Dünən axşam saatlarında İstanbulun Nişantaşı səmtində naməlum səbəbdən qadınlar arasında dava düşüb.
Musavat.com xəbər verir ki, vətəndaşların müdaxiləsi ilə dava edən qadınlar çətinliklə bir-birindən ayrılıb.
Sözügedən hadisənin görüntüləri kameralara əks olunub.
Bir-birilərinin saçını yolan qadınlar davadan sonra hadisə yerindən qaçıb. Hazırda İstanbul polisi bu qadınları axtarır. Davanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.