Müəllimədən dəhşətli işgəncə:
Müəllimədən dəhşətli işgəncə: ögey qızının başını...
Rusiyada, Volqoqrad vilayətində 40 yaşlı yerli sakin səkkiz yaşlı ögey qızına işgəncə verməkdə təqsirli bilinir.

Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

İdarədən verilən məlumata görə, bu ilin may ayından iyun ayına kimi Krasnıy Oktyabr kəndinin Komsomolskaya küçəsindəki fərdi yaşayış evində ögey anası qıza nifrət etdiyi üçün onu mütəmadi olaraq döyüb. V1.ru nəşrinin aydınlaşdırdığı kimi, qadın uzun illər informatika müəlliməsi işləyib. Bundan əlavə, o, bir dəfə isti ütü götürərək uşağın başına qoyub, bundan sonra qızı huşunu itirənə qədər döyüb.

İyun ayında təqsirləndirilən şəxs ögey qızını əvvəlcə əlləri və ayaqları ilə döyüb, sonra isə başını tualetə salaraq suyu buraxıb. Sonra isə qızı kəmərlə qamçılayıb.(milli.az)

Zərərçəkmiş zorakılığa dözə bilməyib evdən qaçaraq nənəsinin yanına gəlib və başına gələnləri danışıb. Nənəsi hüquq-mühafizə orqanlarına müraciət edib, bundan qızın ögey anası saxlanılaraq istintaq təcridxanasına yerləşdirilib.

Dünyapress TV

Xəbər lenti