"Bağlamaların gecikməsinə, əlavə xərclərə və yüklənmələrə səbəb olur" -
"Son zamanlar vətəndaşlar ölkəmizdə böyük "Mall"ların işləmədiyi pandemiya dövründə xaricdən alış-verişə daha çox üstünlük verirlər. Digər tərəfdən bəzən Dövlət Gömrük Komitəsinin "Smart Customs” mobil tətbiqini idarə edənlər, güman ki, əziyyətə qatlaşmamaq üçün karqolardan əlavə informasiyalar tələb edir”.

Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. Onun sözlərinə görə, son dövrlərdə karqo şirkətlərdən xaricdəki anbarlarında olan bağlamanın ölkəyə göndərilməsindən öncə onun üzərinə daha bir əlavə etiket - məlumat, bəyannamə nömrəsi ilə bağlı məlumat yerləşdirilməsi tələb olunur:

"Hansı ki, belə məlumat artıq "Smart Customs”da var. Eyni zamanda vətəndaşın alış-veriş zamanı əldə etdiyi invoys-fakturanın həm də karqo tərəfindən sistemə vurulmasının tələbi doğru bir yanaşma deyil. Onsuz da vətəndaş bunu gömrüyə bəyannaməni verərkən əlavə edir. Bütün bunlar sonda bağlamaların gecikməsinə, əlavə xərclərə və yüklənmələrə səbəb olur.

Son zamanlar isə bəzi karqolar ASAN login sistemindən istifadə edilməsində müəyyən ayrı-seçkiliklə qarşılaşdığını bildirirlər. Fikrimcə, kifayət qədər faydalı və effektiv bir rəqəmsal resursa, mövcud olan və olmayan bəzi bürokratik proseduraları da elektronlaşdırmaqla əlavə etmək, sonda bu resursun əhəmiyyətini və funksionallığını xeyli azalda bilər”.

O.Gündüz qeyd edib ki, mövcud bürokratik proseduraların daha da sadələşdirilməsi doğru olardı:

"Həmçinin bundan sonra rəqəmsal resursda nəzərə alınsın, gömrük və karqo dataları tam inteqrasiya olunsun, vətəndaşdan və ya karqodan əlavə informasiyalar tələb olunmasına ehtiyac qalmasın. 170-dən çox karqo şirkətin xidmət göstərdiyi on minlərlə vətəndaşın e-ticarət yolu ilə gətirdiyi malların "Smart Customs” vasitəsilə rəqəmsal mühitdə gömrük rəsmiləşdirməsi sahəsində Gömrük Komitəsinin fəaliyyəti təqdirəlayiqdir. Ümid edirəm, qeyd olunan çatışmazlıqlar da qısa müddətdə aradan qaldırılacaq”.

Bölmənin digər xəbərləri

11 May 2021 İqtisadçılardan yaxınlaşan qlobal böhran barədə XƏBƏRDARLIQ
10 May 2021 İlon Maskın sözləri kriptovalyutanı ucuzlaşdırdı
10 May 2021 Azərbaycan Rusiyadan beynəlxalq pul köçürmələri üzrə lider olub
09 May 2021 Taxıl biçini başlayacaq - Kombaynlara GPS qoşulur
09 May 2021 Bakı metrosu qiymətlərin 97 qəpik olacağı barədə yayılan məlumatlara aydınlıq gətirdi
08 May 2021 "Azərişıq" və "Azərenerji" SAVAŞA başladı
08 May 2021 Bu cərimələrin 23 faizi prokurorluq işçilərinin maaşlarına əlavə olunacaq
07 May 2021 Baş bankir də büdcəyə belə HƏKK GƏLİB... - Milyonlar belə yeyilir...
07 May 2021 Milyonlarını kürəkəninə və qudalarına həvalə edən REKTOR- ARAŞDIRMA
07 May 2021 İldə 700 min vergi ödəyən sahibkar: "Gömrük müəssisəmi bağlamaq həddinə çatdırır" - VİDEO
06 May 2021 Dollar alışına niyə məhdudiyyət qoyulub?
06 May 2021 Neft büdcə qiymətindən nə qədər bahadır?
05 May 2021 Bahar Muradovadan növbəti şübhəli satınalma müqaviləsi – Vergi borcu olan şirkət necə qalib olub?
05 May 2021 Azərbaycan Xəzər dənizinin enerji xəritəsini necə dəyişdi?
05 May 2021 Azərbaycanda daşınmaz əmlak bahalaşdı – VULKAN EFFEKTİ
05 May 2021 Azərbaycanın yeni “Etnik Gələcəy”i – “Tender canavar”ını kim himayə edir? (FOTOFAKT)
05 May 2021 “Yeni klinika”da iki aydır maaşlar verilmir
05 May 2021 SON DƏQİQƏ! Əli Əsədov qərar imzaladı: CƏRİMƏLƏR ARTIRILDI
04 May 2021 Kəndli fermer təsərrüfatı Sumqayıt məktəblərini nə ilə isidir... - təzəklə, yoxsa…
04 May 2021 Əhmədzadənin "sevimli" “İstehsal Təmir Sahəsi” MMC çirkti - Zaqatala bir MMC-nin ümidinə qalıb? - Tender

Dünyapress TV

Xəbər lenti