Lavrov Bakıda Ermənistanı TƏNQİD ETDİ:
“Bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk”

AZSABAH.COM-un məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 10-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Onun sözlərinə görə, vaxtilə uzadılmış münaqişədən çıxmağın iqtisadi aspektləri üzərində diqqətin cəmləşdirilməsi üçün birgə işlər bundan ötrü optimal çərçivələr yaradır:

“Əlbəttə ki, bu sözlər müharibənin humanitar nəticələrinin aradan qaldırılması ilə bağlı məsələlərə də aiddir. Siz hərbi əsirləri, tarixi irs ilə, dini irs ilə bağlı hər hansı sui-istifadə hallarına yol verilməməsini xatırlatdınız. Biz bütün bu məsələlərin maksimum konstruktiv şəkildə həllinə kömək etməyi çox istəyirik. Beynəlxalq mədəni irsin qorunub saxlanmasına cavabdeh olan təşkilat kimi UNESCO da bu səylərdə iştirak etməkdə maraqlıdır.

Biz bunu mümkün edəcək şəraitin yaradılmasına kömək etməyə hazırıq. Kömək etməyə hazır olan başqa beynəlxalq təşkilatlar da var. Təbii ki, biz bununla əlaqədar razılaşmalarda maraqlı tərəflərin mövqeyini nəzərə almalıyıq. Münasibətlərin ümumi kontekstini əsas götürsək, Sizinlə tamamilə razıyam ki, indi bu mərhələdə, yəqin, hər hansı başqa münaqişəli şəraitdə, münaqişədən sonrakı vəziyyətdə olduğu kimi baş verən bütün hadisələrin daxili siyasi prosesə proyeksiyası ilə bağlı aspektlər var.

Lakin, hörmətli İlham Heydər oğlu, Sizinlə yüz faiz həmrəyəm ki, bu cür qeyri-konstruktiv, xoşagəlməz xarakter daşıyan ritorika işə kömək etmir. Biz də öz töhfəmizi verməyə çalışacağıq ki, haqqında söhbət gedən, iki ölkənin prezidentləri və Ermənistanın baş naziri arasında əldə edilmiş razılaşmalar konstruktiv nəticələrə imkan verən şəraitdə yerinə yetirilsin”.

Bölmənin digər xəbərləri

16 İyun 2021 Şuşa Bəyannaməsi niyə 15 iyunda imzalandı: Səbəb təkcə “Qurtuluş Günü” deyilmiş - İLGİNC FAKT
16 İyun 2021 Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olarsa... - AKTUAL
16 İyun 2021 Kremlin qonşulara qarşı fərqli işğal metodları – Birbaşa və dolayı yolla
16 İyun 2021 İLGİNC AÇIQLAMA: “Türkiyəni müdafiə etmək müqəddəs borcumuzdur” – Bayden
16 İyun 2021 Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb
15 İyun 2021 RUSİYANIN “MİNAYA DÜŞƏN” VASİTƏÇİLİYİNƏ BAKININ CAVABI... - Və Ərdoğanın tarixə möhür vuracaq Şuşa səfəri
15 İyun 2021 Dünyanın gözü bu görüşdə!
15 İyun 2021 Ərdoğan Bakıdadır - Fotolar + Yenilənib
15 İyun 2021 Co Bayden Vladimir Putinə qarşı münasibətindən danışıb
15 İyun 2021 Bayden Ərdoğanla görüşündən razılıq etdi: “Ərdoğanla çox yaxşı bir görüşümüz oldu”
15 İyun 2021 Ərdoğan Baydenlə görüşdən sonra sualları cavablandırıb: Brüsseldən mesajlar VİDEO
14 İyun 2021 Ərdoğan-Makron görüşü BAŞLADI
14 İyun 2021 Ankara-Moskva münasibətləri: Əməkdaşlıq rəqabəti pərdələyə bilmir
14 İyun 2021 Putinin ssenarisi pozuldu - SENSASİON DETALLAR
14 İyun 2021 G7: “Rusiya sabitliyi pozan davranışlarını dayandırmalıdır”
14 İyun 2021 Ərdoğanın Baydenlə görüşü və Şuşa səfəri
13 İyun 2021 Paşinyan Moskvadan xəlvət Bakıya Vaşinqton vasitəsilə mesaj göndərib GİZLİ PAKTIN YENİ TƏFƏRRÜATLARI
13 İyun 2021 Vaşinqton niyə Ankranın “qırmızı xəttini” keçməkdə israrlıdır?
13 İyun 2021 Boris Conson AB-ni təhdid etdi: Buna davam etsəniz...
12 İyun 2021 Bayden Rusiyanın intihara hazır olub-olmadığını dəqiqləşdirəcək

Dünyapress TV

Xəbər lenti