Almaniya Bundesliqasının 22-ci turunda “Bohum” uduzan (2:3) “Bavariya” ardıcıl 3 rəsmi matçda xalsız qalıb.
Qol.az xəbər verir ki, Tomas Tuhelin komandası bundan əvvəl Bundesliqada “Bayer”ə, Çempionlar Liqasının 1/8 final mərhələsində isə “Latsio”ya məğlub olmuşdu.
“Bavariya” sonuncu dəfə 2015-ci ildə 3 ardıcıl rəsmi matçda məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, “Bavariya” hazırda Bundesliqada 50 xalla 2-ci pillədədədir. Siyahıya 58 xalla “Bayer” başçılıq edir.