Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan siyasi partiya liderləri ilə telefonda danışıb.
Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı, İYİ Partiyanın sədri Meral Akşener, Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici və Demokratik Sol Partiyasının (DSP) sədri Önder Ağsaqqalla telefonda danışıb.
Söhbətdə mərkəzi Kahramanmaraş olan zəlzələ ilə bağlı müzakirələr aparılıb.
Xatırladaq ki, son məlumata görə, zəlzələdə 1541 nəfər həlak olub. Anadolu agentliyi