“Kristal” oteldə dava: -
Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən "Kristal” oteldə dava düşüb.

TEREF.AZ-ın qaynarinfo-ya istinadən məlumatına görə, Sabir (şərti) adlı şəxs oteldə Səbinə (şərti) adlı qadınla dava edib. O, qadının telefonunu əlindən alaraq yerə çırpıb. Hadisə ilə bağlı şikayət edilib.

Sabir İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinirək, barəsində protokol tərtib olunub və iş baxılması üçün məhkəməyə gönərilib.

Sabir məhkəmədə izahatında bildirib ki, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəyib. Belə ki, onun mobil telefonunu dostuna məxsus telefon təmiri mağazasında 50 manat ödəməklə təmir etdirib, ondan üzr istəyərək, aralarında barışığa nail ola bilib. Əməlindən peşman olduğunu deyən Sabir maddi imkansızlığını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edib.

Zərərçəkmiş şəxs məhkəmə iclasında və təqdim etdiyi yazılı ərizəsində bildirib ki, Sabir ona vurduğu ziyanı ödəyib. Bu səbəbdən ona qarşı heç bir şikayəti və tələbi yoxdur.

Məhkəmənin qərarı ilə Sabir İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib və vurulmuş ziyanın bir misli (50 manat) məbləğində cərimə cəzası təyin olunub.
 

Dünyapress TV

Xəbər lenti