Türkiyə millisinin Avro-2024-ün seçmə mərhələsində Latviya və Uels yığmaları ilə keçiriləcək oyunlar üçün heyəti açıqlanıb.
Baş məşqçi Ştefan Kunts 25 futbolçuya dəvət göndərib.
Qapıçılar: Mert Günok ("Beşiktaş"), Uğurcan Çakır ("Trabzonspor), Muhammed Şengezer ("Başakşehir")
Müdafiəçilər: Zeki Çelik ("Roma", İtaliya), Abdülkerim Bardakçı ("Qalatasaray"), Cenk Özkacar ("Valensiya", İspaniya), Çağlar Söyüncü (Azad agent, Merih Demiral ("Atalanta", İtaliya), Ozan Kabak ("Hoffenhaym", Almaniya), Samet Akaydin ("Fənərbaxça"), Eren Elmalı ("Trabzonspor"), Ferdi Kadıoğlu ("Fənərbaxça")
Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu ("İnter", İtaliya), İsmail Yüksek ("Fənərbaxça), Orkun Kökçü ("Feyenoord", Niderland), Salih Özcan ("Borussiya", Dortmund, Almaniya), Salih Uçan ("Beşiktaş"), Cengiz Ünder ("Marsel", Fransa), Kenan Karaman ("Şalke", Almaniya), Arda Güler ("Fənərbağça"), Barış Alper Yılmaz ("Qalatasaray"), İrfan Can Kahveci ("Fənərbaxça")
Hücumçular: Kerem Aktürkoğlu ("Qalatasaray"), Umut Nayir ("Ümraniyespor"), Umut Bozok ("Trabzonspor")
Qeyd edək ki, Türkiyə millisi iyunun 16-da Latviyanın qonağı olacaq. "Ay-ulduzlular" iyunun 19-da Uelsi qəbul edəcək.