Bu dərmana görə hər il 5,9 milyon eşşək öldürülür
2017-ci ildən bəri kampaniya aparan "Donkey Sanctuary" adlı müəssisə yeni hesabatında hər il dünyada ən azı 5,9 milyon eşşəyin Ejiao dərman vasitəsinin istehsalı üçün kəsildiyini açıqlayıb.

TEREF publika.az-a istinadən xəbər verir ki, Çində eşşək dərisindən hazırlanan Ejiao adlı ənənəvi dərmana tələbat çox yüksəkdir. Bu dərmanın sağlamlığı təşviq edən və gəncliyi qoruyan xüsusiyyətlərə malik olduğuna inanılır. Eşşək dəriləri toz, həb və ya maye halına gətirilən və ya qidalara əlavə edilən jelatin əldə etmək üçün qaynadılır.

Dünyadakı təxminən 53 milyon eşşəyin üçdə ikisinin Afrikada yaşadığı güman edilir. Eşşək dərilərinin ixracı bəzi yerlərdə qeyri-qanuni cinayət hesab olunur.

Bununla belə, Çinin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyinin məlumatına görə, ölkədə eşşəklərin sayı 1990-cı ildə 11 milyon idisə, bu rəqəm 2021-ci ildə iki milyona qədər düşüb.

Müəssisənin baytar həkimi Faith Burden deyib ki, eşşəklər dünyanın bir çox yerlərində kənd həyatının tamamilə ayrılmaz hissəsidir: "Eşşək 24 saat su içmədən gedə bilər".
 

Dünyapress TV

Xəbər lenti