Kardaşyan 1.3 milyon dollar cərimələnib-SƏBƏB
Erməni əsilli model Kim Kardaşyan 1.3 milyon dollar məbləğində cərimələnib.

Bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası məlumat yayıb.

Kardaşyan "EthereumMax" adlı kriptovalyutanı qanunsuz tanıtmaqda ittiham olunub.

Sosial şəbəkə hesablarında 250 milyondan çox abunəçisi olan Kardaşyan növbəti üç il ərzində kriptovalyutaları reklam etməyəcəyinə söz verib.

 

Dünyapress TV

Xəbər lenti