Qüdsdə qarışıqlıq: qarşıdurmalara yanğın də əlavə oldu - VİDEO
Bu gün Beytül-Müqəddəs (Əl-Əqsa məscidi) yaxınlığında fələstinlilərlə İsrail polisi arasında qarşıdurma güclənib. Qəzza zolağından isə İsrail ərazisinə onlarla raket buraxılıb.
Müqəddəs şəhər Qüdsdə, Əl-Əqsa məscidinin yaxınlığında ağaca od düşüb. Bir qədər sonra önu söndürüblər.


Bu barədə İsrail polisinin nümayəndəsi Mixael Zingerman RİA Novosti-yə məlumat verib. O qeyd edib ki, ağac atılan fişənglərdən od tutub.

Qüdsün şərqində fələstinlilərlə İsrail polisi arasında qarşıdurmalar bir neçə gündür ki, davam edir. Qüdsdəki Qırmızı Aypara cəmiyyətinin məlumatına görə, bu gün axşam saatlarında yaralıların sayı 278-ə çatıb.

HƏMAS qrupunun "Əl-Qəssam" briqadasının nümayəndəsi Əbu-Obayda bu gün bəyan etmişdi ki, İsrailin öz əsgərlərini Əl-Əqsa məscidi ilə Şeyx Cərrah rayonlarından çıxarması üçün 18:00-dək vaxt verir. Bundan sonra İsrailin Müdafiə Ordusunun mətbuat katibi Yonatan Konrikus Qəzza zolağından İsrail ərazisinə onlarla raketin buraxıldığını söyləyib. Onun sözlərinə görə, raketlərin çoxu açıq əraziyə düşüb, müəyyən hissəsi də "Dəmir gümbəz" RƏM sistemi ilə tutulsa da, Sderotada bir nəfər xəsarət alıb. Həyəcan siqnalları Qüdsdə də işə düşüb.



İsrailin Baş naziri Binyamin Netanyahu ölkəni raket atəşinə tutanlara cavabın ağır olacağını, münaqişənin isə hələ bir müddət davam edəcəyini bəyan edib.

İsrail Qəzza zolağına aviazərbələr endirməyə başlayıb. Fələstin anklavının nümayəndəsi Əşrəf əl-Kidranın RİA Novosti-yə verdiyi məlumata görə, aviazərbələr nəticəsində 20 nəfər ölüb, onlardan doqquzu uşaq və biri qadındır. Daha 65 nəfər yaralanıb.

Bu arada Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu da telefonla Qüdsdəki durumu müzakirə ediblər. Onlar fələstinlilərin Şeyx Cərrah məhəlləsindən çıxarılmasını qınayaraq tərəfləri təmkinli olmağa dəvət ediblər.

Bölmənin digər xəbərləri

16 İyun 2021 ABŞ dəyərli metalı almaq üçün SSRİ-ni necə aldadıb?
16 İyun 2021 Duma Ukrayna və Moldovaya xəbərdarlıq etdi
16 İyun 2021 “Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, hər şey bitib” – Ter-Petrosyan
16 İyun 2021 Ermənistanın xarici borcu rekord həddə çatdı
16 İyun 2021 Ermənistan XİN “Şuşa bəyannaməsi”nə KİN QUSDU: “Türkiyə regiona TƏHDİDDİR”
16 İyun 2021 Gürcüstanda turizm mövsümü açıq elan olunub
16 İyun 2021 "Azərbaycan, Ermənistanda etimadın təşviqi Aİ-ABŞ əməkdaşlığının nümunəsidir" - Şarl Mişel
15 İyun 2021 II Elizabet taxtdan imtina səbəblərini müzakirə edib
15 İyun 2021 Erməni mediası Ərdoğanın Şuşa səfəri barədə: “Dəhşətli yuxu çin olur”
15 İyun 2021 TƏCİLİ! Paşinyanın əsas rəqibləri Köçəryan və Sarkisyan HƏBS EDİLİR – Qarabağ klanı ÇÖKDÜ
15 İyun 2021 Nikoldan şok: Mina xəritələrini Rusiya vasitəsilə vermişik
15 İyun 2021 NATO-dan Türkiyəyə minnətdarlıq
14 İyun 2021 “Ərdoğanın Şuşaya səfəri günü bütün Ermənistan prezidentləri Xankəndidə olmalıdır” - Poqosyan
14 İyun 2021 İsrailin yeni Baş naziri bəlli olub
14 İyun 2021 Britaniyanın baş naziri Makronun sözündən əsəbləşdi
14 İyun 2021 Makron və Conson arasında mübahisə düşüb
14 İyun 2021 "Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi rolunu öz üzərinə götürdü" - Qaribaşvili
14 İyun 2021 Bu ölkədə iki kütləvi məzarlıq aşkarlandı
14 İyun 2021 Osmanlı sultanlarının ABŞ prezidentlərinə məktubları yoxa çıxdı
14 İyun 2021 Paşinyanın Əsədə "jesti":

Dünyapress TV

Xəbər lenti