Dünya iqtisadiyyatı üçün “partlamaqda olan bomba” HƏYƏCANI
“Deutsche Bank” inflyasiyaya məhəl qoymamağın təhlükələri barədə xəbərdarlıq edib.

Teref.az yazır ki, biznesmedianın verdiyi xəbər,görə, bu barədə CNBC yazır.

“Məhz bu, önümüzdəki illərdə nəticələri olduqca dağıdıcı olan yeni böhrana gətirib çıxara bilər”, - deyə bankın baş iqtisadçısı Devid Folkerts-Landau bildirib.

Analitiklər hesab edirlər ki, hazırda iqtisadiyyat inflyasiya təhlükələrinə məhəl qoyulmadan stimullaşdırılır və bu da yanlış yanaşmadır. Onlar əmindirlər ki, inflyasiya sabit artım göstərməyənə qədər ABŞ Federal Ehtiyat Sisteminin (FRS) pul siyasətini sərtləşdirməkdən imtina etməsi ağır iqtisadi nəticələrə səbəb olacaq.

“Deutsche Bank”ın baş iqtisadçısı Devid Folkerts-Landaunun fikrincə, inflyasiya proseslərinə reaksiyanın gecikməsi böyük tənəzzülə gətirib bilər və bütün dünyada, xüsusilə də inkişaf etməkdə olan bazarlarda maliyyə problemi zəncirinə səbəb ola bilər.

ABŞ siyasətçiləri hesab edirlər ki, inflyasiyanın hazırkı artımı yalnız müvəqqəti xarakter daşıyır və o, tədarükdəki arakəsmələr və koronavirus pandemiyası səbəbindən yaranın böhranın nəticələrini aradan qaldırılan kimi azalacaq. “Deutsche Bank”ın analitikləri bu nöqteyi-nəzərlə razı deyillər və bildirirlər ki, iqtisadiyyatın aqressiv stimullaşdırılması inflyasiyaya səbəb olacaq və FED ona hazır olmayacaq.

Folkerts-Landaunun sözlərinə əsasən, inflyasiya bərpa olunacaq.

“Buna laqeyd yanaşmaq dünya iqtisadiyyatını “partlamaqda olan bomba” üzərində oturtmaq deməkdir. Nəticələr dağıdıcı ola bilər, əsasən də cəmiyyətin daha həssas təbəqəsi üçün”, - deyə iqtisadçı xəbərdarlıq edib.
Teref.az

Bölmənin digər xəbərləri

16 İyun 2021 Çinin bir addımı bütün dünya ticarətini təhlükə altında qoydu
16 İyun 2021 Aİ dünyanın 10 nəhəng bankına istiqraz satınalmasında iştirakına qadağa qoydu
16 İyun 2021 Pekərin videosundan sonra diqqət Ziraatbank Azərbaycana yönəldi: Avni Dəmirci FETO sevdalısıdır ? - Özəl bankların bir çoxu çirkli pulların yuyulması üçündür...
15 İyun 2021 Zakir Fərəcovun qanunsuz tenderləri - Vergi borcu olan şirkətlə müvaqilə bağlandı
14 İyun 2021 Şabranda yarım milyonluq şübhəli tender – Vergi borcu olan şirkət necə qalib olub?
14 İyun 2021 Yüz fikir bir borcu ödəməsə də, problem qapıya dayanıb
14 İyun 2021 Koronavirus pandemiyasına görə işini tərk etməli olanlara 1600 dollar veriləcək
13 İyun 2021 Belarus və Azərbaycan bu il Rusiyaya ağ şəkərin əsas tədarükçüləri olub
13 İyun 2021 Bu şirkətlər dövlətdən 1,5 milyard alıb, 81 milyon ödəyiblər - Hesabat
12 İyun 2021 “Bakı metropoliteni” qanunu kobud şəkildə pozdu: - Şübhəli şirkətlə yeni anlaşma
12 İyun 2021 İqtisadiyyat Nazirliyi dövləti ÇƏTİN DURUMA SALIR... - ARAŞDIRMA
12 İyun 2021 Azərbaycanda əhali pul artıra bilmir, xərcləri artıb
11 İyun 2021 Vüqar Rəhimzadə: "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri ölkəmizin iqtisadi gücünün təqdimatıdır
11 İyun 2021 "Yeni KlinikaaKəmaləddin Heydərovun bacanağı bu dəfə FHN-nin 300 min manatlıq tenderində qalib oldu - Öz əli, öz başı...da ABSURD SƏRFİYYAT... - FAKT
10 İyun 2021 Bu gündən "Mall"lar açılır
10 İyun 2021 "Hesablama Palatası nədən öz rəyində bu cür vacub məqamın üzərindən sükutla keçib?"
10 İyun 2021 400 milyard dollardan artıq pul qazanan, 1%-dən aşağı vergi ödəyən MİLYARDERLƏR
09 İyun 2021 Deputat: “Türkiyənin təbii qaz ehtiyatı qarşıdakı aylarda 700 milyard kubmetrə çatacaq”
08 İyun 2021 Azərbaycanda təhlükəli hal yaranıb: - “Vətəndaş bazar münasibətində iştirak etmir”
08 İyun 2021 Dövlətə 800 min manat vergi borcu olan MMC kimə məxsusdur?

Dünyapress TV

Xəbər lenti