İranın ali dini lideri Ayətullah Əli Xamenei İranda bir çox tələbə qızın zəhərlənməsi məsələsinə münasibət bildirib.
Demokrat.az xəbər verir ki, Əli Xamenei Ağacəkmə Günü münasibətilə qatıldığı tədbirdə çıxışı zamanı zəhərlənmədə günahı olanların cəzalandırılacağını deyib:
"Bu hadisə cəmiyyətin ən günahsız hissəsinə, yəni uşaqlara qarşı bağışlanmaz cinayətdir. Son üç ayda çoxlu qız tələbənin zəhərləndiyi hadisələrlə bağlı səlahiyyətlilər məsələyə ciddi yanaşmalıdır. Bu hadisədə əli olan şəxs və ya qruplar tez tapılmalı və ən ağır şəkildə cəzalandırılmalıdır. Hər kəs bilməlidir ki, bu cinayəti törədən və ya edənlər müəyyən edilərsə və mühakimə olunarsa, onlar heç vaxt bağışlanmayacaqlar və başqalarına ibrət dərsi olmaq üçün onları ən ağır şəkildə cəzalandırılacaq".