Pirşağıda dövlət mühafizəsinə alınmış tarixi hamam dəmir lövhələrlə "çəpərlənib" - VİDEO
Pirşağıda dövlət mühafizəsinə alınmış tarixi hamam dəmir lövhələrlə "çəpərlənib"
Pirşağı Bakının qədim kəndlərindən hesab olunur. Burada çox sayda tarixi abidələr, hamamlar var. Kənd dəniz sahilində yerləşir. Bəzi tarixi mənbələrə görə, kənd 17-ci əsrdə formalaşıb. Qədim Pirşağı ərazisində çox sayda tarixi abidələr olsa da, onların bəziləri zamanla aşınıb və sıradan çıxıb. Etiraf etməliyik ki, bunun əsas səbəbkarlarından biri elə biz özümüzük.
Kənddə tarixi avidələrdən biri də, dəniz sahilindən 700-800 metr aralıda yerləşən, adı olmayan hamamdır. Pirşağıda adı heç kimə məlum olmayan hamam var. Maraqlısı budur ki, ötən illərə qədər heç kim bu hamamla maraqlanmayıb. Hamamın tarixi haqqında da kiminsə konkret məlumatı yoxdur. Hamamın yerləşdiyi yer hazırda kiminsə həyətyanı ərazisinə düşür. Bir neçə il əvvəl torpaq sahəsinin satıldığı qeyd edilirdi. Bu gün isə, həmin ərazidə olan hamam dəmir lövhələrlə çəpərlənib.

Bəzi mütəxəssislərin fikrincə, əvvəllər yaşayış məntəqələri layihələndirilən zaman hamamların olması böyük rol oynayırdı. Hamamlar mədəni istirahət mərkəzləri sayılmaqla yanaşı, həm də təmizlik mənbəyi idi. Bu gün isə, böyük tarixə malik olan bu abidələr baxımsız vəziyyətdədir. Hamamın divarları aşınıb, deformasiyaya uğrayıb. Tarixi abidələr bizə keçmişimizin yadigarıdır. Keçmişini unudanların isə, gələcəyi sual altında olur…

Xatırladaq ki, bir neçə il öncə hamam dövlət mühafizəsinə götürülməsi üçün siyahıya alınıb.

Bizimyol.info
 

Dünyapress TV

Xəbər lenti