Alman qız azərbaycanlı idmançıya elə bir təklif etdi ki... -
Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü Fərid Almaniya vətəndaşı Helenə (adlar şərti verilib - red.) təcavüz edib.

Teref.az bildirir ki, Fərid 7 mart 2016-cı ildə axşam saatlarında Tatarıstanın Kazan şəhərində "Tiamo" adlı klubda sərxoş vəziyyətə düşüb.

Həmin gün klubda tanış olduğu Helenin saat 23.30-da birinci mərtəbədəki sanitar qovşaq istiqamətində getdiyini görüb. O, qadınla cinsi əlaqəyə girmək niyyətinə düşüb və onun arxasınca gedib.

Helenlə sanitar qovşağa daxil olub və ona cinsi əlaqədə olmağı təklif edib. Ancaq Helen təklifdən imtina edib. Fərid qapını arxadan bağlayaraq Helenin üzərinə hücum çəkib, güc tətbiq etməklə onun əynindəki paltarları çıxarıb. Daha sonra köməyə adam çağırmasın deyə əlləri ilə qadının ağzını tutub, onunla təbii yolla cinsi əlaqədə olub.

Fərid daha sonra Tatarıstan ərazisini tərk edib və buna görə də məhkum olunmayıb. Azərbaycana qayıdan Fəridin barəsində Rusiyada axtarış elan edilib. Ötən il Fərid Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub.

İstintaq orqanı tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 12.1-ci (Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər) və 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə ittiham elan edilib.

"Cinsi əlaqədə olmağı o təklif etdi"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, həqiqətən də deyilən vaxt Kazan şəhərində olub və bibisi oğlu ilə həmin kluba gedib: "Biz klubda Helenlə tanış oldum. Klubda istirahət edəndən sonra qız mənə yuxarı tualetə qalxmağı və orada cinsi əlaqədə olmağı təklif etdi. Mən də təkliflə razılaşdım. Orada şalvarını aşağı çəkdi. Mənə birinci başlamağı təklif etdi. Təklif mənə xoş gəlmədi. Ona görə Helenə təklif etdim ki, birinci o başlasın.

Bundan sonra o, mənə qarşı nalayiq sözlər işlətdi. Mən də məcbur olaraq qızı vurdum. Bu vaxt qapı döyüldü, qapını açanda orada işləyən ofisiantın olduğunu gördüm.

Ofisinat mənim qıza təcavüz etdiyimi bildirdi. Buna görə aramızda mübahisə düşdü. Mən ofisiantla dalaşdım".

"Xəsarət yetirməmişəm"

Fərid qeyd edib ki, qızla cinsi əlaqədə olmayıb: "İttihamda qeyd olunan qızın üzərindəki xəsarətləri yetirmək üçün azı 10-15 dəqiqə vaxt lazım idi. Lakin qızla həmin tualetdə cəmi 5-6 dəqiqə olduq. Qapı döyüldükdən sonra özüm qapını açdım. Bu zaman ofisiantla mübahisə etdim. Tualetə girərkən qapını qız özü bağlamışdı.

Həmin vaxt kluba biz 4 nəfər getmişdik. Onlardan ikisi azərbaycanlı - biri bibim oğlu, digəri isə qohumumdur. Bir nəfər bizim tanışımız olan tatar uşaq olub.

Kazan şəhərinə toyda iştirak etmək üçün getmişdim. Azərbaycana hadisənin səhərisi günü qayıtmamışam. Hadisə baş verən kafeyə ilk dəfə getmişəm. Bisioğlugilin bundan əvvəl də həmin kafeyə getdiklərini bilirdim".

Fərid bildirib ki, idman fənlərindən biri üzrə müəllimi kimi fəaliyyət göstərib, yığma komandanın hazırda üzvüdür.

"Kluba getdik"

Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini tədqiq edib.

O, ifadəsində göstərib ki, 2016-cı ilin martın əvvəllərində Rusiya Federasiyası Tatarstan Respublikasının Kazan şəhərində yaşayan bibisi oğlu Vəlinin toy mərasiminə gedib: "Orada bibim Sevilin ailəsi ilə yaşadığı evdə qaldım.

Martın 7-də saat 17-18 radələrində bibim oğlu və uzaq qohumum Vasiflə birlikdə "Tiamo" adlı karaoke kluba getdik. Oraya çatdıqda Vəlinin İsmayıl adlı dostu da kluba gələrək bizimlə birlikdə oturdu. Klubda mən pivə işdim, yanımdakılar isə spirtli içki içmədilər".

"Rəfiqəsi ilə yaşadığını bildirdi"

Təqsirləndirilən şəxs qeyd edib ki, yandakı masada iki qızın oturduğunu görüb: "Qızlardan biri masadan uzaqlaşdığı üçün pivə bakalımı götürdüm və masaya yaxınlaşaraq tək qalmış qızı yanında oturdum, onunla tanış oldum.

Bir müddət sonra o biri qız masaya qayıtdığı üçün öz masama keçdim. Bu hal klubda olduğumuz zaman bir neçə dəfə baş verdi. Qızla təxminən bir neçə saat söhbət etdik. Söhbət zamanı qız dedi ki, adı Helendir, Almaniya vətəndaşıdır, Kazan şəhərinə tək gələrək rəfiqəsi ilə yaşayır".

"Cinsi əlaqədə olmağa cəhd etmədim"

Fəridin ifadəsinə görə, daha sonra onunla birlikdə rəqs edib: "Rəqs zamanı Helen mənə tualetdə cinsi əlaqədə olmağı təklif etdi. Onunla klubun yuxarı mərtəbəsinə, tualetə qalxdıq.

Bu zaman Helen qapısı açıq olan tualetə keçərək mənim əlimdən tutdu, özü ilə tualetə saldı və qapını içəridən bağladı. Cinsi əlaqədə olmaq üçün məndən 2000-3000 rubl pul istədi. Helenə pulla cinsi əlaqədə olacağım barədə əvvəlcədən məlumat vermədiyini irad tutdum. Nalayiq sözlərlə onu təhqir etməyə başladım.

Bu səbəbdən tualetdə təxminən 3-4 dəqiqəlik mübahisə etdik. Lakin ona qarşı hər hansı fiziki zor tətbiq etmədim. Onunla zorla cinsi əlaqədə olmadım, buna cəhd də göstərmədim".

"Özümü itirdim"

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Helen qəflətən unitazın üstündə oturub və qışqıraraq köməyə adam çağırıb:

"Ardınca isə əlləri ilə əynindəki paltarları və üz-gözünü cırmağa başladı. Nə səbəbə onun belə hərəkətlər etdiyinə anlam verməyərək özümü itirdim. Helen təxminən 10-15 saniyə qışqırdıqdan sonra tualetin qapısı bayır tərəfdən döyülməyə başladı.

Qapını içəridən açdıqda klubun ofisiantı qızı nə səbəbə zorladığımı soruşdu. Ofisiantın bu sözünə əsəbləşərək onu vurdum. Səs-küyə klubda qəlyançı işləyən adını bilmədiyim digər şəxs və bibim oğlu gəldi. Bizi ayırdılar.

Bibim oğlu ilə bayıra çıxdıq, onun avtomobilində klubu tərk etdik. Səhəri gün, yəni martın 8-də orada qalmağımın təhlükəli ola biləcəyini düşündüm və Kazan şəhərindən təyyarə ilə Bakıya qayıtdım".

"Məni zorla saxladı"

İş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Helenin sözlərinə görə, 7 mart 2016-cı ildə saat 22 radələrində rəfiqəsi ilə görüşüb: "Birlikdə Kazan şəhərində "Tiamo" karaoke klubuna getdik. Bir masada əyləşib pivə sifariş etdik. Qonşu masada dörd nəfər cavan oğlan əyləşmişdi. Saat 23 radələrində zaldan siqaret çəkmək üçün çıxanda qonşu masadan olan oğlan yaxınlaşaraq mənimlə söhbət etməyə çalışdı. Lakin onunla əlaqə qurmayaraq masaya geri qayıtdım.

Bir müddət sonra birinci mərtəbədə insanların az olduğu yerdə yerləşən tualetə getdim. İçəri girib qapını bağladım. Bu zaman Fərid zorla tualetə girdi, qapını bağladı və mənim əllərimdən tutdu. Xahiş etdim ki, məni buraxsın, onun əlindən çıxmaq istədim. Oğlan xahişlərimə məhəl qoymadı və məni zorla tutaraq saxladı".

"Mənə təcavüz etdi"

Helin qeyd edib ki, onların arasında dartışma başlanıb: "Mən qışqırdım və kömək istədim. Fərid məni döşəməyə yıxdı, əllərini arxaya saldı və məni vurmağa başladı. Bir neçə dəfə başımdan vurduqdan sonra əynindəki şalvarını aşağı çəkdi. Mənə təcavüz etdi. Müqavimət göstərdim və qışqırdım.

Lakin Fərid yenidən mənə bir neçə zərbə vuraraq zor gücünə üzü üstə döşəməyə uzatdı. Əlləri ilə ağzımı və burnumu tutdu. Nəfəs almaqda çətinlik çəkməyə başladım. Yenidən bir neçə dəfə məni vurdu. Mən öz orqanımda güclü ağrılar hiss edərək huşumu itirdim".

Zərərçəkmiş qeyd edib ki, Fəridin onunla təkrar cinsi əlaqədə olmaq niyyətini başa düşüb: "Buna görə yenidən qışqırmağa başladım. Bu zaman hansısa bir kişi qapını sındıraraq tualetə daxil oldu və Fəridi oradan bayıra çıxardı. Yanıma ofisiantlar və rəfiqəm gəldilər. Hadisə yerinə gələn polis əməkdaşları məni istintaq orqanına apardılar".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə təqsirləndirilən şəxsin Heleni zorlaması barədə ittiham sübuta yetirilməyib. Bu səbəbdən onun barəsində bəraət hökmü çıxarılıb.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə iclas zalında dərhal həbsdən azad edilib./teleqraf.com
 

Dünyapress TV

Xəbər lenti