“Yeni klinika”da iki aydır maaşlar verilmir
“Yeni klinika”da çalışan tibb işçiləri iki aydır ki, maaş ala bilmirlər.

Teref.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu şikayətlə həmin klinikada çalışan tibb işçiləri müraciət ediblər.

Onların sözlərinə görə, əmək haqlarının hansı səbəbdən verilmədiyi məlum deyil:

“İki aydır ki, maaş ala bilmirik. Hansı səbəbdən verilmədiyi, nə vaxt olacağı məlum deyil. Həmçinin maaşlarımızdan 500 manat pul kəsilib. Bayram günləri işə çıxmağımıza baxmayaraq, 10 günlük pulumuz hesablanmayıb. Rəhbərliyə etiraz etdikdə “kimə istəyirsiz şikayət edin. Xoşunuza gəlmir, işdən çıxın” deyilir”.

Yaranmış problemlə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, Agentliyə vəsait ayrılmadığı üçün tibb işçilərinin əmək haqları verilməyib:

“Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir. Yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktik tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsait Agentliyə ayrıldıqdan sonra fevral və mart aylarının ödənişləri həyata keçiriləcək”.

Bayram günlərində işləyən tibb işçilərinin əmək haqlarının düzgün hesablanmamasına gəlincə isə, Agentlikdən bildirilib ki, hər hansı şəxs barədə işə cəlb olunmasına və bunun müqabilində müddətli əlavənin verilməməsi ilə bağlı məlumat varsa, məsələnin araşdırılması üçün müvafiq tibb müəssisəsinin maliyyə və ya mühasibatlıq şöbələrinə müraciət edilməsi tövsiyə olunur: “Əgər verilən cavab şəxsi qane etməzsə, həmçinin Agentliyə müraciət edə bilər”.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısı, həmçinin əməkhaqlarına müddətli əlavənin hesablanması tibb müəssisələri tərəfindən aparılır.

Xatırladaq ki, ötən ay “Yeni klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. O, koronaviruslu xəstələrin tibb müəssisəsinə yerləşdirilməsi müqabilində yaxınlarından rüşvət almaqda ittiham olunur.

Bölmənin digər xəbərləri

16 İyun 2021 Çinin bir addımı bütün dünya ticarətini təhlükə altında qoydu
16 İyun 2021 Aİ dünyanın 10 nəhəng bankına istiqraz satınalmasında iştirakına qadağa qoydu
16 İyun 2021 Pekərin videosundan sonra diqqət Ziraatbank Azərbaycana yönəldi: Avni Dəmirci FETO sevdalısıdır ? - Özəl bankların bir çoxu çirkli pulların yuyulması üçündür...
15 İyun 2021 Zakir Fərəcovun qanunsuz tenderləri - Vergi borcu olan şirkətlə müvaqilə bağlandı
14 İyun 2021 Şabranda yarım milyonluq şübhəli tender – Vergi borcu olan şirkət necə qalib olub?
14 İyun 2021 Yüz fikir bir borcu ödəməsə də, problem qapıya dayanıb
14 İyun 2021 Koronavirus pandemiyasına görə işini tərk etməli olanlara 1600 dollar veriləcək
13 İyun 2021 Belarus və Azərbaycan bu il Rusiyaya ağ şəkərin əsas tədarükçüləri olub
13 İyun 2021 Bu şirkətlər dövlətdən 1,5 milyard alıb, 81 milyon ödəyiblər - Hesabat
12 İyun 2021 “Bakı metropoliteni” qanunu kobud şəkildə pozdu: - Şübhəli şirkətlə yeni anlaşma
12 İyun 2021 İqtisadiyyat Nazirliyi dövləti ÇƏTİN DURUMA SALIR... - ARAŞDIRMA
12 İyun 2021 Azərbaycanda əhali pul artıra bilmir, xərcləri artıb
11 İyun 2021 Vüqar Rəhimzadə: "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri ölkəmizin iqtisadi gücünün təqdimatıdır
11 İyun 2021 "Yeni KlinikaaKəmaləddin Heydərovun bacanağı bu dəfə FHN-nin 300 min manatlıq tenderində qalib oldu - Öz əli, öz başı...da ABSURD SƏRFİYYAT... - FAKT
10 İyun 2021 Bu gündən "Mall"lar açılır
10 İyun 2021 "Hesablama Palatası nədən öz rəyində bu cür vacub məqamın üzərindən sükutla keçib?"
10 İyun 2021 400 milyard dollardan artıq pul qazanan, 1%-dən aşağı vergi ödəyən MİLYARDERLƏR
10 İyun 2021 Dünya iqtisadiyyatı üçün “partlamaqda olan bomba” HƏYƏCANI
09 İyun 2021 Deputat: “Türkiyənin təbii qaz ehtiyatı qarşıdakı aylarda 700 milyard kubmetrə çatacaq”
08 İyun 2021 Azərbaycanda təhlükəli hal yaranıb: - “Vətəndaş bazar münasibətində iştirak etmir”

Dünyapress TV

Xəbər lenti