Xəbər verildiyi kimi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yüklərin iki istiqamətdən çatdırılmasına dair razılıq əldə olunub.
APA-nın məlumatına görə, Qarabağdakı separatçı rejim açıqlama yayaraq "Azərbaycan dövlət nömrə nişanlı yük maşınları ilə Azərbaycan istehsalı heç bir məhsulu qəbul etməyəcəklərini bəyan ediblər".
Guya Xankəndidə "humanitar böhran"ın yaşandığını iddia edən və bunu dünyaya car çəkən ermənilərin "Azərbaycan istehsalı heç bir məhsulu qəbul etməyəcəklərini bəyan etmələri" daha bir rasizm nümunəsidir.
Əgər həqiqətən də humanitar yardıma ehtiyac varsa, məhsulun harada istehsal edilməsinin heç bir əhəmiyyəti olmamalıdır.
Bu davranışları ilə separatçılar vəziyyəti daha da gərginləşdirmək istəyirlər.
Xatırladaq ki, BQXK-nın Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Laçın dəhlizi ilə yanaşı, Ağdam - Xankəndi yolları vasitəsilə çatdırılmasına dair razılıq əldə olunub.
Həmçinin əlavə olunub ki, yüklər BQXK-nın maşınları ilə daşınacaq.