Argentina millisinin kapitanı Lionel Messinin cari mövsümün sonunda Fransanın PSJ komandasını tərk edəcəyi dəqiqləşib.
Bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, 36 yaşlı hücumçu yayda Paris təmsilçisi ilə başa çatacaq müqaviləsinin müddətini uzatmayacaq. Təcrübəli forvardın atası Xorxe Messi oğlunun qərarını ötən ay klub rəhbərliyinə çatdırıb.
Qeyd edək ki, PSJ evdə "Loryan"a 1:3 hesabı ilə uduzduqları Liqa 1 oyunundan sonra düşərgəni icazəsiz tərk edərək Səudiyyə Ərəbistanına yollanan Lionel Messini iki həftəlik komandadan kənarlaşdırıb.