Çaqayevin 1000 manatlıq məşqinə həkimdən reaksiya: -
“TikTok”un dünya trendinə düşən azərbaycanlı idmançı Emin Çaqayevin məşqlərinin müzakirəsi davam edir. Özünəməxsus tərzdə məşq keçən idmançı gündəmdən düşmür.

Görəsən, ağır çəkili insanların rəqs və yüksək templi məşqlər etməsinin sağlamlığa hər hansı zərəri varmı?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Elmi Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri namizədi, kardioloq Rafiq Yusifli bildirib ki, bu cür məşqlər ürək üçün risklidir:

“Bu cür yüksək templi məşqlər infarktdan tutmuş, qəfil ölümə qədər apara bilər. Həmçinin, bu cür məşq qan təzyiqinin qalxmasına da səbəb olur. Xüsusilə, yaşlı adamlar üçün bu təhlükə daha böyükdür. Belə məşqlər ağır fiziki məşqlərdir. Bu gün qəfləti ölümlərin sayı artıb, adicə toyda içib tullanıb-düşəndə bir də görürsən şəxs ürəktutmadan vəfat edir.

Ümumiyyətlə, hər şeyin əndazəsi var. Məşqçi bununla nə etmək istəyir? Bu məşq deyil, sanki idmana gələnləri qamçılayıb döyür, belə məşqin orqanizmə nə faydası var?! Hər məşqin özünün qaydası var, orqanizm buna öyrəşməlidir. Birdən-birə belə məşqlə, tullanıb-düşməklə orqanizmə xeyirdən çox zərər dəyir”.

Kardioloq qeyd edib ki, piylənmədən əziyyət çəkənlər əvvəlcə həkimə müraciət etməlidir:

“Piylənmədən əziyyət çəkənlər məşqə yazılmamışdan öncə həkimə müraciət etməlidir. Aydınlaşdırmaq lazımdır ki, şəxsin piylənməsi genetikdirmi, yoxsa qida ilə bağlıdır?

Ola bilər ki, kökələn adamın hər hansı endokrin xəstəliyi olsun. Bunları yoxlamaq lazımdır. Xəstənin heç olmasa kardeoqrammı, exo-kardeoqrammı olmalıdır, məşqlər mütləq pəhrizlə birgə aparılmalıdır. Pəhriz olmasa, bu cür məşqi gündə 10 saat da etsən istədiyin nəticəni ala bilməyəcəksən. Yavaş-yavaş pəhrizlə istədiyin çəkiyə çatandan sonra məşqləri edə bilərsən, amma birdən-birə o cür ağır məşqlər təhlükəlidir. Bunun xoşagəlməz nəticələri ola bilər.

O cür artıq çəkili adamların bədənindəki qədər daxildə - ürəyinin ətrafında piy olur. Piy ürəyi sanki torbanın içinə alır və sıxır, ürəyi normal açılıb-yığılmağa qoymur. Buna görə də daxili piyləri yavaş-yavaş, mülayim formada əritmək lazımdır. Bunun üçün zaman lazımdır. Birdən-birə ürəyi piy basmış adamı ağır məşqlərə saldıqda qəfləti ölüm riski artır”.
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Səudiyyə Ərəbistanı çempionatı: Ronaldunun qolu "Ən-Nəsr"ə qalibiyyət qazandıra bilmədi
23 Noyabr 2024 Türkiyədə baş məşqçi öldürüldü
22 Noyabr 2024 Futbolçular qalıb bir kənara, şərhçi deyir ki, Azərbaycan ölüm-qalım oyununa çıxıb". - Səxavət Məmməd yazır
22 Noyabr 2024 Arda Gülər “Real”dan gedir? – Peres nöqtəni qoydu
21 Noyabr 2024 Qurban Qurbanov Milli Komandaya baş məşqçi gətirilir? — AFFA Santuşla vidalaşır…
21 Noyabr 2024 "Qalatasaray" Braziliyada tarixə düşən futbolçunu transfer edir
20 Noyabr 2024 Stallone döyüşdə uduzan Taysona müraciət etdi - FOTO
20 Noyabr 2024 Millətlər Liqası: Azərbaycan yığması böyük hesabla məğlub oldu - VİDEO
19 Noyabr 2024 Arda Güler "Real"la bağlı yekun qərarını verdi
19 Noyabr 2024 Ronaldo da Bakıya gəlir?
18 Noyabr 2024 UEFA Millətlər Liqası: Fransa İtaliya üzərində inamlı qələbə qazandı
17 Noyabr 2024 Millətlər Liqası - Azərbaycan millisi Estoniya ilə heç-heçə etdi
17 Noyabr 2024 "Barselona”nın prezidenti Azərbaycana gəldi - FOTO
17 Noyabr 2024 Ronaldo karyerasını nə zaman bitirir? – Özü dedi
16 Noyabr 2024 Rusiya millisi yoldaşlıq oyununda Bruneyə böyükhesabla qalib gəlib
16 Noyabr 2024 Qurbanov niyə milli komandaya baş məşqçi təyin edilmir? - AFFA-nın vitse-prezidentindən açıqlama
16 Noyabr 2024 Ronaldo ilə görüşdən sonra elə açıqlama verdi ki... - "Onun haqda çox şey bilmirsiniz"
16 Noyabr 2024 Mayk Taytson - Jak Paul - Möhtəşəm görüş VİDEO
16 Noyabr 2024 Fatih Terim Bakıda jurnalistlərin suallarını cavablandıracaq
15 Noyabr 2024 Ronaldinyo Azərbaycan yeməklərini elə təriflədi ki... - VİDEO

Dünyapress TV

Xəbər lenti