TikTok rəsmiləri yenidən Azərbaycandadır. Son zamanlar bu sosial media platforması ölkəmizdə bir neçə layihəyə dəstək göstəriblər. Ötən ilin sonu ölkəmizdəki fəaliyyətləri ilə bağlı, İnternet ictimaiyyətinə sayğı göstərərək hesabat da veriblər. Vaxtaşırı digər qlobal resurslardan fərqli olaraq dövlət, özəl və vətəndaş cəmiyyəti ilə görüşlər keçirirlər. TikTok Azərbaycanda rəsmi nümayəndəliyi olmadığından ötən ilin sonu Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə digər qlobal şirkətlər kimi vergi ödəyicisi hesab olunur . Yəni TikTok bu dəfə, digər qurumlarla bərabər Dövlət Vergi Xidmətinə də baş vurmalıdır