Lənkəranda ana doğuşdan sonra ölüb
Körpənin həyatını xilas etmək mümkün olub
Lənkəranda ana ölümü baş verib. Teref.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Lerik sakini, 2001-ci il təvəllüdlü Rəqsanə Səmid qızı Xangəldiyeva doğuşdan sonra ölüb.
Mərhum qadın övladını dünyaya gətirdikdən sonra həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib. Körpənin həyatını isə xilas etmək mümkün olub.
Faktla bağlı araşdırma aparılır.

Dünyapress TV

Xəbər lenti