"Hesablama Palatası nədən öz rəyində bu cür vacub məqamın üzərindən sükutla keçib?"
Hesablama Palatasının büdcə rəyi, cavabsız suallar -1
Palata rəyində yazır ki, 2020-ci ildə dövlət büdcəsinin sərbəst qalığından 201,9 mln. manat vergi orqanlarına və yerli icra hakmiyyəti qurumlarına ayrılıb.

Rəydə bu ayırma üçün 2 hüquqi əsas göstərilib:

1) Vergi Məcəlləsinin 22-1.ci maddəsinə əsasən vergi orqanlarına verilib (bu maddə vergi orqanlarının maliyyə sanksiyalarına görə daxilolmalardan özlərinə götürdüyü payla bağlıdır)

2) Yerli icra hakmiyyətlərinə köçürmə edilib - prezidentin 3 iyun 2019-cu ildə təsdiqlədiyi müvafiq qaydalara əsasən rayon və şəhərlərdə proqnozdan artıq toplanan büdcə daxilolmalarının 50%-nin yerli icra başçılarının büdcədənkənar fəaliyyətlərilə bağlı.

"Büdcə sistemi haqqında" Qanunun 19.5-ci maddəsi isə sərbəst qalığın istifadəsi iqtiqamətlərini və təyinatını çox dəqiq göstərib. Bu iqtiqamətlərə daxildir:

1. Büdcə kəsirinin maliyyələşdirilməsinə;

2. Müdafiə olunan xərc maddələrinin (əmək haqqı, pensiya, dövlət borcu) maliyyələşdirilməsinə - Qanunda bu həcm üçün limit göstərilib;

3. Dövlət borcunun Təminat Fonduna - Qanunda bu həcm üçün limit göstərilib;

4. Bu istiqmətlər üzrə xərcləmələrdən sonra yerdə qalan vəsait idarəetməyə verilir və Dövlət Neft Fonduna köçürülür.

İndi yuxarıda qeyd olunan 201.9 mln. manat Qanunun qeyd olunan müddəalarından hansı birinə uyğun gəlir?

Hesablama Palatası nədən öz rəyində bu cür vacib məqamın üzərindən sükutla keçib?

Rövşən Ağayev

Ekspert

Bölmənin digər xəbərləri

16 İyun 2021 Çinin bir addımı bütün dünya ticarətini təhlükə altında qoydu
16 İyun 2021 Aİ dünyanın 10 nəhəng bankına istiqraz satınalmasında iştirakına qadağa qoydu
16 İyun 2021 Pekərin videosundan sonra diqqət Ziraatbank Azərbaycana yönəldi: Avni Dəmirci FETO sevdalısıdır ? - Özəl bankların bir çoxu çirkli pulların yuyulması üçündür...
15 İyun 2021 Zakir Fərəcovun qanunsuz tenderləri - Vergi borcu olan şirkətlə müvaqilə bağlandı
14 İyun 2021 Şabranda yarım milyonluq şübhəli tender – Vergi borcu olan şirkət necə qalib olub?
14 İyun 2021 Yüz fikir bir borcu ödəməsə də, problem qapıya dayanıb
14 İyun 2021 Koronavirus pandemiyasına görə işini tərk etməli olanlara 1600 dollar veriləcək
13 İyun 2021 Belarus və Azərbaycan bu il Rusiyaya ağ şəkərin əsas tədarükçüləri olub
13 İyun 2021 Bu şirkətlər dövlətdən 1,5 milyard alıb, 81 milyon ödəyiblər - Hesabat
12 İyun 2021 “Bakı metropoliteni” qanunu kobud şəkildə pozdu: - Şübhəli şirkətlə yeni anlaşma
12 İyun 2021 İqtisadiyyat Nazirliyi dövləti ÇƏTİN DURUMA SALIR... - ARAŞDIRMA
12 İyun 2021 Azərbaycanda əhali pul artıra bilmir, xərcləri artıb
11 İyun 2021 Vüqar Rəhimzadə: "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri ölkəmizin iqtisadi gücünün təqdimatıdır
11 İyun 2021 "Yeni KlinikaaKəmaləddin Heydərovun bacanağı bu dəfə FHN-nin 300 min manatlıq tenderində qalib oldu - Öz əli, öz başı...da ABSURD SƏRFİYYAT... - FAKT
10 İyun 2021 Bu gündən "Mall"lar açılır
10 İyun 2021 400 milyard dollardan artıq pul qazanan, 1%-dən aşağı vergi ödəyən MİLYARDERLƏR
10 İyun 2021 Dünya iqtisadiyyatı üçün “partlamaqda olan bomba” HƏYƏCANI
09 İyun 2021 Deputat: “Türkiyənin təbii qaz ehtiyatı qarşıdakı aylarda 700 milyard kubmetrə çatacaq”
08 İyun 2021 Azərbaycanda təhlükəli hal yaranıb: - “Vətəndaş bazar münasibətində iştirak etmir”
08 İyun 2021 Dövlətə 800 min manat vergi borcu olan MMC kimə məxsusdur?

Dünyapress TV

Xəbər lenti