“Şeytan yuvası”nda panika: Xankəndi nəzarətimizə bu cür keçəcək
Hüquq müdafiəçisi Əhməd Şahidov özünün Twitter hesabında bu yay Xankəndinin Azərbaycanın nəzarətinə keçəcəyini yazıb - ya xoşluqla, ya da zorla.

“10 noyabr bəyanatında aydın şəkildə yazılıb ki, Xankəndi və digər şəhərlər tədricən Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Nikol Paşinyandan soruşun”, - Şahidov qeyd edib..

Yəni ictimai fəal erməni tərəfinin kapitulyasiya sənədi ilə bağlı yaxşı məlumatlandırılmadığına da vurğu salıb.

*****

Gözlənildiyi kimi, ermənilərin ərazimizdə qalan əsas “Şeytan yuvası”nda - Xankəndində belə bir açıqlama əməlli-başlı panika yaradıb. Bunu Azərbaycan tərəfinin guya Qarabağdakı erməniləri qorxudub oradan çıxarmağa yönəlik “qara PR” aktı, hətta “terrora çağırış” olaraq yozublar. Separatçı ünsürlərin başında gedənlər habelə tələm-tələsik iddia ediblər ki, 10 noyabr üçtərəfli sənədində belə bir şey yoxdur. Onlar erməni əhalini sakitləşdirməyə, təlaşa düşməməyə çağırıblar.

O sırada mifik “artsax” rejiminin özünü “parlament sədri” adlandıran Artur Tovmasyan, eləcə də qondarma “xarici işlər naziri” David Babayan təşvişə düşmüş Qarabağ ermənilərini sakitləşdirmək üçün onlara müraciət edib. “Bu gün ”artsax xalqı"nın (? - red.) təhlükəsizliyinin qarantı Rusiya sülhməramlıları və “artsax ordusu”dur (?-red.) və “artsax” Azərbaycanın tərkibində ola bilməz", - deyə, Tovmasyan sərsəm fikirlərini davam etdirib. Həmçinin iddia edib ki, ATƏT-in Minsk Qrupunun himayəsi altında “DQMV-nin keçmiş sərhədləri” daxilində “tam azadlığımıza qovuşacağıq”.

“İnsanlar artıq açıq şəkildə danışır ki, iyunda Xankəndi Bakının nəzarətinə keçəcək”.

Bunu isə Qarabağdakı erməni separatçılarının keçmiş “ombudsmanı” kimi təqdim edilən Ruben Məlikyan Əhməd Şahidovun açıqlamasına reaksiyasında yazıb (Axar.az). “Hesab edirəm ki, ortada sadə bir azərbaycanlı-türkonikol (Nikol Paşinyan nəzərdə tutulur - red.) anlaşması mövcuddur. Qısaca desək: 1. Hər şey edilməlidir ki, ”türkonikol" seçkilərdə mümkün qədər az səs alsın; 2. Bütün güc sərf olunmalıdır ki, seçkilərin saxtalaşdırılmasının qarşısı maksimum alınsın; 3. Anlamaq lazımdır ki, istənilən türkonikol - düşməndir", - o bildirib.

*****

Beləcə, öz kölgələrindən qorxan, sanki “tikan üstündə” oturmuş separatçı xoflu tör-töküntülər ümidlərini yalnız rus sülhməramlılarına, yəni Rusiyaya, bir də 10 noyabr sənədi ilə “dəfn edilmiş” Minsk Qrupunun həmsədrlərinə, daha çox da ABŞ və Fransaya bağlayıblar. Çünki Rusiya 10 noyabr sənədinin əsas təşəbbüskarı və qarantoru kimi və ən önəmlisi, öz sülhməramlılarını bölgədə yerləşdirmək şansı qazanmaqla, faktiki, həmsədrlik institutundan çıxıb və onu mənasız edib.

Bunun ardınca Rusiya çətin ki, ermənilərin xətrinə ABŞ və Fransanı öz uğuruna şərik eləsin - üstəlik, Moskvaya qarşı Qərbin sanksiyalarının getdikcə sərtləşdiyi dönəmdə. 10 noyabr sənədinə gəlincə, onun 4-cü bəndinin girişində yazılıb: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.

Yəni keçmiş DQMV-nin hələlik bizim nəzarətimizdə olmayan hissəsində Rusiya hərbçiləri varsa, artıq erməni qanunsuz hərbi dəstələri, “artsax-martsax ordusu” mövcud ola bilməz. “Biri varsa, o biri yoxdur” prinsipi, bir-birini inkar edən gecə-gündüz kimi...

*****

Rus sülhməramlıları isə orada çoxdan yerləşib. Deməli, onların nəzarətindəki hissədə bu günə heç bir erməni yaraqlısı qala bilməz, o ki ola “artsax ordusu”. Qalıbsa, o zaman belə çıxır ki, Rusiya tərəfi öz öhdəliyinə əməl eləmir, imza atdığı sazişi pozur və Bakı da buna uyğun davranmalı olacaq. Yəni antiterror əməliyyatının qaçılmaz olması məsələsi.

Başqa yandan, bəllidir ki, 10 noyabr sənədini heç bir üzdəniraq “artsax”, “dqr” yox, məhz Ermənistan dövləti imzalayıb. Bununla da özünün işğalçı ölkə olduğunu rəhbəri Nikol Paşinyanın imzası ilə təsdiqləyib. İndi əgər işğalçı dövlət müharibədə uduzduğunu imzası ilə təsdiq və etiraf edibsə, deməli, Azərbaycanın yerdə qalan ərazisindən də o, öz silahlı qüvvələrini çıxarmalıdır ki, işğal altındakı digər məntəqələrimizdə, o cümlədən Xankəndində Azərbaycanın suverenliyi bərqərar olsun.

10 noyabr sənədinin hüquqi mahiyyəti, əsas hədəfi elə budur. Yoxsa ki, Azərbaycanın da imzaladığı bu sənəd əsla bölgədə sülhməramlı kontingent yerləşdirib erməni separatizmini “reanimasiya eləmək” haqda deyil - erməni onu elə-belə yozmağa çalışsa da.

Bunu anlamaq, qəbul eləmək ola bilsin separatçı ünsürlər üçün çox ağırdır. Ancaq gec-tez mütləq qəbul edəcəklər. Eləcə də Xankəndinin Azərbaycan dövlətinin tərkibindəki şəhərlərdən biri olması gerçəyini. İyundan sonra olmasın, bu yay olsun. Bu yay olmasın, bu il olsun, Xankəndi mütləq nəzarətimizə keçəcək! Uzaq yox, məhz yaxın perspektivdə. Çünki ortada Azərbaycan dövləti və xalqının dəmir iradəsi var və proses 6 aydır başlayıb. Onu nə Moskva, nə ermənilərin çox ümid bəslədiyi Paris və Vaşinqton, nə də Ermənistandakı 10 iyun seçkilərinin nəticələri və “türkonikol”un qalib olub-olmayacağı durdura bilməyəcək...

*****

“Artsax” qatarı, “status” qatarı gedib. Yaxşı olar ki, indi Qarabağ anklavında qalan ermənilər çürük və cəfəng iddialarla, “çəhrayi arzularla” yaşamaqdansa, yavaş-yavaş Azərbaycan dilini öyrənməyə başlasınlar. Elə Azərbaycan həbsxanalarının çoxdan darıxdığı erməni separatçı-canilər də. Çünki məhkəmələr Azərbaycan dilində aparılacaq...
“Yeni Müsavat”

Bölmənin digər xəbərləri

11 May 2021 Prezident bu dəfə Naxçıvandan elan etdi: 5 şərt - GƏLİŞMƏ
10 May 2021 “Qarabağın taleyi həll olundu, indi Moskva və İrəvan təzminat bazarlığı edir” – KUZNETSOV
09 May 2021 Şuşa 1992 və 2020-ci illərdə - FOTO
09 May 2021 Aygül Bağırova yazır: Bəxtəvərsən Azərbaycan, Şuşada bayrağımız dalğalanır!
09 May 2021 İranın Azərbaycandakı səfirliyi o videoları təkzib etdi: "Yalandır"
08 May 2021 “Dəhliz açılmayacaqsa, ruslar da çıxarılmalıdır” - Konkret tələb!
08 May 2021 “Hadrutdan qaçan erməniləri Kremlə məktub yazmağa məcbur edirlər” – GEORGİ VANYAN
08 May 2021 “Zəngəzurun bir hissəsinin Azərbaycana qaytarılması cəmiyyətdən gizlədilir”
07 May 2021 Azərbaycan ordusu Zəngəzurdakı bu göl ətrafında da möhkəmləndi...-FOTOLAR+VİDEO
07 May 2021 Erməni çoban Azərbaycan mövqelərinə gələrək əsgərlərimizlə danışdı - VİDEO
07 May 2021 HƏMSƏDR DÖVLƏTLƏRİN QARABAĞLA BAĞLI XAİN PLANI - NƏ BAŞ VERİR?
07 May 2021 Lavrov Bakıya çantasında Xankəndi ilə bağlı nə gətirir? - İrəvanda təşviş...
06 May 2021 Azərbaycan: işğaldan azad olunmuş torpaqların gələcəyi
06 May 2021 “Qarabağda suriyalı muzdlu” nağılı Ermənistanın özünüifşası ilə nəticələndi
05 May 2021 Baş Prokurorluq və DTX birgə məlumat yaydı - İLGİNC FAKTLAR
05 May 2021 Azərbaycan Sərsəng su anbarı və Xocalıya nəzarəti bərpa edir - AÇIQLAMA
05 May 2021 “Mən istənilən halda qayıtmaq istəyirəm”- FOTO
05 May 2021 İrandan Qarabağa hansı yük daşınır? – Bakıya “mesaj”
04 May 2021 “Njdenin abidəsinin Xocavənddə saxlanılması Rusiyaya da meydan oxumaq deməkdir...” - FAKT BUDUR!
04 May 2021 Ermənilər Xankəndiyə qayıtmaq istəmirlər: “Bizi məcbur edirlər ki...” - Video

Dünyapress TV

Xəbər lenti