Ardını oxu...
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova sosial şəbəkədə Bakıdan paylaşım edib.

Bakupost.az xəbər verir ki, o, Feysbuk səhifəsindəki paylaşımında "Bakıda əhval-ruhiyyə qırmızıdır" - deyə qeyd edib.

Qeyd edək ki, Mariya Zaxarova dünən Bakıya gəlib.

O, Rusiya Xarici işlər naziri Sergey Lavovun rəhbərlik etdiyi nümayəndə heyətində yer alır.

Ardını oxu...
 
 
Ardını oxu...

Bakının Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Stimul” adlı klinikanın baş həkimi Sevda Abdullayevin adı ciddi qalmaqlada hallanır. Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov “Xural TV” internet televizyasına müsahibəsində bildirib ki, baş həkim Bakının Nizami rayonuna boşalan icra hakimiyyəti təyin edilmək həvəsinə düşüb və bunun üçün milyonlarla dollar vəsaiti bir nəfərə verib. Nəticədə aldadılan baş həkim xərclədiyi pulları da geri ala bilməyib. Mirkazım Seyidov müsahibəsində bildirib ki, məhz bu hadisəyə görə, Dərbəndin eks meri Qurban Qurbanovla baş həkim arasında ciddi qalmaqal yaşanır. Azinforum.az Mirkazım Seyidovun müsahibəsindəki həmin məqamları təqdim edir:

P.S. Səslənən iddialarla bağlı, adları çəkilən bütün şəxslərin də mövqeyinə yer verməyə hazırıq. //azinforum.az//
 
 
Ardını oxu...
Böyük Britaniyada estetik cərrahiyyə sahəsində xidmət göstərən “Transform Hospital Group” mütəxəssisləri onlara müraciət edən xəstələrin istəklərini əsas götürərək “mükəmməl qadın” obrazı yaradıblar.

“Daily Mail” xəbər verir ki, mütəxəssislər ən məşhur 16 qadını bir nəfərdə cəmləşdiriblər.

Cizgilərdə Holli Villoubbayın mükəmməl qaşları, britaniyalı model Rosi Hantinqton-Vaytlinin sinə hissəsi, amerikalı aktrisa Cenifer Enistonun bel hissəsi, Cenifer Lobezin çanaq hissəsi, Qvinet Peltrounun əlləri, Viktoriya Bekhemin qılçaları, Emma Vatsonun bazu hissəsi, Skarlet Yohansonun ayaq hissəsi “götürülüb”.
Ardını oxu...
Ardını oxu...
Türkiyənin Hacəttəpə Universiteti Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin həkimi Turanə Rəsulova yeni növ koronavirus infeksiyasına yoluxub.

“Report” xəbər verir ki, bunu Turanə Rəsulova özünün sosial şəbəkədəki hesabında bəyan edib.

O, COVID-19-un Britaniya ştammına yoluxduğunu bildirib.

Qeyd edək ki, Hacəttəpə Universitet xəstəxanasında çalışan azərbaycanlı həkim Turanə Rəsulova şair Aqşin Yeniseyin həyat yoldaşıdır.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatıan görə, koronavirusun VOC-202012/01 variasiyası Britaniyada keçən ilin sentyabrında ortaya çıxıb və artıq dünyanın 100-dən çox ölkəsində yayılıb.
Ardını oxu...
Səbail Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Bayramova Xalidə Nuru qızının qanunsuz hərəkətlərə yol verməsi haqqında daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Prokurorluqdan “Yeni Sabah”a daxil olan xəbərdə bildirilir ki, araşdırma zamanı müəyyən edilib ki, Səbail RİHB-nin birinci müavini Xalidə Bayramova öz vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib “Covid-19” xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb edib.

Qeyd edilənlərlə bağlı Xalidə Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü “Prokurorluq haqqında” Qanununun 23-cü maddəsinə əsasən Səbail Rayon İcra Hakimiyyətinə müvafiq təqdimat verilib.

Korrupsiya.info
Ardını oxu...
Tanınmış Hollivud aktrisası Şeron Stoun “Sabahın xeyir, Britaniya” proqramının qonağı olub.

“Haber Global”ın məlumatına görə, məşhur canlı efir zamanı maraqlı açıqlamalar verib.

Stoun 2001-ci ildə insult və iflic keçirdiyi anlarda yaşadıqlarını xatırlayıb.

Aktrisa bildirib ki, həmin anda ətrafında danışılanların hamısını eşidib.

“Ruhumun bədənimdən ayrılıb yuxarıya doğru hərəkət etdiyini hiss etdim. Sanki məndən əvvəl ölmüş insanları görürdüm. Onlarla danışmırdım, amma aramızda bir əlaqə yarandığını hiss edirdim”, - deyə ulduz bəyan edib.

Qeyd edək ki, Stoun xəstəlikdən sonra çox sürətlə yaxşılaşıb. Bir il sonra aktrisa “Oskar” mərasimində Con Travolta ilə səhnədə rəqs edib.
Ardını oxu...
Rusiya Böyük Teatrının keçmiş prima balerinası Anastasia Voloçkova Türkiyədə çılpaq çəkilərək təhqiramiz paylaşım edib.

Yenisabah.az xəbər verir ki, rəqqasə Oleq adlı gizli sevgilisi ilə istirahət edir və tez-tez təhrikedici foto və video ilə paylaşımlar edir.

Bir neçə saat əvvəl o, Maldiv adalarında, dəniz sahildə tamamilə çılpaq və bədənini yalnız tüllə örtmüş başqa təhrikçi video yayımlayıb.

“Bura müsəlman ölkəsidir, indi müqəddəs Ramazan ayı yaşanır. Mən isə çimərlikdə çılpaqsan. Başqa bir ölkənin dininə, adət və ənənələrinə hörmətsizlik? Utanmaz!” – deyə bir pərəstişkarı ona etiraz edib.
 
 
Ardını oxu...
İki il əvvəl nişanlanan Yeni Zelandiya Baş naziri Casinda Ardern evlənəcəyini açıqlayıb.

Bu barədə o, “Goast” radio proqramına müsahibəsində deyib.

Televiziya aparıcısı ilə nişanlı olan Ardern Cənubi yarımkürədəki ölkədə dekabr və fevral ayları arasına düşən yay mövsümündə evlənəcək.

“Özümü ziyafət verməyəcək qədər yaşlı hesab edirəm”, - deyə 40 yaşlı baş nazir bildirib.

Ardern Klark Qayford ilə 3 may 2019-cu ildə nişanlanıb. Cütlüyün 2 yaşlı qızı var.

O, qızını 2018-ci ildə, baş nazir olaraq dünyaya gətirib.oxu
Ardını oxu...
Ardını oxu...
“Microsoft” şirkətinin təsisçisi və sahibi Bill Geytsin həyat yoldaşı Melinda ondan boşanandan sonra 1,8 milyard ABŞ dolları məbləğində qiymətli kağız alıb.

“Report” “Bloomberg”-ə istinadən xəbər verir ki, həmin qiymətli kağızlar arasında Kanada Milli Dəmir Yollarının (CN) 1,5 milyard ABŞ dolları məbləğindəki səhmləri, habelə ABŞ-ın “Autonation” avtomobil satışı şirkətində 300 milyon dollarlıq pay var. Bu barədə ABŞ rəsmi qurumları üçün hesabat sənədlərində bildirilir.

“Forbes”-ə görə, Bill Geytsin varidatı 124 milyard dollardır.
Ardını oxu...
Şirvan şəhərində döyülmə hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Abdullayev Rövşən Mikayıl oğlu həyat yoldaşı tərəfindən bellə döyülərək müxtəlif xəsarətlər alıb.

O, Şirvan şəhər Mərkəzi Xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Dünyapress TV

Xəbər lenti