İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 2023/2024 mövsümü üzrə ilk püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, püşkatmada ilkin mərhələnin yarımfinal cütləri müəyyənləşib.
Yarımfinalda “Atletik Ekaldes” (Andorra) “Buduçnost” (Monteneqro) ilə, “Tre Penne” (San Marino) isə “Breydablik”lə (İslandiya) üz-üzə gələcək. Bu raundun görüşləri iyunun 27-də, final qarşılaşması isə iyunun 30-da baş tutacaq.
Qeyd edək ki, qalib komanda I təsnifat mərhələsinə yüksələcək və Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibi olacaq. I təsnifat mərhələsinin püşkü iyunun 20-da atılacaq.