Azərbaycan Qarabağın tamamına nəzarəti bərpa edəcək
Azərbaycan Qarabağda anti-terror əməliyyatını uğurla davam etdirir. Rusiya hələ ki, Azərbaycana mane olmur. Rusiya Azərbaycana mane olmaq istəyərsə Ukrayna müharibəsinə görə tərəfdaşlarını itirdiyi dövrdə Azərbaycan və Türkiyə ilə münasibətlərdə gərginliyi yaranacaq. Bu nə Rusiyanın, nə Azərbaycanın, nə də Türkiyənin maraqlarına cavab verir.
Rusiyada Azərbaycanın anti-terror əməliyyatı ilə bağlı iki yanaşma mövcuddur. Birinci yanaşma odur ki, Rusiyada mərkəzlər Ermənistan hakimiyyəti ilə münasibətlərdə gərginlik yaşaması fonunda Azərbaycana mane olmayacaqlar. Ermənistanda artıq mitinqlər başlayıb. Radikallar baş nazir Nikol Paşinyanı devirmək istəyirlər. Bu Rusiyanın maraqlarına uyğundur. Rusiyadakı mərkəzlərin ikinci yanaşması isə bundan ibarətdir ki, Azərbaycana Qarabağın tamamını nəzarətə almaqda hansısa mərhələdə mane olmaq lazımdır. Buna baxmayaraq, Rusiya hələ ki, Azərbaycana mane olmur. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova açıqlamalarında Azərbaycanın hərbi əməliyyatının əleyhinə fikir bildirmədilər. Rusiya hərbi komandanlığı da açıqlama verərək, Qarabağdakı əməliyyatda Rusiya hərbçilərinə təhlükə olmadığını bildirdi. Bu o deməkdir ki, Rusiya bir müddət Azərbaycanın hərbi əməliyyatına mane olmayacaq.
Azərbaycanın hədəfi bəllidir: 1.Erməni separatçıları silahları təhvil verməli; 2.Separatçılar “parlamenti” və “hökuməti” buraxmalıdırlar; 3. Qarabağda Azərbaycan qanunları işləməlidir. Azərbaycanın bu şərtləri yerinə yetirilməyənə qədər hərbi əməliyyatı davam etdirəcək. Məsələ birdəfəlik həll olunmalıdır. Dünyadakı və bölgədəki mövcud vəziyyət Azərbaycana hərbi əməliyyatı davam etdirmək üçün münbit zəmin yaradıb.
Türkiyə İkinci Qarabağ müharibəsində olduğu kimi Azərbaycana dəstəyini davam etdirir. Bu, Rusiya və İranı Azərbaycana qarşı hər hansı təxribatdan çəkindirməli olan əsas amildir. Moskva və Tehran “Şuşa bəyannaməsini”nin mövcudluğunu da nəzərə almaq məcburiyyətindədirlər. Türkiyənin aparıcı televiziya kanallarında İkinci Qarabağ müharibəsində olduğu kimi yenə də bizim məsələni hərtərəfli müzakirə edirlər. Türkiyə dünyadakı ermənipərəst mərkəzlərin və təşkilatların Azərbaycana təzyiqini neytrallaşdırmaqda da Azərbaycana dəstəyini davam etdirəcək. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 19-da BMT Baş Assembleyasındakı çıxışında Azərbaycanın anti-terror əməliyyatını dəstəklədi. Ərdoğanın çıxışı bu tezis üzərində qurulmuşdu ki, heç bir dövlət və beynəlxalq təşkilat Azərbaycana qanuni haqlarını bərpa etməyə mane olmamalıdır. Türkiyə Cumhurbaşqanının Nyu-Yorka səfərini bitirdikdən sonra Azərbaycana gəlməsi ehtimalı var.
Fransanın Azərbaycanın antiterror tədbiri ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili çağırılması tələbinə o biri daimi üzvlər necə reaksiya verəcəklər? Rusiya Ukrayna müharibəsinə görə Fransa ilə ixtilaf içindədir. Ona görə də elə tək bu səbəbə görə Rusiya Fransa ilə eyni mövqedən çıxış etməyəcək. Çinin həm Azərbaycan, həm də Ermənistanla tərəfdaşlıq münasibətləri mövcuddur. Pekin bu səbəbdən Azərbaycan əleyhinə hər hansı sənədin qəbulunda iştirak etməz istəməz. Londonun Bakı ilə tərəfdaşlıq münasibətləri mövcuddur, Böyük Britaniyanın Azərbaycanda iqtisadi maraqları var. Ona görə London Azərbaycan əleyhinə sənədin qəbuluna da müsbət yanaşmaz, uzaqbaşı “bölgədə atəşkəs elan edilsin” kimi heç bir hüquqi çəkisi olyaman ümumi bəyanata qoşula bilər. Ağ Ev və Dövlət Departamenti İkinci Qarabağ müharibəsi günlərində Azərbaycan əleyhinə bəyanat qəbul etmədilər, balanslı açıqlamalar verdilər. Bu sonrakı müddətdə Azərbaycan-ABŞ münasibətlərinin daha da yaxınlaşmasına şərait yaratdı. Vaşinqton enerji və təhlükəsizlik məsələlərinə görə Azərbaycanla əməkdaşlığa və dialoqa ehtiyac duyur, İran amilini də nəzərə alır. Ancaq Dövlət Departamenti rəsminin Konqresdəki son anti-Azərbaycan çıxışı bizdə məyusluq yaradıb. Bu o deməkdirmi ki, ABŞ Fransanın Azərbaycan əleyhinə hər hansı sənədin qəbuluna “yaşıl işıq” yandıracaq? Vaşinqton bilir ki, Parisin anti-Azərbaycan mövqeli sənədi Təhlükəsizlik Şurasında qəbul edilməyəcək. Belə olan halda Vaşinqton Fransanı dəstəkləməklə heç nə qazanmayacaq, əksinə Azərbaycanla münasibətlərinə kölgə salacaq. Bu Amerikanın regional maraqlarına da ziddir.
Azərbaycanın Qarabağda anti-terror əməliyyatını “etnik təmizləmə” kimi qiymətləndirməyə çalışan ermənipərəst mərkəzlər var. Yaxın tarixdə ən böyük etnik təmizləmə 1995-ci ildə Xorvatiyada həyata keçirilib. Xoravtiya 250 minə yaxın serbin yaşadığı bölgəni yerlilələrdən təmizləyib və Qərb dövlətləri buna etiraz etməyiblər. Bunun iki səbəbi var idi. Birincisi, keçmiş Yuqoslaviya 1990-cı illərdə dağıldıqdan sonra Serbiyadan fərqli olaraq Xorvatiya Qərblə yaxınlıq etmək istəyirdi. İkinci səbəb isə Xorvatiya serblərin Bosniyada olduğu kimi burada da separatçılığa başlayacağını proznozlaşdırır və buna yol vermək istəmirdi. Qərb mətbuatı Xorvatiya ordusunun əməliyyatını “ərazilər serb separatçılarından təmizləndi” başlığı ilə yayırdı. Xorvatiya rəhbərliyini anlamaq olardı, qonşusu Serbiya Ermənistan kimi serbləri silahlandırmağa və separatizmə başlamağa həvəsləndirirdi. Xorvatiyaya olarsa, Azərbaycana niyə olmasın? Azərbaycan Qarabağ ermənilərinə iki seçib verib: ya qanunlarımızı qəbul et və Qarabağda yaşamağa davam et, ya da qanunlarımızla yaşamaq istəmirsənsə, Azərbaycanın ərazisini tərk et! Bu etnik təmizləmə deyil.
Azərbaycan Qarabaği separatçılardan təmizləyəcək. Bundan sonra Azərbaycanla Ermənistan arasında sülh sazişini imzalamaq asanlaşacaq. Nikol Paşinyan Azərbaycanın Qarabağdakı anti-terror əməliyyatına seyrçi qalacaq. Çünki Paşinyan anlayır ki, Ermənistan ordusu Azərbaycana müdaxilə edərsə, bu böyük müharibəyə çevriləcək və Azərbaycan ordusu Ermənistan Qərbi Zəngəzur ərazisinə daxil olacaq.
“Atlas” Araşdırmalar Mərkəzi
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
22 Noyabr 2024 Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
21 Noyabr 2024 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI VİDEO
20 Noyabr 2024 Azadlıq günün mübarək, Ağdam
19 Noyabr 2024 Qədim tarixi yurd yerimiz Kəlbəcər
19 Noyabr 2024 Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
16 Noyabr 2024 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
15 Noyabr 2024 Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
14 Noyabr 2024 Kimin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.
12 Noyabr 2024 “Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub”
11 Noyabr 2024 Azərbaycanla Ermənistanın şərti sərhədindən YENİ GÖRÜNTÜLƏR
09 Noyabr 2024 Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq - VİDEO
08 Noyabr 2024 ​8 noyabr - Azərbaycan xalqının Zəfər Günüdür
07 Noyabr 2024 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
06 Noyabr 2024 Bakı elə bir təzminat tələb edir ki, uduzsaq… – Erməni medası
05 Noyabr 2024 İki cəbhədə bütöv Zəfər - nə separatçılar var, nə sülhməramlılar...
05 Noyabr 2024 Dünyaya səs salan Xankəndidəki Zəfər paradı
02 Noyabr 2024 Ermənilərin Okamposu onları ifşa etdi - Ermənistan işğalçıdır
02 Noyabr 2024 Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı
01 Noyabr 2024 “Qarabağ sensasiyası” davam edir: muzdlular, kimyəvi silahlar və ipəkqurdu tırtılları - Nebenzidən Aşota qədər heyrətamiz nağıl

Dünyapress TV

Xəbər lenti