Əhmədzadənin "sevimli" “İstehsal Təmir Sahəsi” MMC çirkti -
Zaqatala Rayon İcra Hakimiyyəti “İstehsal Təmir Sahəsi” MMC ilə maliyyə dəyəri 11 103.6 AZN olan müqavilə imzalayıb.

Teref.Az hit.az-a istinadla xəbər verir ki, müqavilədə Zaqatala şəhər 12 saylı körpələr evi-uşaq bağçasının böyük qrup otaqlarının təmiri işlərinin satin alınması nəzərdə tutulur.

“İstehsal Təmir Sahəsi” MMC 22 oktyabr 2001-ci il tarixdə dövlət qeydiyyatına alınıb.

Nizamnamı kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Zaqatala rayonu, Zaqatala şəhərində yerləşən MMC-nin qanuni təmsilçisi Şitayev Məmməd Şəmsəddin oğludur.

Şirkət bundan əvvəl Zaqatala Rayon İcra Hakimiyyətinin inzibati binasında cari təmir işləri həyata keçirib. Bunun müqabilində MMC-yə 17 239.8 AZN ödənilib.

Araşdırmalar göstərir ki, “İstehsal Təmir Sahəsi” MMC əsasən Zaqatala və Balakən rayonlarının yerli qurumlarının keçirdiyi satınalma müsabiqələrinin qalibi olub. Bu da təsadüfi deyil. İddialara görə, MMC Zaqatalanın icra başçısı Mübariz Əhmədzadənin nəzarətindədir.

Mübariz Əhmədzadə 2009-cu ildən Zaqatalanın icra başçısıdır. Bundan əvvəl 2 il Qax rayonuna rəhbərlik edib. O, Meliorasiya və Su Təsərrüfatı ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin qardaşıdır. Əhməd Əhmədzadə 1993-cü ildən meliorasiya və su təsərrüfatına rəhbərlik edirdi. Prezident İlham Əliyevin 2 aprel 2021-ci il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib. Əhməd Əhmədzadə oliqarx məmurlardan hesab edilir. Yaxın çevrəsində onu “Baron” ayaması ilə tanınır.

Bölmənin digər xəbərləri

11 May 2021 İqtisadçılardan yaxınlaşan qlobal böhran barədə XƏBƏRDARLIQ
10 May 2021 İlon Maskın sözləri kriptovalyutanı ucuzlaşdırdı
10 May 2021 Azərbaycan Rusiyadan beynəlxalq pul köçürmələri üzrə lider olub
09 May 2021 Taxıl biçini başlayacaq - Kombaynlara GPS qoşulur
09 May 2021 Bakı metrosu qiymətlərin 97 qəpik olacağı barədə yayılan məlumatlara aydınlıq gətirdi
08 May 2021 "Azərişıq" və "Azərenerji" SAVAŞA başladı
08 May 2021 Bu cərimələrin 23 faizi prokurorluq işçilərinin maaşlarına əlavə olunacaq
07 May 2021 Baş bankir də büdcəyə belə HƏKK GƏLİB... - Milyonlar belə yeyilir...
07 May 2021 Milyonlarını kürəkəninə və qudalarına həvalə edən REKTOR- ARAŞDIRMA
07 May 2021 İldə 700 min vergi ödəyən sahibkar: "Gömrük müəssisəmi bağlamaq həddinə çatdırır" - VİDEO
06 May 2021 Dollar alışına niyə məhdudiyyət qoyulub?
06 May 2021 Neft büdcə qiymətindən nə qədər bahadır?
05 May 2021 Bahar Muradovadan növbəti şübhəli satınalma müqaviləsi – Vergi borcu olan şirkət necə qalib olub?
05 May 2021 Azərbaycan Xəzər dənizinin enerji xəritəsini necə dəyişdi?
05 May 2021 Azərbaycanda daşınmaz əmlak bahalaşdı – VULKAN EFFEKTİ
05 May 2021 Azərbaycanın yeni “Etnik Gələcəy”i – “Tender canavar”ını kim himayə edir? (FOTOFAKT)
05 May 2021 “Yeni klinika”da iki aydır maaşlar verilmir
05 May 2021 SON DƏQİQƏ! Əli Əsədov qərar imzaladı: CƏRİMƏLƏR ARTIRILDI
04 May 2021 Kəndli fermer təsərrüfatı Sumqayıt məktəblərini nə ilə isidir... - təzəklə, yoxsa…
04 May 2021 Dövlət Neft Fondunun aktivləri niyə azalıb? – Ekspertdən açıqlama

Dünyapress TV

Xəbər lenti