Dünya futbolunun bir nömrəli adlarından olan argentinalı ulduz Lionel Messi gələcəyi üçün kritik dövr yaşayır.BiG.AZ xəbər verir ki, gələn mövsümdən etibarən PSJ-dən ayrılacağı dəqiq olan Messi yeni komandası ilə bağlı qərar verib.Xarici mətbuatda yer alan xəbərə görə, yaxın həftələrdə müqavilə imzalayacaq ulduz futbolçu pərəstişkarlarını təəccübləndirəcək.Relevonun xəbərinə görə, Lionel Messi Barselonaya qayıtmaq qərarına gəlib. Argentinalı ulduz keçmiş klubuna 10 gün vaxt verib.