BURAXILIŞ İMTAHANLARININ TƏKRAR KEÇİRİLMƏSİ TƏLƏB OLUNUR -
Pandemiya dövründə bölgələr üzrə orta məktəblərin buraxılış imtahanlarının müxtəlif vaxtlarda ayrı-ayrı suallarla keçirilməsi müəyyən narazılıqlara səbəb olub. Məsələn, bir bölgə üzrə suallar həddindən artıq asan, başqasında isə hətta pandemiyadan əvvəlki dövrlə müqaysədə daha ağır olduğu iddia olunur. İmtahan sualları ilə bağlı qeyd edilən paradoks nə dərəcədə əsaslıdır və nə ilə bağlıdır?

"AzPolitika.info"-nu sorğusuna Dövlət İmtahan Mərkəzindən (DİM) verilən cavabda qurumun rəhbəri Məlyekə Abbaszadənin bu məsələ ilə bağlı fikirləri təqdim olunub.

M. Abbaszadə bildirib ki, onlar da öz fəaliyyətlərini pandemiya dövründə başqa dövlət orqanları kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi tələblərə uyğun şəkildə qururlar.

"DİM imtahanların müxtəlif regionlarda müxtəlif vaxtlarda keçirilməsinə qərar verib. Təbii ki, bu qərar imtahanların obyektivliyi baxımından haqlı olaraq ictimaiyyətdə bir sıra suallar doğurur və bu suallara aydınlıq gətirilməsinə ehtiyac var",-deyə DİM rəhbəri qeyd edib.
M. Abbaszadənin sözlərinə görə, bir regionda keçirilən imtahanın məzmunu artıq iştirakçılara məlum olduğu üçün informasiya sızması baş verir, test tapşırıqları imtahanlardan sonra xüsusən sosial mediada paylaşılır: "Bu sualların növbəti imtahanda istifadə olunması nəticələrin obyektivliyinə xələl gətirə bilər. Buna görə də, növbəti imtahanda testlərə artıq fərqli tapşırıqlar daxil edilir. Bu isə hər iki imtahanın çətinlik dərəcəsinin eyni olub-omaması, bəzi abituriyentlərə istəmədən də olsa, müəyyən üstünlük verib-verməməsi ilə bağlı sualların meydana çıxmasına səbəb olur. Onu qeyd edim ki, DİM-in test bankında test tapşırıqları çətinlik dərəcələrinə görə kateqoriyalara ayrılır və imtahanlarda istifadə olunan bütün testlər standart alqoritm vasitəsilə eyni prinsiplə formalaşdırılır. Daha aydın desək, hər bir testə daxil edilən tapşırıqların çətinlik dərəcələri üzrə paylanması eyni olur.

Xatırladım ki, 2020-ci ildəki qədər olmasa da, imtahanda müxtəlif test variantları hər il tətbiq olunur və nəticələr əsasında dünyada qəbul olunmuş elmi-statistik metodlar vasitəsilə test variantlarının müqayisəli təhlili aparılır və digər məlumatlarla birlikdə illik hesabatın tərkibində ictimaiyyətin diqqətinə çatdırılır. Uzun illər aparılan təhlillər eyni imtahan üzrə müxtəlif test variantları arasında korrelyasiya əmsalının 0,8-0,9 aralığında olduğunu göstərir ki, bu da yüksək səviyyədə uyğunluq deməkdir. Beləliklə, müxtəlif test variantlarının çətinlik dərəcəsi arasında fərq ehtimali məqbul statistik xəta payı çərçivəsindən kənara çıxmır".

DİM sədri vurğlayıb ki, test variantlarını müqayisə edən insanlar bir çox halda öz fikirlərini əsaslandırmaq üçün ümumilikdə test bloklarını yox, testlərə daxil olan ayrıca götürülmüş tapşırıqları müqayisə edirlər: "Qeyd edim ki, oxşar və ya eyni mövzuya aid test tapşırıqları bir varianta mürəkkəbləşdirilmiş, digər varianta isə asanlaşdırılmış formada daxil edilə bilər. Bu halda testin çətinlik dərəcəsi başqa tapşırıqlar hesabına tənzimlənir.

Buna görə də test variantlarına daxil olan oxşar tapşırıqların müqayisəsi bizdə yanlış təəssürat yarada bilər. Sağlam qənaət əldə etmək üçün müqayisə bütövlükdə bloklar arasında aparılmalıdır ki, bu da ətraflı statistik təhlillər əsasında həyata keçirilir. İlk baxışda gözə çarpan zahiri fərqlər testlərin çətinlik dərəcəsini ifadə etmir. Başqa sözlə desək, bir kiloqram pambıq kənardan baxanda bir kiloqram dəmirdən daha böyük görünə bilər, amma mahiyyət etibari ilə hər ikisinin çəkisi eynidir və onların hər ikisini qaldırmaq üçün eyni dərəcədə güc sərf olunur".

Abuturiyentlər, valideynlər və müəllimlər isə DİM sədrinin fikirləri ilə razılaşmır. Aprelin 30-da keçirilən buraxılış imtahanlardakı sualların əvvəlki imtahanlardn qat-qat ağır olduğunu bildirirlər. Bunun isə ədalətsiz olduğu, abuturiyentlərin bal itirməsinə gətirib çıxardığı vurgulanır. Məsələn, aprelin 15-də keçirilən buraxılış imtahanlardakı suallarla aprelin 30-da keçirilən imtahanlarda verilən sualları müqayisə etməklə bunu asanlıqla görmək olar. Buna görə də abuturiyentlər və valideynlər aprelin 30-da təşkil edilən imtahanların təkrar keçirilməsinin zəruri olduğunu bildirirlər.

Sual olunur: buraxılış imtahanlarının bir vaxtda hamı üçün eyni suallarla keçirilməsi doğru olmazdımı?

Bölmənin digər xəbərləri

11 May 2021 İcra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - İTTİHAM
11 May 2021 Deputat dələduzu himayə edir? – Parlamentdə yeni Rəfael Cəbrayılov olayı
11 May 2021 Mübarizi öldürmək üçün deputatın otelinə gətirilən Quli niyə qətlə yetirildi? - Video
11 May 2021 Bakının mərkəzində 7 avtomobil qəzaya uğradı, xəsarət alan var - FOTOLAR
11 May 2021 Bakıya dolu yağdı - VİDEO
11 May 2021 AAYDA-nın sehirli "LAPATKA"sı: Yola ayrılan pullar CİBƏ NECƏ GEDİR? - VİDEO
10 May 2021 “Lotu Quli”ni Mübariz Mənsimovu öldürmək üçün Türkiyəyə gətirdilər...” - Sedat Pekerdən qalmaqallı açıqlama
10 May 2021 Məşhur memar Helmut Yan yol qəzasında həlak olub
10 May 2021 ABŞ-da “Hyatt Regency” otelində atışma nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb
10 May 2021 Güclü külək Bakı-Qazax magistralında yolun bağlanmasına səbəb olub - FOTO
10 May 2021 Uşağın köpək balığından xilas olma anı
10 May 2021 Nigeriyada gəmi qəzasında 28 nəfər boğularaq ölüb
10 May 2021 ABŞ-da doğum günü baş verən atışmada 6 nəfər ölüb
09 May 2021 Əfqanıstanda “talibançı”ların hücumu nəticəsində 7 polis əməkdaşı öldürülüb
09 May 2021 Kolumbiyada etirazlar zamanı 548 nəfər itkin düşüb
09 May 2021 Bu gündən mayın 16-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək
08 May 2021 Bələdiyyə sədrinin bacısı oğlu qazini döydü - İŞƏ POLİS QARIŞDI
08 May 2021 Keçmiş deputatın başı cəncəldə - ÇƏKİŞMƏ...
08 May 2021 Ağciyər İnstitutundan ÖLÜM TƏHLÜKƏSİ – Qəzalı labaratoriyada nə iş görülür?
08 May 2021 Vüqar Rəhimzadəyə vəzifə verildi

Dünyapress TV

Xəbər lenti