Teref.az yazır ki, məşhur jurnalist. "Prima TV" nin baş redaktoru Aygün Muradxanlının hava alanında çemodanını sındırıblar. Bu hadisə ilə bağlı Aygün xanım yazır: "Bu, oktyabrdan bəli AZAL-ın sındırdığı ikinci çemodanımdır. Hər dəfə hava limanının yerüstü xidmətləri bir dənə kağız verir ki, buyrun, qeydiyyata alındı, sizə dəyən ziyan ödənəcək. AZAL adama pul ödəyər??? Oktyabrdan sınan çemodan üçün inadına bəlkə 45-50 dəfə zəng elədim verdikləri nömrəyə. Ya qulağıma mahnı çaldı, ya da kimsə dedi ki, qeydiyyata alınıb, sizə zəng edəcəyik. O zəng gəlməmiş, ikinci ziyanı da vurdular. Bu dəfə əl çəkən deyiləm. İndilik ən böyük arzum bənövşəyi çemodanların Cahangirin burnundan gəlməsidir. Elə çemodan formasında." Sizə isə əziz dostlar, məsləhət görürəm dünyanın ən böyük quldur şirkətlərindən olan AZAL-dan istifadə eləsəz, yola həsir zənbillə çıxın. Bəlkə Cahangir həsiri yeməyə. Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq! Teref.az