Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyevin müharibədən sonra müxtəlif açılışlara qatılarkən və bölgələrə səfərləri zamanı Dövlət Televiziyasına müsahibələri təsadüfi deyil. İlham Əliyev bu müsahibələr vasitəsilə müxtəlif dövlətlərə mesajlar göndərməyi lazım bilir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Prezidentin Naxçıvana səfəri zamanı da müxtəlif dövlətlərə gərəkli mesajlar verildi:

“Birincisi, İlham Əliyev bir daha təkrarladı ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub: “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi artıq yoxdur. Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq doğru deyil”.

İlham Əliyev bunu ona görə dedi ki, bəzi dövlətlər münaqişənin həll olunmasıyla bağlı açıqlamalar verirlər. İlham Əliyevin isə məntiqi belədir ki, əgər münaqişə həll olunmayıbsa, onda noyabrın 10-da imzalanmış bəyanatın mənası nədir?

İkincisi, İlham Əliyev dedi ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycanın və Ermənistanın 10 noyabrda qəbul etdiyi bəyanat münaqişənin həlliylə bağlı sənəddir. Çünki bəziləri 10 noyabr bəyanatını atəşkəs sazişi kimi qiymətləndirir. İlham Əliyev bununla razı deyil. Çünki atəşkəs bəyanatında cəmi bir bənd olur. 10 noyabr bəyanatında isə bir neçə bənd var. İlham Əliyev məntiqi sual da səsləndirir: “Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər?”

Üçüncüsü, İlham Əliyev Kanadanın və Fransanın Azərbaycanın daxili işlərinə qarışdığını bildirərək hər iki ölkənin siyasətini sərt tənqid etdi. Azərbaycanın Kanada ilə sıx əlaqələri yoxdur. Ancaq Azərbaycanın Fransa ilə sıx əlaqələri var idi. Emmanuel Makron Fransa prezidenti seçildikdən sonra bərətərfli qaydada Ermənistanı müdafiə etdi. O, İrəvana getdi, Bakıya gəlmədi. Bundan başqa Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir neçə dəfə Parisə səfər etmişdi. Qarşılıqlı səfərlərdə məqsəd ikitərəfli əməkdaşlığı genişləndirmək idi. Başqa sözlə Makrona qədər Fransa-Azərbaycan münasibətlərində gərginlik yox idi. Makronun yanlış siyasəti nəticəsində iki ölkə arasında münasibətlər faktiki pozulub.

Dördüncüsü, İlham Əliyev Ermənistana mesaj yolladı: “Əgər Ermənistan Azərbaycana qarşı təxribat edərsə, onları heç kim müdafiə edə bilməyəcək, biz yenə də onları məğlub edəcəyik”. İlham Əliyev Dağlıq Qarabağa heç bir status verilməyəcəyini bir daha təkrarladı. Bu İlham Əliyevin həmsədr dövlətlərə - ABŞ, Rusiya və Fransaya mesajı idi. İlham Əliyevin Naxçıvana getdiyi gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gəldi. Beləliklə, İlham Əliyev Lavrovla statusu müzakirə etməyəcəyini Naxçıvandan elan etmiş oldu.

Beşincisi, İlham Əliyev Zəngəzur üzərindən dəmir yolunun çəkiləcəyini bir daha xatılatdı. Bu dəmir yolu Zəngilanı Naxçıvanla birləşdirəcək. Dəmir yolunun 44 kilometri Ermənistan ərazisindən – Zəngəzurdan keçəcək. İlham Əliyev Ermənistan dəmir yolunun Rusiyaya məxsus olduğunu və bu məsələnin Moskva ilə həll olunduğunu vurğuladı”.

E.Şahinoğlu vurğulayıb ki, İlham Əliyevin sonuncu cümləsi Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın seçkiqabağı mövqeyini gücləndirən amilə çevrilə bilər. Çünki Ermənistanın dəmir yollarını Rusiyaya keçmiş prezident və hazırda Paşinyanın əsas rəqibi Robert Köçəryan satıb:

“Görünür, Köçəryanın ağlına da gəlməzdi ki, Azərbaycan nə vaxtsa Zəngilana qədər torpaqları azad edəcək və onun arxalandığı Moskva Zəngəzur üzərindən dəmir yolunun bərpasına yaşıl işıq yandıracaq. Halbuki Köçəryan dəmir yolunu Rusiyaya satmasaydı, Nikol Paşinyan bu gün qətiyyətlə Zəngəzur üzərindən dəmir yolunun açılmayacağını bildirə bilərdi. Paşinyan bunu deyə bilmir, çünki dəmir yolları Ermənistana məxsus deyil. Odur ki, Köçəryana qarşı mübarizədə Paşinyan vacib arqumentə malikdir”.
Ardını oxu...
Rusiyalı politoloq: “Kremlin Ermənistana münasibətində heç bir şey dəyişməyib, sadəcə İrəvanda elitalar dəyişib”

Lavrovun Ermənistana səfəri bir çox cəhətləri ilə yadda qaldı. Əslində, İrəvanda Lavrov erməni radikallarından tutmuş, Ermənistan hakimiyyətinə qədər Zəngəzur dəhlizinin istəsələr də-istəməsələr də, işləyəcəyi mesajını verdi.

Bu dəhliz Ermənistanın özündən daha vacib amildir və qlobal oyunçular bununla maraqlanır. Üstəlik, Kremlin özü də başa düşür ki, bu dəhliz olmadan Ermənistanı indiki ilə müqayisədə təchiz etmək və saxlamaq çox çətin olacaq. Digər tərəfdən də Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bölgə ölkələri arasında dialoqa başlamaq üçün imkanlar açılır.

Mövzunu AYNA-ya tanınmış rusiyalı politoloq Oleq Kuznetsov şərh edib.

- Lavrovun İrəvana səfərini necə qiymətləndirirsiniz? Səfər necə xatırlanacaq?

- Artıq dəfələrlə demişəm ki, 2008-ci ildən - Rusiyada Dmitri Medvedyevin prezidentliyindən başlayaraq Qarabağ nizamlanması məsələsi xarici işlər nazirlərini aşaraq, dövlət başçıları səviyyəsinə qaldırıldı. O zamandan bu yana XİN rəhbərlərinin rolu poçtalyon və ya tibb işçiləri kimi tamamilə texniki xarakter aldı. Lavrov İrəvana müstəqil bir şəxs kimi deyil, çox məhdud və ya heç bir səlahiyyətə sahib olmayan xüsusi tapşırıqlar alan bir məmur olaraq gəldi, bu səbəbdən də səfərinin Qarabağdakı müharibədən sonrakı nizamlama prosesi üçün hər hansı bir həlledici əhəmiyyətə malik ola biləcəyini söyləməyin mənası yoxdur.

Çox güman ki, növbədənkənar parlament seçkiləri ərəfəsində Paşinyanın mövqelərinin nə qədər sabit olduğunu və onu necə dəstəkləyəcəyini görmək üçün İrəvana uçdu. Əlbəttə ki, Moskvanı ən çox 11 yanvar 2021-ci il tarixli sazişin mümkün qədər tez başlaması maraqlandırır, lakin Paşinyan 20 iyun seçkilərində legitimliyini təsdiqləməyincə, bu, mümkün deyil. Beləliklə, Lavrov İrəvana uçdu ki, Ermənistandakı seçki prosesinin Kremlin maraqlarına uyğun olduğuna əmin olsun.

Sualınızın ikinci hissəsinə gəlincə, cavabım çox qısa olacaq: heç nə! Lavrov, düşünürəm ki, bir-iki ilə bu görüş barədə heç bir şey xatırlamayacaq. Əgər, əlbəttə ki, Paşinyan diz çökmüş vəziyyətdə, Ermənistanı daha beş il idarə etmək fürsəti üçün onun əllərini öpməyibsə. Mənim anlayışımda, Lavrovun Qarabağ nizamlama prosesindəki yeri nəzərə alınmaqla, səfər tamamilə simasız idi.

- Lavrovun İrəvanda verdiyi əsas mesajlar hansılardır?

- Hər bir intellektual mesajın konkret bir ünvanı var, belə ki, hər kəs yalnız görmək istədiyini görür və ya ona ünvanlandığına inanır. Şəxsən mən Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvanda iki prinsipial açıqlama verdiyinə inanıram:

Birincisi, Rusiyanın siyasi və hərbi sahələrdə Ermənistanla əməkdaşlığa davam edəcəyini söylədi. Yəni, artıq Paşinyan Putinin “palata xəstəsi” oldu, çünki, əks halda onu yalnız siyasi deyil, həm də fiziki ölüm gözlədiyini bilir və başa düşür.

İkincisi, hər kəsi Qarabağ nizamlama prosesini siyasiləşdirməməyə çağırdı. Bundan belə nəticəyə gəlmək olar ki, bu proses keçmiş münaqişə bölgəsində iqtisadi və nəqliyyat əlaqələrini açmaqdan qaynaqlanan maliyyə axınları mərhələsinə qədəm qoydu. 10 noyabr 2020-ci il tarixli sazişin tərəfləri hipotetik mənfəəti bölüşürlər və pul isə, hər kəsin bildiyi kimi sükutu sevir.

Yuxarıda deyilənlərin hamısından daha bir ümumiləşdirici nəticə çıxır: Qarabağın taleyi artıq müəyyənləşdirilib, Azərbaycanın tam yurisdiksiyasına girəcək və indi bunun üçün Ermənistan və Rusiyanın müvafiq olaraq hansı kompensasiyanı alacağı barədə bir bazarlıq ortadadır.

Bu gün Rusiya Azərbaycanın Cənubi Qafqaz bölgəsində gücünü artırmasından və Ermənistanın öz dövlətçiliyi olmayan Abxaziya səviyyəsinə endirilməsinin qarşısını necə alacağından narahatdır. Ermənistan tam bir siyasi format olunmaqla üz-üzədir və Moskva bu prosesin tamamilə onun nəzarəti altında və kənar müdaxilə olmadan baş tutmasını istəyir. Bu gün Kremldə və Lubyankada Azərbaycanı regionda Türkiyənin mənafelərinin lobbisti sayırlar, ermənilər bu ölkəyə münasibətdə genetik bir fobiya daşıyırlar və Kreml bu fobiyadən istifadə edərək, özünü ermənilərin bioloji varlığının əsas və yeganə müdafiəçisi kimi göstərir, əslində isə bu ölkədəki məqsədlərini həll edir. İndi taleyi əvvəlcədən təyin olunmuş Qarabağ üçün deyil, taleyi hələ anlaşılmaz olan Ermənistan üçün qlobal bir geosiyasi mübarizə var.

- Lavrovun erməni millətçilərinin tezislərini bu qədər kəskin şəkildə susdurması indi hansı proseslərin getməyindən xəbər verir?

- İndiki erməni nasistləri və ultra-nasistlər Qərbyönümlü və açıq şəkildə anti-Rusiya mövqe tuturlar, bunun ən canlı və illüstrativ sübutu keçmiş terror qrupu “Sasna Tsrer” və bu gün ABŞ ordusunun keçmiş yaşıl bereti Jirayr Səfilyanın rəhbərliyi altında Milli Demokratik Qütb siyasi partiyasıdır. Onların fikrincə, bütün Rusiya hərbçiləri Ermənistan və Qarabağdan geri çəkilməli və ölkə ABŞ-ın xarici nəzarəti altına verilməlidir.

Əgər əvvəllər Köçəryan və Sarkisyan dövründə erməni neo-nasistlər və “Miatsum” ideyasının tərəfdarları Kremli dəstəkləyirdilərsə, bu gün onlar Moskvanın əleyhinə çevrildilər və bu, son üç ildə Ermənistanın daxili siyasi mənzərəsindəki əsas dəyişiklikdir. Buna görə hamımız Kremlin erməni neo-nasistlərinə münasibətində bir dəyişikliyin şahidi oluruq: əvvəllər Cənubi Qafqaz bölgəsindəki hərbi-siyasi nüfuzlarını və varlıqlarını qorumaq üçün Ermənistandakı rejimləri dəstəkləyirdilərsə, bu gün həqiqətən Ermənistana qarşı apardığımız xarici siyasətimizin nəticələri ilə mübarizə aparmalıyıq.

Buna görə bir neçə il əvvəl sükutu ilə erməni millətçilərini dəstəkləyən Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovun davranış tərzindəki dəyişikliklər baş verir və bu gün onların söz və geopolitik cəfəngiyatlarını kəsmək məcburiyyətində qalır. Üstəlik, Ermənistana münasibətdə, bölgədəki geosiyasi təsirinin bir forpostu olaraq Kremlin münasibəti heç bir şəkildə dəyişməyib: pul və silahla qidalandırmaqda davam edəcək, çünki bu istiqamətdə hər addımın arxasında korrupsiya sxemləri var və konkret yüksək rütbəli rus məmurlarının ticari mənafeyi, hər tranşdan və ya çatdırılmadan faiz alması durur. Buna görə Kremlin Ermənistana münasibətdə siyasətində bir şeyin dəyişdiyi barədə illüziyalar qurmaq düz deyil. Sadəcə, İrəvanda elitalar dəyişib...

Müəllif: Nicat Hacıyev

Ardını oxu...
 

Azərbaycan əsilli fransalı məşhur fotoqraf Reza Deqati 1992 və 2020 başlığı altında Şuşadan şəkil paylaşıb.

 

Ardını oxu...

 

 
 

Ardını oxu...
 
 

Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”

Azərbaycan Respublikasının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev

Azərbaycan paytaxtından 373 kilometr aralıda yerləşən Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb.Bundan başqa 55 nəfər əsir düşüb və ya ya girov götürülüb.
İşğal nəticəsində 22 minə yaxın insan məcburi köçkün düşüb.Ötən 28 ildə nə qədər ağır və ümidsiz zamanlar olsa belə, Azərbaycan xalqı heç bir zaman Şuşaya qayıtmaq ümidini itirmədi.....

Keçən il 9 mayda Ermənistanın Baş naziri Nikol Paşinyan Şuşada şəhərin ələ keçirilməsinin 27-ci ildönümünü qeyd etmək üçün düzənlənən məclisdə yallı gedənlərə qoşuldu. Mayın 21-də Şuşada separatçı "DQR"-in yeni "prezidenti"nin andiçmə mərasiminin keçirilməsi Azərbaycan xalqının qaysaq bağlamayan yarasında köz basdı....

Cənab Ali baş komandan İlham Əliyev ikinci vətən müharibəsi dövründə müsahibələrində işğaldan azad edilmiş ərazilərlə bağlı danışarkən: "Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı". deyə vurğulamışdı.
Vəəə nəhayət.......

"Qucaqda gedən körpələr,tank belində qayıtdı"

27.09 2020
Azərbaycan tarixində bu gün hesab günüdür. Düşmən aciz vəziyyətdə hərbi texnikalarını ataraq meydandan qaçdı. Şəhidlərimizin qanı yerdə qalmaz və qalmayacaq deyən Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər ordumuz qisasımızı döyüş meydanlarında düşmənə sarsıdıcı zərbələr vurmaqla aldı. Heç bir qüvvə Azərbaycanın iradəsinə təsir göstərə bilməzdi, onu haqq savaşından döndərə bilməzdi.

O gün gəldi.....

08.10.2020
İşğalından 28 il 6 ay sonra Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan paytaxtdakı Şəhidlər xiyabanından xalqa müraciət edərək dedi:
“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!
Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Şuşanın işğaldan azad edilməsi xəbərini xalqa çatdırmazdan əvvəl birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edən, onun ruhu qarşısında baş əyən Prezident İlham Əliyev həm də ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt sandığını qeyd edərək dedi: “Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

O gün Ali Baş Komandanın müjdəsi təkcə sentyabrın 27-dən bu yana iş­ğal altındakı torpaqlarımızın azad edilməsi ilə bağlı növbəti qələbə xəbəri deyildi, həm də son 17 illlik prezident­lik fəaliyyətinin sevinc, fərəh dolu bir gündə atanın – ümummilli lider Heydər Əliyevin – “Mən ona özüm qədər inanı­ram” etimadının oğul tərəfindən doğrul­dulması, ata vəsiyyətinə ləyaqətlə əməl edilməsi və ötən illər ərzində yurd, torpaq uğrunda qanlarından-canlarından keçən şəhidlərimizin ruhları önündə hesabatı idi.....

07.05.2021

Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb.
Gözün aydın olsun, əzəmətli Şuşa Qalası, daha da gur çağla, İsa bulağı! Lalələrin, nərgizlərin bir daha solmasın, Cıdır düzü, həsrətdən, xiffətdən boynun bükülməsin, daim üzün gülsün, Xarı bülbül, qonaqların aşıb-daşsın, Karvansaray, duaların qəbul olunsun, Gövhər Ağa məscidi!

Ruhun şad olsun, Pənahəli xan Cavanşir, tikdirdiyin Şuşa qalasında üçrəngli Azərbaycan bayrağı dalğalanır. Ruhun şad olsun, Xan qızı Natəvan, Şuşaya çəkdirdiyin “Xan qızı bulağı” bundan sonra daha gur axacaq. Ruhun şaddır, Molla Pənah Vaqif, Şuşada qoşduğun gözləlləmələr daha şövqlə səslənəcək dilimizdə bundan sonra.

Ruhun şaddır, Üzeyir bəy, “Koroğlu” üverturası Şuşanın əzəmətli zirvələri, quşqonmaz qayaları ilə baş-başa, səs-səsə verib daha zəmətli səslənəcək bundan sonra.

Ruhun şaddır, Xan əmi, Şuşanın dağları daha dumanlı deyil...

Ruhun şaddır, Qasım bəy Zakir, Mir Mövsüm Nəvvab, Nəcəf bəy Vəzirov, Cabbar Qaryağdıoğlu, Əhməd bəy Ağaoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Bülbül, Lətif Kərimov, Niyazi, Rəşid Behbudov, Şirin Mirzəyev, Ramiz Qəmbərov...
Ruhun şad olsun, “Şuşa Azərbaycanın ən əziz və ən böyük tarixi olan bir guşəsidir” - söyləyən, hər zaman Şuşa ilə nəfəs alan, Şuşada Vaqifə, Xan qızı Natəvana abidələr ucaldan ulu öndərimiz Heydər Əliyev!

Şuşanın ən uca zirvəsində sənin heykəlin ucaldılacaq - xalqımızın qəlbində çoxdan ucalmış heykəlin!
Gözün aydın olsun, “Şuşasız bizim işimiz yarımçıq qalar” - deyən və bu haqq işini qeyrətlə, cəsarətlə, əzmlə başa çatdıran Ali Baş Komandanım!

2016-cı ilin aprel zəfərindən sonra Qarabağa qayıdışımızın simvolu olan Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərini tikməklə müqəddəs Şuşamızı heç zaman unutmadığınızı bir daha nümayiş etdirmişdiniz və bununla ən yaxın zamanda müqəddəs şəhərimizin - Şuşamızın işğaldan azad ediləcəyinin mesajını vermişdiniz!

Bu gün o bəxtəvər günün sevincini yaşayırıq. Bəxtəvərsən Azərbaycan, Şuşada bayrağımız dalğalanır!
Əsgərlərimiz Şuşadan raport verir. Şuşa məscidindən 28 il sonra azan səsləri eşidilir. Duaların qəbul oldu, Azərbaycan! Allah səni hifz etdi.
Dünya durduqca var ol, məmləkətim!

Aygül Bağırova-Azərbaycan Jurnalistlər Birliyinin üzvü

XalqXeber.Az
Ardını oxu...
İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi xüsusi bəyanatla çıxış edib.

Teref.az bildirir ki, Musavat.com-a göndərilən həmin bəyanat – açıqlama İran məxsus maşınların Qarabağın dağlıq hissəsində yaşayan ermənilərə qanunsuz olaraq humanitar yardım daşıması barədə yayəlan videoları təkzib edən mətndən ibarətdir.

Həmin mətni təqdim edirik:

“Dost və qardaş Azərbaycan Respublikasının şərəfli və müdrik xalqının diqqətinə çatdırılır:

Laçın dəhlizindən İrana məxsus yük maşınlarının Qarabağa gediş-gəlişi ilə bağlı kiber məkanda irəli sürülən iddialara cavab olaraq, İran İslam Respublikasının müvafiq qurumları tərəfindən aparılmış araşdırmalara əsasən iddianı və yayımlanan videonu sübut edən heç bir dəlil əldə edilməmişdir.

İki dost və qardaş ölkə arasındakı münasibətlərin inkişaf etdiyi bir vaxtda, iki ölkə arasındakı münasibətlərin inkişafını istəməyən kanallar və qruplar tərəfindən belə əsassız və yalan məlumatlar yayımlanır”.

Musavat.com bildirir ki, sosial mediada və ölkə saytlarında Laçın dəhlizindən İrana məxsus yük maşınlarının Qarabağa gediş-gəlişi ilə bağlı videolar yayılıb. İddia olunur ki, həmin videolarda görüntülənən maşınların nömrələri İrana məxsusdur.
Ardını oxu...
“Təklif edirəm ki, ölkəmizin protokol proqramına Qənimətlər Parkını ziyarət də salınmalıdır. İlk olaraq isə bu prosedur Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun bir neçə gün sonra Bakıya nəzərdə tutulan səfərində icra edilməlidir”.

Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin Mətubat xidmətinin rəhbəri beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Feysbuk hesabında qeyd edib.
Məlum təkliflə bağlı politoloq Natiq Miri fikrilərini “Sherg.az”la bölüşüb.

Onun sözlərinə görə, sözügedən prosedurun protokol proqramına salınmasının iki dövlət arasındakı münasibətlərə ciddi təsiri yoxdur:

“Həqiqətən də bu protokol Rusiya Xarici işlər naziri, erməni mənşəli Lavrova göz dağı vermək xarakteri daşıyırsa, bu, cəmiyyətimizin ürəyinə su səpmiş kimi olsda da, mahiyyət etibarı ilə heç nə dəyişməyəcək. Düşünürəm ki, belə təkliflərin dövlət səviyyəsində protokola salınması və razılaşdırımasındansa, Lavrovdan bir çox sualın cavabı alınmalıdır.

Xüsusilə də Şuşaya atılan “İskəndər- M” raketlərinin hansı səbəblə Ermənistanda peyda olması sualının cavabı soruşulmalıdır. Həmçinin Lavrova deyilməlidir ki, 10 noyabr üçtərəfli bəyanatında Ermənistan və Rusiyanın konkret götürdüyü öhdəliklər var. Hələ də 4-cü müddəanın tətbiqini görmürük. Yenə də Ermənistan ordusunun qalıqları Qarabağdadır. Bununla bağlı Rusiyanın niyyəti öyrənilməlidir”.

N.Miri vurğulayıb ki, Ermənistana səfər edən Lavrovun yol nəqliyyat infrasturukturunun açılması ilə bağlı “Ermənistan istəməzsə, məcburiyyət ola bilməz” kimi açıqlamasının nəyə hesablandığı soruşulmalıdır:

“Bu, həm Ermənistanın, həm Rusiyanın 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il anlaşmasından imtinası anlamına gəlir. Sual verilməlidir ki, bu belədirsə və hər iki bəyannamələr öz icrasını dayandırıbsa və heç bir öhdəlik yerinə yetirilmirsə, rus sülhməramlıların Qarabağda nə işi var? Çünki rus sülhməramlıları məhz 10 noyabr razılaşmasına görə, Azərbaycana soxulub. Ona görə də yol- nəqliyyat infrasturukturu açılmayacaqsa, Laçın dəhlizi bağlanmalı, rus qoşunları da Azərbaycandan çıxarılmalıdır. Bütün bu suallar verilməli və cavablar alınmalıdır. Əks təqdirdə Rusiya-Azərbaycan strateji tərəfdaşlığı şübhə altına düşəcək”.
Ardını oxu...
Vitali Arkov: “Dağlıq Qarabağda yaşayanların emosiyalarının soyuması və soyuqqanlı düşünmələri üçün vaxt lazımdır”

Vətən müharibəsində işğaldan azad edilən Hadrutdan qaçan ermənilər çərşənbə günü Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında aksiya keçiriblər. “Aravot” nəşrinin xəbərinə görə, etirazçılardan biri jurnalistlərə açıqlamasında iki məqsədlərinin olduğunu deyib: “Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan Xarici İşlər Nazirliyini ziyarət edəcəyini öyrəndik. Vaxtını (gəlişini) bilmirdik, buna görə indi buraya gəlib şikayətimizi təqdim edib-etməyəcəyimizə qərar verdik”.

İkinci hədəfə gəldikdə, aksiya iştirakçısı deyib ki, Ermənistan xarici işlər naziri əvəzi Ara Ayvazyana məktub vermək və onunla Hadrut camaatının gələcəyi ilə bağlı görüşmək istəyirlər: “Biz vətənimizə qayıtmaq istəyirik. Başqa bir yerdə yaşamaq istəmirik: nə Yerevanda, nə də Hadrut xaricində Artsaxın digər bölgələrində. Bizə Artsaxın müxtəlif bölgələrində yaşamaq təklif olunur, bunu istəmirik, çünki bir yerdə yerləşsək, torpağımızı unutmaq üçün bir addım olar. Hadrutu unutmaq istəmirik”.

Yaşlı kişi təəssüflə Ermənistan hakimiyyətinin atdığı addımların yetərli olmadığını bildirib: “Biz səlahiyyətlilərimizin diqqətini Hadrutda yaşananların hələ bitmədiyinə yönəltmək istəyirik”.

Sonra “Hadrut naminə” İctimai Birliyinin sədri Artur Sarkisyan açıqlama verib ki, etirazçılar Hadrut və Qarabağın digər bölgələrində məskunlaşan sakinlərin vəziyyətini aydınlaşdırmaq, təhlükəsizlikləri ilə bağlı məlumat almaq üçün Ayvazyanla görüşməyi xahiş edirlər: “Lavrovdan gözləntilərimiz yoxdur. O, Ermənistan və Artsax Xarici İşlər nazirliklərinin işində vasitəçi rolunu oynaya bilər ki, işğal altındakı torpaqlarımızla bağlı məsələ ən qısa müddətdə həll edilsin”.

Sarkisyan əlavə edib ki, aksiyanın əsas məqsədi “Artsax”dan köçürülmüş insanların vətənlərinə qayıtmaq üçün diplomatik prosesin sürətləndirilməsini tələb etməkdir.

Çox təəccüblüdür, amma bütün bu xəbərlərdə həm Hadrut, həm də bütün “Artsax”ın daxil olduğu ərzilərin sahibi - Azərbaycan haqqında bir kəlmə də yoxdur. Bu etirazçılar Hadrut bölgəsinin yerli sakinləri olduqları təqdirdə, Azərbaycan hakimiyyətinə müraciət etmək üçün fürsətə sahib olduqlarını və təbii ki, özlərini Azərbaycan Respublikasının vətəndaşı kimi tanımağa hazırdırlarsa, evlərinə qayıtmalarına icazə veriləcəyini düşünmürlər.

Xeyr, Azərbaycanın bu ərazisini “işğal altında olan torpaqlarımız” adlandırırlar. Bu cür düşüncələr haradandır? Bəs, Azərbaycanın bir hissəsi olan və sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yaşamaq üçün qalan ermənilərin hamısı eyni şeyi düşünürlərsə? Onları beynəlxalq qaydalar və qanunlara uyğun olaraq, Azərbaycanın yurisdiksiyasında yaşamağın zəruriliyinə necə əmin etmək olar? Bunun yeganə dinc alternativi – bu torpaqlardan Ermənistana, ya da başqa bir yerə birdəfəlik köçməkdir Görəsən, gələcəkdə bu məsələlərin müsbət həlli üçün bir şans varmı?


AYNmövzunu tanınmış xarici elspertlərlə müzakirə edib.

Erməni hüquq müdafiəçisi, “Tekali” Sülhməramlıların Vətəndaş Assosiasiyasının sədri Georgi Vanyan:

“Azərbaycan torpaqları müharibə yolu ilə öz yurisdiksiyasına qaytardı. Bəs, görək bu gün bu müharibənin davamı hansı siyasət oldu? Atəşkəsi dəstəkləyən yeganə sənəd olan Üçlü Sazişin əsl siyasəti nədir? Ermənistan-Azərbaycan münaqişəsi indi tamamilə dəyişdirilib, bütün humanitar məsələlər arxa planda qalır, insanları və vətəndaşları narahat edən bütün problemlər istisnasız həll olunmur. Yalnız ərazilər məsələsi həll olunur - yalnız kvadrat kilometrə nəzarət məsələsi.

Qəbul etmək istəsək də, istəməsək də, bu müddətdə yalnız hərbi güc, hərbi potensial vacibdir - özümüzün və ya başqasının gücü fərq etməz. Eyni situasiya 90-cı illərdə də yaranmışdı. Torpağı ələ keçirmək mümkün idi - ələ keçirdilər. 30 ildən sonra Azərbaycan ermənilərə eyni şəkildə cavab verir. Torpağı, yalnız insansız torpağı qaytarır. Xalqlarımızın buna necə gəlməsi uzun bir söhbətdir.

Bu gün Lavrov və Hadrut sakinləri ilə olan bu vəziyyət informasiya müharibəsinin bir epizodu olan təbliğatın bir hissəsidir. Hadrutlular öz evlərində, Azərbaycana qayıdan torpaqlarda qalmadılar. Bu gün Hadrut sakinlərinin qəfildən İlham Əliyevdən onların da Prezidenti olmasını xahiş edəcəyini gözləmək olarmı? Əlbəttə ki, hamısı deyil, amma bir çox erməni azərbaycanlılarla yanaşı olan evlərində yaşaya bilər. Amma indi mövcud vəziyyətdə onlara nə təklif olunur? Satqın olmaq? Düşmənin tərəfində informasiya müharibəsinin silahına çevrilmək? Heç bir normal insan bunu etməz.

Hadrutdan qaçanlar müharibənin qurbanlarıdır, iki müharibənin qurbanları. Onları istifadə etmək asandır və indi də istifadə olunurlar - onları Kremlə məktub və müraciət ünvanlama yə məcbur edirlər. Nə ermənilərin, nə də azərbaycanlıların diplomatiyası və humanitar məsələlərin müstəqil həlli təcrübəsi var. Hər şey belə qalacağı halda, yalnız cəbhə xətləri çəkəcəyik və Rusiya Federasiyası əsgərlərinin mühafizəsi altında dəhlizlər boyunca hərəkət edəcəyik”.

Rusiyalı politoloq, “PolitRUS” ekspert və analitik şəbəkəsinin qurucusu Vitali Arkov:

“Bəli, digər variant Azərbaycan vətəndaşlığını əldə etməkdirsə, onda Qarabağdakı ermənilərin çoxları “Böyük Ermənistana” və ya Rusiyaya getməyə üstünlük verəcək. Bu, Ermənistanda on illərdir davam edən dövlət təbliğatının nəticəsidir və istər-istəməz obyektiv reallıqdır. İnsanların, xüsusən də yaşlı nəslin düşüncələrini Üçlü Sazişin altında çəkilən qələm zərbəsi ilə dəyişdirmək mümkün deyil.

Lakin bir çox insanın sadəcə getmək üçün heç bir yeri yoxdur. Bölgədə yaşayanların əhəmiyyətli bir hissəsi yoxsulluq həddində yaşayırlar – onlarda vəziyyət Ermənistanın özündən də pisdir. Bunların rəsmi Bakının problemləri olmadığı aydındır. Ancaq onların həllində iştirak etməli olacaq. Məsələn, Moskvanın vasitəçiliyi ilə Rusiyadakı Azərbaycan və erməni icmaları arasında danışıqlara başlamaq olar, çünki bu format bu gün daha az ziddiyyət təşkil edir və daha çox ehtimal ki, erməni icmasının Dağlıq Qarabağdan Rusiyaya köçmək istəyən soydaşlarını dəstəkləməsinə imkan verəcək.


Bununla birlikdə, gerçəyə baxmağa dəyər: sakinlərin bir qismi həm vətəndaş pasportu almaqdan, həm də köçməkdən imtina edəcək. Və indi, obyektiv olaraq, böyük əksəriyyət belə düşünür. 2020-ci ilin payız hadisələri hələ çox təzədir.

Dağlıq Qarabağda yaşayanların emosiyalarının soyuması və soyuqqanlı düşünməsi üçün vaxt lazımdır. Yeni (növbədənkənar parlament seçkilərindən sonra) Ermənistan hakimiyyət orqanlarının həm əvvəllər işğal olunmuş ərazilərlə (ritorikalarındakı revanşist açıqlamaları istisna olmaqla), həm də qonşuları - Azərbaycan və Türkiyəyə münasibətdə mövqelərini dəyişdirmələri üçün də vaxt lazımdır. Söhbət əvvəlcə yaxşı qonşuluqdan yox, ən azından dinc-yanaşı yaşamaq üçün qarşıdurmadan kənarlaşmaqdan gedə bilər.

Öz növbəsində, Azərbaycan tərəfi səbirli olmalı və geri qaytarılan torpaqlarda quruculuq yolu ilə Dağlıq Qarabağın erməni icmasına həm fərqli həyat keyfiyyətinin perspektivlərini, həm də sülhə yönəlməsini nümayiş etdirməlidir - erməni radikallarının yanlış məlumatlarının əksinə olaraq.

Ancaq Azərbaycan vətəndaşlığına keçməsi kimi sərt ultimatumlar qoyulması və üstəlik hərbi güc tətbiqi ilə dərhal həll variantından danışmaq qaçılmaz olaraq yeni bir müharibəyə və yeni qurbanlara səbəb ola bilər. O cümlədən Azərbaycan tərəfdən. Azərbaycan Silahlı Qüvvələrinin aşkar üstünlüyünə baxmayaraq, şərti bir partizan hərəkatı (erməni tərəfinin terminologiyasında) və ya diversant silahlı dəstələrin (Azərbaycan tərəfinin terminologiyasında) meydana çıxması olduqca realdır.

Nəsə, mənə elə gəlir ki, bütün maraqlı tərəflər Dağlıq Qarabağın hazırkı vəziyyətində orta, amma olduqca gözlənilən müddət üçün “konservasiya” variantını düşünərək seçib”.

Müəllif: Rauf Orucov
Ardını oxu...
Keçən əsrin 90-cı illərində Ermənistan Azərbaycanın ərazisinin əhəmiyyətli hissəsini ələ keçirəndən sonra çox diqqət çəkməyən proses başlamışdı.

Zəngəzur mahalının Qarabağa düşən torpaqlarının bir qismi Sünik (Zəngəzur) vilayətinə verilmişdi. Ermənistan bu gedişlə Qarabağın cənubunu təhvil verəndən sonra ərazi baxımından qabağa düşməyə çalışırdı. Amma Azərbaycanın qələbəsi başqa həqiqəti ortaya qoydu. İşğala qədər olan sərhədlər bərpa olunur. Bu halda Zəngəzurun müəyyən hissəsi Azərbaycana qaytarılır.

Teref.az xəbər verir ki, Ermənistanda bu həqiqəti qəbul etmək istəmirlər. Zəngəzurda torpaq itkisi bu ölkədə çox sərt qarşılanır. Ermənistan hakimiyyəti təslimçilikdə ittiham olunur. Etirazlar bir-birini əvəz edir. Hakimiyyətin ünvanına bu istiqamətdə tənqidlər çoxalıb. Zəngəzur itkisi Ermənistan cəmiyyəti üçün arzuolunmaz prosesin vacib hissəsidir və bütün ölkədə ağrılı qarşılanır.

Politoloq Edqar Elbakyan öz sosial şəbəkə səhifəsində bu haqda yazıb. O, Ermənistan hakimiyyətini xalqdan həqiqəti gizlətməkdə ittiham edib. Elbakyan bildirib ki, Ermənistan hakimiyyəti Zəngəzurla bağlı yalan danışır, Ermənistan xalqına gerçək vəziyyət çatdırılmır. Yəni tarixi mahalın ərazilərinin bir hissəsinin Azərbaycana qaytarılması cəmiyyətdən gizlədilir.

Politoloq Azərbaycanı Ermənistanın torpaqlarını ələ keçirməkdə ittiham edib. Elbakyan yazıb ki, bizim ölkəyə verilən yerlər SSRİ-nin baş qərargahının xəritəsində Sünik vilayətinin ərazisi kimi göstərilib. Halbuki məhz Sünik vilayəti Azərbaycanın tarixi torpaqları sayəsində yaradılıb.

Elbakyan Ermənistan hakimiyyətinin çox qorxaq siyasət yürütdüyünü bildirib. Politoloq düşünür ki, rəsmi İrəvan Azərbaycanın tələb etdiyi hər şeyi, o cümlədən Zəngəzuru verməklə başağrısından yaxa qurtarmaq istəyir. Elbakyan Nikol Paşinyanı və onun komandasını aciz adlandırmaqdan çəkinməyib. Politoloq hamını məsələ ilə bağlı ciddi etiraza çağırıb.

Sosial şəbəkələrin Ermənistan seqmentində məsələyə çox həssas yanaşırlar. Elbakyanın fikirləri də xüsusi müzakirəyə səbəb olub. Ermənistandan olan sosial şəbəkə istifadəçiləri hesab edir ki, ölkə hakimiyyətinin qorxaq siyasətinə son qoymaq lazımdır. Onlar Azərbaycanın tələblərinin yerinə yetirilməsindən narahatlıq ifadə edir. Belə fikirlər səslənir ki, Zəngəzurun müəyyən əhəmiyyətli hissəsinin Azərbaycana verilməsi ilə bağlı gizli danışıqlar aparılır.

Bizimyol.info
 

 

Ardını oxu...
“Ermənistan son müharibədə təslim olduqdan sonra Sünik mərzindəki Qafanın Nor Araçadzor qəsəbəsi yaxınlığında da Azərbaycan Silahlı Qüvvələrinin dayaq məntəqələri yerləşdirilib”.
Ardını oxu...
Moderator.az xəbər verir ki, bunu qəsbkar ölkənin Panorama.am nəşri yazır.
 
“Həmin ərazidə David-Bek su anbarı və ya yerli sakinlərin dediyi kimi “Engels gölü” də var. Ötən ilin yaz-yay mövsümündə  bu göl yaxınlığında çox sayda istirahət edənlər olurdu. Ancaq indi insanlar asudə vaxtlarını burada keçirməkdən qorxurlar, çünki düşmən çox yaxındadır.
Ardını oxu...
David-Bek su anbarının direktoru Engels Tumanyan Zangezur.TV-yə verdiyi müsahibədə gölün ətrafının əvvəllər şənlik olduğunu, insanların qorxmadan buraya gəldiklərini söyləyib. “Amma indi türklər yaxında yerləşdikləri üçün insanlar buraya gəlmək qorxurlar”-deyə direktor bildirib”- erməni nəşrinin yaydığı xəbərdə belə deyilir.

 

Sultan Laçın
 
Ardını oxu...
Ermənistanın Gorus rayonunun Azərbaycanla sərhəddə yerləşən Aravus kəndində bir nəfər də olsun erməni əsgər yoxdur.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.
Məlumatda bildirilir ki, Aravus kəndinin bələdiyyə başçısı Arqam Hovsepyan və kəndin çobanı Azərbaycan əsgərlərinin dayandığı posta gələrək onlarla danışıb. Yayılan video görüntüdə onların yanında erməni hərbçlərin olmadığı görülür. Bələdiyyə başçısının azərbaycanlı hərbçilərlə nə danışdığı barədə məlumat verilmir.
Lakin, qeyd edək ki, bir qədər əvvəl Aravus kəndinin bələdiyyə başçısı Arqam Hovsepyan Ermənistan mətbuatına açıqlamasında vaxtı ilə otlaq ərazisi kimi istifadə etdikləri 63 hektar sahənin Azərbaycanın nəzarəti altına keçdiyini bildirib.
Bələdiyyə başçısı deyib ki, artıq heyvanlarını otarmağa çox az yer qalıb: “Heyvanlarımızı Azərbaycan mövqelərin çox yaxın otarmağa məcbur oluruq”.

Dünyapress TV

Xəbər lenti