Azərbaycan Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandasının üzvləri Kamran Zeynalov və Yelena Taranova Almaniyanın Hannover şəhərində keçirilən Beynəlxalq turnirdə gümüş medal qazanıblar.
Oxu.Az-ın məlumatına görə, idmançılar miks komanda növündə (kişi və qadın) pnevmatik tapançadan 10 metr məsafəyə atışda (P2) ikinci olublar.
Yarışda Makedoniya millisi 1-ci, Braziliya isə 3-cü yerə çıxıb.
Qeyd edək ki, sözügedən turnir 17-29 sentyabr 2023-cü il tarixlərində Perunun paytaxtı Lima şəhərində keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.