Yevlaxdakı görüşdə ermənilər bizdən amnistiya məsələsinin həllini də istəyəcəklər. Araik Arutunyan və onun kimilər, o cümlədən qətliamlarda iştirak edənlər amnistiya oluna bilməz, cinayət işlərinə xitam verilə bilməz, qalanlarının məsələsinə baxıla bilər. Bir il əvvəl Moskvadan Xankəndinə göndərilən Ruben Vardanyan da Qarabağı nə qədər tez tərk etsə özü üçün yaxşıdır. Ümumiyyətlə Yevlaxdakı görüşdə Xankəndidə Azərbaycan bayrağının dalğalanmasından, manatın işlənməsindən tutmuş qazın, elektrikin və internetin Azərbaycan qanunları çərçivəsində istifadəsinə qədər bütün məsələlər həll olunmalıdır. Bunlarla razılaşmayan ermənilərə Laçın yolundan ölkəmizi tərk etmək seçimi veriləcək. Elxan Şahinoğlu Teref.az