“Rus sülhməramlılarına” ehtiyacımız varmı -
Üçtərəfli sazişin bəndlərinə yalnız Azərbaycan sadiq qalmağa davam edir

10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması haqqında Üçtərəfli Sazişin gözlənilmədən imzalanmasından dərhal sonra belə bir nəticəyə gəlmişdik ki, bu dəfə Rusiya neytrallığa əməl etməyəcək və qərəzsizlik nümayiş etdirməyəcək. Bu qənaətə gəlməyimizin əsas səbəbi “münaqişə tərəflərinin razılaşmaların yerinə yetirilməsinə nəzarətin effektivliyinin artırılması” adı altında bölgəyə yerləşdirilən Rusiya sülhməramlı missiyasının digər münaqişə bölgələrindəki Rusiya təcrübəsinə nəzər salmağımız və Rusiya tərəfinin münaqişə tərəflərindən birinə qarşı xüsusi münasibətinin olması idi.

Ancaq o zaman bu qənaət yalnız Rusiya dövlətinin tarixi əsasında gəldiyimiz nəticələr idi. Ancaq vaxt keçdikcə təəssüf ki, fərziyyələrimiz təsdiqlənməyə başladı, Rusiya imperiya siyasətinə sadiq qaldı. Qarabağa yerləşdirilən rus qoşunlarının ümumiyyətlə bir sülhməramlı deyil, əksinə işğalçı qüvvə kimi özlərini aparmaları bir yana, həm də açıq şəkildə ermənipərəst mövqe tutdular.

Hər şeydən əvvəl, Razılaşmanın Kremlin rəsmi saytında dərc edilmiş ikinci bəndi yox oldu. Orada yazılmışdı ki, “Azərbaycan Respublikasının Qazax rayonunun Ermənistan tərəfindən işğal edilən əraziləri 20 noyabr 2020-ci ilə qədər Azərbaycan Respublikasına qaytarılacaq”. Rusiya tərəfi də müəyyən edilmiş ərazidəki hərbi kontingentini bir neçə dəfə artıraraq Razılaşmanın üçüncü bəndinə də sadiq qalmadı. Dediklərimiz Rusiya müdafiə naziri Sergey Şoyqunun açıq şəkildə bildirdiyi - hər biri 330 yerlik 32 hərbi şəhərcik inşa edilməsi ilə təsdiqlənir.

Rusiya tərəfi Razılaşmanın “Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir” yazılmış dördüncü bəndinin reallaşmasını da təmin etməyib. Erməni qüvvələri nə o zaman, nə də indi harasa gedib. Üstəlik, onların sayı artmaqla yanaşı, həm də Azərbaycanın nəzarətində olan ərazilərə hücumlar və təxribat fəaliyyətlərini həyata keçirirlər.

Altıncı bənd də tam yerinə yetirilməyib. Həmin bəndə görə, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixə qədər Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinə qədər Laçın rayonunu Azərbaycan Respublikasına qaytarmalı idi. İncəliklərə girmədən deyək ki, biz tam olaraq orada deyilik.

Məcburi köçkünlərin və qaçqınların BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik bölgələrə qayıtmasını təmin edən yeddinci bəndin də realizasiyasına hələ başlanılmayıb. Və necə qayıtmaq olar, əgər bu ərazilərdə hələ də minalar partlayırsa? Rusiya Azərbaycana minalanmış ərazilərin xəritələrini Ermənistandan alıb verməyə maraq göstərmir, üstəlik yeni minaların qoyulmasına imkan verir. BMT isə ümumiyyətlə Qarabağda yoxdur və olması da gözlənilən deyil.

Hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin və ölülərin cəsədlərinin mübadiləsi, səkkizinci abzasa görə, ən azından zaman-zaman həyata keçirilir, baxmayaraq ki, burada da erməni tərəfi Rusiyanın razılığı ilə iddia edilən döyüş əməliyyatları bitdikdən sonra Azərbaycanın nəzarətində olan əraziyə daxil olan təxribatçıları belə geri qaytarmağa çalışır.

Nəhayət, doqquzuncu bənd. Buna görə “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılacaq. Ermənistan Respublikası nəqliyyat əlaqələrini təmin edir, hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verir”. Kremlin rəsmi saytındakı variantdan bu sözlər “itdi” – “nəqliyyat əlaqələrini təmin edir”. Ancaq bu formada olsa belə, Ermənistan bu məqamı tanımaqdan imtina edir və güclü şəkildə həyata keçirilməsinə mane olur.

Bütün bunlar artıq fərziyyələr deyil, konkret həqiqətlərdir. Sazişin imzalanmasından təqribən yeddi ay sonra bu faktları konstatasiya edə bilərik: Ermənistan tam olaraq kapitulyasiya imzalamayıb, Rusiyanın və hətta İranın icazəsi və fəal köməyi ilə revanşist planlar qurmağa davam edir, yeni bir ordu yaradır və vaxtaşırı yolların dağılması, təxribat hücumları, kiçik sərhəd münaqişələri kimi xırda fəsadlar təşkil edir ki, bunun da nəticəsində həm hərbi, həm də mülki şəxslər ölməyə davam edir.

Yeri gəlmişkən, bugünlərdə “Yotube”da diqqətçəkən kadrlar yayıldı. Türkiyənin “Serbest Kürsü” kanalında yayımlanan videoda ağır hərbi texnika ilə yüklü bir Rusiya karvanının İran ərazisindən Qarabağa keçidi nümayiş olunurdu.
Sazişin bəndlərinə yalnız və yalnız Azərbaycan Respublikası sadiq qalmağa davam edir. Onsuz da Qarabağa Rusiya ərazisi kimi davranan, bu torpaqlarda Azərbaycan yurisdiksiyasını tanımayan “sülhməramlı kontingent”in bütün sui-istifadə və səlahiyyətlərini aşmalarına göz yumuruq. Əslində Rusiya artıq Qarabağ üzərində bir protektorat qurub, orada hərbi baza və infrastruktur yaradır, nazirlik və idarələrinin ofislərini açır, ora tikinti materialları gətirir, yollar çəkir, su xətləri çəkir, başqa kommunikasiyalar qurur, yerli sakinlər üçün evlər tikir. Və eyni zamanda, qondarma qurumun rəhbərliyində olan hərbi cinayətkarları Azərbaycana təhvil vermir, əksinə, onlarla fəal əməkdaşlıq edir.

Əgər belədirsə, imzamızı Üçlü Sazişdən çəkməyimizin vaxtı çatmayıbmı? Yeddi ay əvvəl Xankəndinin astanasında qalib gələn ordumuzu dayandıraraq, xoş niyyət göstərdik, keçmişdə Xocalıdakı qırğına, Birinci Qarabağ müharibəsi zamanı 4 mindən çox əsirə, onminlərlə şəhid və bir milyon qaçqına, ermənilər tərəfindən bir əsr əvvəl təşkil edilmiş azərbaycanlılara qarşı soyqırıma görə hirsimizi buraxmağa hazır olduğumuzu göstərdik. Biz Rusiya hərbi kontingentinin bölgədə yerləşməsinə razı olduq: son hərbi qələbəyə bir addım qalmış olsaq da və 366-cı rus motoatıcı alayının Xocalı sakinlərinə qarşı vəhşiliyinə, “Qara Yanvar”a, Azərbaycanın XI ordu tərəfindən işğalına baxmayaraq, buna getdik.

Lakin yaxşı niyyətlərimiz yenə də bizə qarşı çevrildi. Xeyr, az qala 200 il əvvəl unudulmaz Puşkinin yazdığı kimi, aldanmadıq, özümüzü aldanmağa hazır olduq. Müqaviləni imzalayan tərəflərdən ikisi xalqımıza xas olan unutqanlıqdan, asanlıqla bağışlamağa, müharibə, nifrət və xəyanətin bütün dəhşətlərini geridə qoyub, sıfırdan başlamağa hazır olduğumuzdan istifadə etdilər.

Tarixmizi unutmamalıyıq: dəfələrlə xəyanətə məruz qaldıq və tez-tez də bağışladıq. Bu, indi də baş verir. Tale elə gətirib ki, ermənilərlə eyni coğrafi zonaya düşdük və bu, daimdir. Onlarla yaşayırıq və onlarla qonuşuyuq və əlbəttə ki, onlarla danışıqlar aparmalı və birlikdə yaşamalıyıq. Ancaq bunun üçün ruslara ehtiyacımız yoxdur. Problemlərimizi onlarsız da həll edə bilərik. Bunu həm döyüş meydanında, həm də müharibədən sonrakı altı ayda sübut etdik.

Ruslar yalnız mane olurlar. Bu gün Rusiya Prezidenti Vladimir Putin Açıq Səma Müqaviləsini denonsasiya edən bir qanun imzaladı. Niyəsi bu məqalənin mövzusu deyil. Biz isə üçtərəfli müqavilədən imtina edilməsinin NİYƏSİNİ - səbəbini yuxarıda sadaladıq. Əgər Rusiya və Ermənistan onu yerinə yetirmirsə, Üçlü Sazişi denonsasiya etməyimizi elan etməyimizin vaxtı çatmayıbmı? Sual ritorikdir...

Müəllif: Mira Həsənova

Bölmənin digər xəbərləri

16 İyun 2021 “Biz İlham Əliyevlə və Türkiyə ilə razılaşmaya getməliyik” – Ter-Petrosyan erməni ziyalılarını "satqın" adlandırdı
16 İyun 2021 Ərdoğan Xocavəndlə bağlı nə dedi? - “Qarabağın qədim yaşayış məntəqələrinin yenidən...”
15 İyun 2021 Ermənilər yeni müharibə istəyir? - “Rusiyanın vasitəsi ilə hər şeyi öz xeyirlərinə dəyişməyi düşünürlər. "
15 İyun 2021 Qarabağda minalar daha çox "Ohanyan xətti" boyunca basdırılıb - VACİB İPUCU!
14 İyun 2021 Rus ekspertdən iddia: “Ermənistan məğlub olmayıb, Qarabağ müharibəsi hərbi bərabərliklə bitib”
14 İyun 2021 Mina xəritələri Bakıya ötən ilin dekabrından verilməyə başlayıb: Muradovun İrəvana əli boş qayıdışının hekayəsi - VERSİYA
13 İyun 2021 Azərbaycan mina xəritəsini necə əldə etdi?
13 İyun 2021 “Ermənistan bir xəritə ilə işini bitmiş saya bilməz”
12 İyun 2021 Qarabağda əndazəni aşan proseslər: “Sərt üzümüzü göstərməyin vaxtıdır”
09 İyun 2021 “Müharibədə qələbə qazanan bizik, Laçında ermənilər qalib kimi hərəkət edirlər” - NƏ ETMƏLİ?
08 İyun 2021 Vüqar Rəhimzadə: Mina qurbanlarının sayının artması təcavüzkarın nazı ilə oynayan beynəlxalq güclərin yatmış vicdanlarını oyatmalıdır
08 İyun 2021 TƏCİLİ: Arayik Arutyunyan Qarabağda “səfərbərlik” ELAN ETDİ – Qondarma “dövlət”in hərbi siyasəti HƏRƏKƏTLƏNDİ
07 İyun 2021 Azərbaycan- Ermənistan sərhədindən yeni görüntü -VİDEO
07 İyun 2021 Xankəndi ilə bağlı Ermənistanı qarışdıran iddia... - NƏ BAŞ VERİR?
05 İyun 2021 Ən böyük erməni diversant, minabasdıran Qarabağ ərazisinə keçə bilib - BİZ İSƏ...
05 İyun 2021 Ordumuzun dəfələrlə keçdiyi yolda mina necə partladı? - HAQLI SUAL!
05 İyun 2021 İran Ermənistan üçün hərbi texnika daşımaqdadır — VİDEO
04 İyun 2021 Rusiya kəşfiyyatının Yerevana zəngi: “Xəritəyə baxırıq, Şuşa da əldən gedib, uduzursunuz...”
04 İyun 2021 Danışıqlardan imtina edən Ermənistanın masaya qayıtmaqlığı... - İrəvan “val”ı dəyişdi
04 İyun 2021 Erməni telekanalından sensasiyalı açıqlama: Azərbaycan torpaqları geri qaytarılmalıdır

Dünyapress TV

Xəbər lenti