Kazanda Paşinyan NƏYƏ RAZILIQ VERİB? - İLGİNC İDDİA
Hazırda Üçtərəfli Bəyanatda Bakı-Moskva-Ankara danışıqlarının yekunu olaraq reallaşmasına ən yaxın olan məsələ Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. Bəzi məlumatlara görə, ötən həftə Avrasiya İttifaqının Rusiyanın Kazan şəhərində keçirilən toplantısı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan gizli şəkildə “Zəngəzur danışıqları”nda iştirak edib. Seçkilərə görə hələlik erməni ictimaiyyətindən gizli saxlanılan görüşdə vacib razılaşmalar əldə edilib. Daha doğrusu, Paşinyan fakt qarşısında qoyulub. Çünki, regionun yeni geosiyasi və geoiqtisadi xəritəsi Azərbaycan-Türkiyə-Rusiya triosu tərəfindən cızılır.

Bunu Moderator.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

“Ehtimal olunur kı, 2021-ci ilin dekabrın 1-dən, ən geci 1 yanvar 2022 -ci ildən Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur avtomagistralı tam hazır olacaq. Təxminən eyni vaxtda Ermənistandan İrana və Rusiyaya nəqliyyat yolu da açıla bilər. Bununla da Üçtərəfli Bəyanata uyğun olaraq, ilkin mərhələdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı və Türkiyəni birləşdirəcək Zəngəzur avtoyolu istifadəyə veriləcək”, deyə politoloq əlavə edib.

Zaur Məmmədov bildirib ki, dəmir yolunun istifadəsi bir qədər vaxt aparacaq: “Bunun üçün dəmir yolunun keçəcəyi bütün ərazilərdə relslərin yenilənməsinə, bəzi yerlərdə isə tikintisinə ehtiyac var. Tezliklə işğaldan azad edilmiş ərazilərimizdə Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasına başlanılacaq. Ermənistan ərazisindəki dəmiryolu xəttinin bərpası ilə Rusiya məşqul olacaq”.

Zaur Məmmədovun sözlərinə görə, Lavrovun bu həftə İrəvana, gələn həftə isə Bakıya baş tutacaq səfərləri də əldə edilmiş razılıqların möhkəmləndirilməsi məqsədi daşıyır: “Eyni zamanda qeyd etmək lazımdır kı, təhlükəsizliyi Rusiyanın zəmanətində olacaq Zəngəzur nəqliyyat yolunun işə salınmaması üçün Vaşinqtondakı müəyyən qüvvələr hərəkətə keçiblər. ABŞ erməni diasporası, Dövlət Departamentindəki məşhur ermənipərəst siyasətçilər Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin mülayimləşməsinə qarşıdırlar. Digər tərəfdən, ABŞ -dakı dərin dövlət də bu layihənin reallaşmasına müsbət yanaşmır. Avrasiyanın mərkəzindən keçəcək bu xəttin Rusiyanın “kurasiyası” altında olmasından Vaşinqton məmnun deyil və belə vacib yola özləri nəzarət etmək istəyirlər. Baydenin son soyrıqım bəyanatı da buna hesablanmışdı”.

Bölmənin digər xəbərləri

11 May 2021 Lavrov Bakıda Ermənistanı TƏNQİD ETDİ: Hörmətli Əliyev, Sizinlə yüz faiz həmrəyəm ki...
11 May 2021 Əliyevdən Rusiyaya jest: Nə mümkündürsə, edəcəyik...
11 May 2021 Baydeni Bakıda gözləyəkmi? Görüşdə qərarlıdır
11 May 2021 Türkiyə və Rusiya XİN rəhbərləri Qarabağı müzakirə etdilər
11 May 2021 Prezident Lavrovu qəbul etdi – Foto
10 May 2021 Lavrov Bakıya doğru: Kritik suallar və sərt tələb
10 May 2021 Mərhum Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür
09 May 2021 Bakı və Tbilisi Moskvanın yeni həmlələrinə hazır olmalıdır – ƏNƏNƏVİ TƏXRİBAT
09 May 2021 Lavrov İrəvana gəldi, Putin Ərdoğana zəng etdi: Nə baş verir?
08 May 2021 Qarabağda postmüharibə dövrü: Tehran-Bakı münasibətlərində yeni fəsil
08 May 2021 Azərbaycan və ATƏT-in 10 ölkəsi nasistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxıb - bəyanat
08 May 2021 Putin və Netanyahu arasında kritik danışıq
07 May 2021 Türkiyə - Misir danışıqları Yaxın Şərq və Şimali Afrika üçün yeni dönəmin başlanğıcıdır
07 May 2021 Bunun əvəzini Rusiyaya ödətdirəcəyik - Blinken
06 May 2021 Kanada həm ərazi bütövlüyünü, həm separatçılığı dəstəkləyə bilməz
05 May 2021 Bayden “soyqırımı” bəyanatının əhəmiyyətini sıfırlayır - GƏLİŞMƏ
05 May 2021 Baydenlə Abu Dabinin Vəliəhdi İran və İsraili müzakirə etdi
05 May 2021 Türkiyədən bir qrup heyət Misirlə siyasi məsləhətləşmələr üçün Qahirəyə səfər edəcək
05 May 2021 Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək
04 May 2021 Pentaqonun kəşfiyyat idarəsinin hesabatında Qarabağ haqda nə yazılıb? - Rusiya ABŞ üçün...

Dünyapress TV

Xəbər lenti