Behnuş Bəhraminiya 6 noyabr 2021-ci il tarixdə Tehrana gedib, lakin Xomeyni adına hava limanı polisi onu noyabrın 9-da gördüyünü deyir.
Sitat.info xəbər verir ki, 34 yaşlı iranlı-kanadalı qadının valideynləri onun İranda həbs olunduğunu düşünürlər. Kanadanın "Global news" xəbər ajansı Behnuşun atası Əmir Bahraminiyaya istinadən xəbər verir ki, qız bir il yarım öncə həyat yoldaşı ilə birlikdə İrana səfər edib və o vaxtdan bəri onun haqqında heç bir məlumat yoxdur.
Behnuşun ailəsi kimliklərini açıqlamayan iki mənbəyə istinadən bildirir ki, qızları “milli təhlükəsizliyə qarşı təhdid” ittihamı ilə İranda həbsxanadadır.