 Putinin ssenarisi pozuldu - SENSASİON DETALLAR
14 İyun 2021 G7: “Rusiya sabitliyi pozan davranışlarını dayandırmalıdır”
14 İyun 2021 Ərdoğanın Baydenlə görüşü və Şuşa səfəri
13 İyun 2021 Paşinyan Moskvadan xəlvət Bakıya Vaşinqton vasitəsilə mesaj göndərib GİZLİ PAKTIN YENİ TƏFƏRRÜATLARI
13 İyun 2021 Vaşinqton niyə Ankranın “qırmızı xəttini” keçməkdə israrlıdır?
13 İyun 2021 Boris Conson AB-ni təhdid etdi: Buna davam etsəniz...
12 İyun 2021 Bayden Rusiyanın intihara hazır olub-olmadığını dəqiqləşdirəcək

Dünyapress TV

Xəbər lenti