Deputat dələduzu himayə edir? – Parlamentdə yeni Rəfael Cəbrayılov olayı
 
 

Azərbaycan Milli Məclisinin deputatı Elnur Allahverdiyevlə bağlı ilginc iddialar ortaya çıxıb. Belə ki, deputatın adı vətəndaşların küllü miqdarda pulunu mənimsəyən dələduzu himayə etməkdə hallanır. Birinci Qarabağ savaşının iştirakçısı, keçmiş polis əməkdaşı Umud Məmmədov ona qarşı edilən dələduzluqda deputatın adının keçdiyini bildirir. Hadisənin təfərrütaı ilə bağlı  məlumat veririk ki, U.Məmmədov polis sıralarından çıxdıqdan sonra dükan açaraq zinət əşyalarının əlveri ilə məşğul olub. Paytaxt sakini Mina Lütfəliyeva hissə-hissə ödəməklə ondan zinət əşyaları götürüb. Bir müddət ödənişləri vaxtlı vaxtında etsə də sonradan M.Lütfəliyeva həm götürdüyü zinətlərin dəyərini artırıb, həm də ödənişi dayandırıb. Beləliklə, borc miqdarı 37 555 manata çatıb.
M.Lütfəliyevanın aldatdığı yeganə şəxs U.Məmmədov olmayıb. O yüksək vəzifəli məmurla yaxın əlaqələri olduğunu bildirərək müxtəlif şəxslərə daxili işlər orqanında, səhiyyə, təhsil sistemində işə düzəltməyi söz verib. Həmin şəxslər də U.Məmmədovun yaxınları olub və bu proses zamanı üst-üstə 122 425 манат pul mənimsəyib. Beləliklə, U.Məmmədov və zərçəkmiş digər 12 şəxs Səbael Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib və Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə cinayət işi başlanıb. İstintaqda M.Lütfəliyeva günahılnı etiraf edib və vətəndaşlara dəymiş ziyanı ödəyəcəyini bildirib. Amma ötən ilin oktyabrında açılmış cinayət işi heç bir nəticəyə gəlməyib və M.Lütfəliyeva haqda nə tədbir görülüb, nə də pullar geri qaytarılıb. Məsələ ilə bağlı U.Məmmədovun sözlərinə istinadən bildiririk ki, M.Lütfəliyeva arxasında deputat Elnur Allahverdiyevin durduğunu bildirir və buna görə cəzasız qalacağından əmindir: “Belə olmasaydı istintaq aylarla uzadılmazdı, heç bir səbəb olmadan müstəntiqlər dəyişilməzdi”. Məsələ ilə bağlı mediaya açıqlama verən deputat M.Lütfəliyevanı tanıdığını etiraf edib: “O və həyat yoldaşı mənim seçicimdir. Seçiciləri dinləmək və onların problemlərinə köməklik göstərmək borcumuzdur. Mina Lütfəliyeva ötən ilin yayında göz yaşı içində mənə müraciət edərək haqsız yerə dələduzluqda ittiham olunduğunu bildirib və mən də polisə zəng edərək işə obyektiv baxılmasını xahiş etmişəm. İnsanlar çox şey danışa bilərlər. Mina xanımla başqa heç bir əlaqəm yoxdur”.
Xatırladaq ki, Milli Məclisin sabiq deputatı Rəfael Cəbrayılov haqqında da oxşar iddialar səslənirdi. R.Cəbrayılov hazırda həbsdədir.

cumhuriyyet.az

XalqXeber.Az

Bölmənin digər xəbərləri

16 İyun 2021 Keçmiş hakim dələduza çevriləndə... - LƏTİF NƏBİYEV PULLARI NAZİR MÜAVİNİNƏ VERDİYİNİ İDDİA EDİR
16 İyun 2021 Sabiq deputat İbrahim İbrahimli vəfat etdi
16 İyun 2021 Qaxda ağır yol qəzası: ölən və yaralananlar var
16 İyun 2021 Ərdoğana “Zəfər” adlı Qarabağ atı hədiyyə edildi
15 İyun 2021 Təhsil Nazirliyində ŞÜBHƏLİ TƏYİNAT - Əmrullayevlə də uzağa gedə bilməyəcəyik...
15 İyun 2021 Kəlbəcərin 35 yaşlı icra başçısı vəzifəsilə vidalaşdı ?
15 İyun 2021 Cəlilabaddakı olayda iştirak edənlərin cəzalandırılması əksəriyyətin tələbidir- VİDEO/FAKT
15 İyun 2021 Rakib Əfəndiyev: “Biz Fondun elan etdiyi qrant layihəsində iştirak etmişik və qalib də olmuşuq”
15 İyun 2021 Bu dəfə izləyicisini döyüb lentə alması etiraza səbəb oldu - Video
15 İyun 2021 Ağdaş sakini Cavid Osmanovdan nələr yazdı? Küpədən gələn su...
14 İyun 2021 Lerikdə imkanlı şəxslər müharibə iştirakçısını fəhlə işlədib, sonra pulunu verməyib döydülər - VİDEO
14 İyun 2021 Prezident şəhid jurnalistlərlə bağlı SƏRƏNCAM imzaladı
14 İyun 2021 Əməliyyatdan çıxan şəxs feldşeri öldürərək XƏSTƏXANADAN QAÇDI
14 İyun 2021 Yer yarıldı, insanları diri-diri "uddu" - VİDEO
14 İyun 2021 Bakıda sərxoş sürücü otelin qarşısında 4 NƏFƏRİ ÖLDÜRDÜ - FOTO
14 İyun 2021 SON DƏQİQƏ: Təhsil Nazirliyi VACİB məlumat yayıb -Bu gün...
14 İyun 2021 Göycayda kim qazinin haqqını yeyir ....- Şikayət
13 İyun 2021 Bakıda satışa çıxarılan villanın gözqamaşdıran qiyməti - 17 milyon manat! - FOTO
13 İyun 2021 Sedat Pekərin gizləndiyi oteldə əməliyyat - SON DƏQİQƏ
13 İyun 2021 Əsgər İsayev vəfat etdi

Dünyapress TV

Xəbər lenti