Dövlət Neft Fondunun aktivləri niyə azalıb? –
“Dövlət Neft Fondunun məlumatına görə, Fondun aktivləri I rübdə 1,84 faiz azalaraq 43,6 milyard USD-dən 42,8 milyard USD-yə düşüb. Yəni Fond 3 ayda 803 milyon dollar itirib. Aktivlərin azalmasına səbəb, Fondun da qeyd etdiyi kimi, qızılın ucuzlaşması və əsas valyutaların ABŞ dollarına nəzərən dəyərsizləşməsidir. Təxmini hesablamalar apardıqda məlum olur ki, təkcə 2021-ci ilin yanvar-mart aylarında dünya əmtəə birjalarında qızılın 9,8 faiz ucuzlaşması hesabına fondun itkisi 580 milyon dollara yaxın olub. Bu müddətdə qızılın unsiyası 1874,3-dən 1691,5 dollara düşüb”.

Bunu iqtisadçı-ekspert Samir Əliyev deyib. Valyutalara gəldikdə isə ekspert vurğulayıb ki, İngilis funtu istisna olmaqla ən azı aktivlərin 1/3-ni təşkil edən 7 valyutanın 6-sı ABŞ dollarına münasibətdə dəyərini itirib:

İqtisadi Forum" ekspert qrupu: Samir Əliyev: "SOCAR səhmdar cəmiyyətə çevrilməlidir"

“Aktivlərin 1/5-nin məxsus olduğu avronun dəyər itirməsi 4 faizə yaxın olub. Bu, fonda 420 milyon dollar zərər vurub. Daha çox ucuzlaşma paylarının kiçik olmasına rəğmən Türkiyə lirəsi (10%) və Yaponiya yenasında (7,2%) qeydə alınıb. Bundan başqa dollar qarşısında Rusiya rublu 2,2%, Avstraliya dolları 1,25%, Çin yuanı 0,4% zəifləyib. Fondun açıqlamasına görə, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı fondun büdcədənkənar xərci 2 milyard manatdan çox olub”.

Samir Əliyev bildirib ki, diqqəti cəlb edən digər məsələ A və daha yüksək kateqoriyalı reytinqə malik qiymətli kağızlara yatırımın payının 91,2 faizdən 89,9 faizə düşməsidir:

“Əvəzində BBB dərəcəli reytinqə malik kağızların payı 7,4 faizdən 8,8 faizə yüksəlib. Əlbəttə, fondun aktivlərinin azalması fiziki xərcləmələrlə bağlı deyil. Ən azı fond da qeyd edir ki, I rüb gəlir xərcləri üstələyib. Ola bilsin II rübün sonuna valyutaların dollara münasibətdə möhkəmlənməsi və ya qızıl bahalaşması baş versin və yaxud da hər ikisi baş versin. Bu halda aktivlərin artması baş verəcək”.

Bölmənin digər xəbərləri

11 May 2021 İqtisadçılardan yaxınlaşan qlobal böhran barədə XƏBƏRDARLIQ
10 May 2021 İlon Maskın sözləri kriptovalyutanı ucuzlaşdırdı
10 May 2021 Azərbaycan Rusiyadan beynəlxalq pul köçürmələri üzrə lider olub
09 May 2021 Taxıl biçini başlayacaq - Kombaynlara GPS qoşulur
09 May 2021 Bakı metrosu qiymətlərin 97 qəpik olacağı barədə yayılan məlumatlara aydınlıq gətirdi
08 May 2021 "Azərişıq" və "Azərenerji" SAVAŞA başladı
08 May 2021 Bu cərimələrin 23 faizi prokurorluq işçilərinin maaşlarına əlavə olunacaq
07 May 2021 Baş bankir də büdcəyə belə HƏKK GƏLİB... - Milyonlar belə yeyilir...
07 May 2021 Milyonlarını kürəkəninə və qudalarına həvalə edən REKTOR- ARAŞDIRMA
07 May 2021 İldə 700 min vergi ödəyən sahibkar: "Gömrük müəssisəmi bağlamaq həddinə çatdırır" - VİDEO
06 May 2021 Dollar alışına niyə məhdudiyyət qoyulub?
06 May 2021 Neft büdcə qiymətindən nə qədər bahadır?
05 May 2021 Bahar Muradovadan növbəti şübhəli satınalma müqaviləsi – Vergi borcu olan şirkət necə qalib olub?
05 May 2021 Azərbaycan Xəzər dənizinin enerji xəritəsini necə dəyişdi?
05 May 2021 Azərbaycanda daşınmaz əmlak bahalaşdı – VULKAN EFFEKTİ
05 May 2021 Azərbaycanın yeni “Etnik Gələcəy”i – “Tender canavar”ını kim himayə edir? (FOTOFAKT)
05 May 2021 “Yeni klinika”da iki aydır maaşlar verilmir
05 May 2021 SON DƏQİQƏ! Əli Əsədov qərar imzaladı: CƏRİMƏLƏR ARTIRILDI
04 May 2021 Kəndli fermer təsərrüfatı Sumqayıt məktəblərini nə ilə isidir... - təzəklə, yoxsa…
04 May 2021 Əhmədzadənin "sevimli" “İstehsal Təmir Sahəsi” MMC çirkti - Zaqatala bir MMC-nin ümidinə qalıb? - Tender

Dünyapress TV

Xəbər lenti