Gənc millət vəkili Kamal Cəfərovun hansı ixtisas sahibi olduğunu bilmirəm və araşdırmaq həvəsim də yoxdur, amma " NOWARCI- lar Rəsulzadənin səhvlərini təkrarlayır " müəllif yazısında bütün həqiqətləri bir kənara qoyub tarixi faktları təhrif edib.Müəllif yoxdan var olan Azərbaycan yaradan , ücrəngli bayrağı bizlərə əmanət edən Cümhuriyyət lideri M.Ə.Rəsulzadəni bir qrup" sülh təşəbbüsçüsü " gənclərlə uğursuz, yersiz müqayisə edir. Bəri başdan onu deyim ki, bu " NOWARCI" ların mövqeyini, baxışını, sülh təşəbbüsü formatını qəbul etmirəm. K.Cəfərov onu yazır ki, Rəsulzadə Trabzon , Batum konfranslarında Osmanlı dövlətinin , xüsusən Ənvər və Tələt paşaların mövqeyinin əksinə olaraq Cənubi Qafqazda erməni dövlətinin yaradılmasını dəstəkləyib. Hardan alınıb bu fakt ? Əvvəla, Kamal Cəfərov bilməmiş deyil ki, Trabzon və Batum konfranslarından əvvəl Cənubi Qafqazda Zaqafqaziya Komissarlığı , Zaqafqaziya Seymi fəaliyyət göstərirdi və bu qurumlarda hakimiyyət Qafqazda yaşayan , Rusiya Müəssislər Məclisinə seckilərdə topladıqları səs faizinə görə azərbaycanlılar, gürcülər və ermənilər arasında bölünmüşdü. Bölgədə erməni dövlətinin yaradılmasının son kökü bu tarixi proseslərə bağlıdır, Rəsulzadə və tərəfdarlarının burda hər hansı günahı yoxdur. Qaldı ki, Rəsulzadənin erməni və gürcü liderlərindən fərqli olaraq həddən ziyadə sülh tərəfdarı olması məsələsinə, bəli , bu reallıqdır.Rəsulzadə və Cümhuriyyət qurucularının əsas amalı bölgədə sülhün və əminəmanlığın təmini idi.Gürcülərin, ermənilərin aqressiyasının , müharibə tərəfdarı olmalarının səbəbi isə onların Osmanlı dövlətinə qarşı barışmaz mövqeyi, Brest- Litovski sazişini tanımamaları, Batum məsələsi ilə bağlı idi.Rəsulzadə və Müsəlman Milli Şurası erməni və gürcüləri həqiqəti anlamağa dəvət edir, Osmanlı dövlətinə qarşı müharibə çağrışlarından onları cəkindirmək istəyir, sülh təşəbbüsü ilə çıxış edirdilər. Bu tarixi missiyanın bir qrup gəncin təşəbbüsü , davranışı ilə müqayisəsi isə doğu yanaşma deyil. Hörmətli millət vəkili bir suala cavab versə yaxşı olar , Azərbaycan Cümhuriyyətinin 1918- ci ilin 28 May İstiqlal bəyannaməsində elan etdiyi sərhədləri sülhlə, danışıqla qəbul etməyənlərə qarşı Türkiyədən ordunu kim dəvət elədi ? Qafqaz İslam Ordusunu formalaşdırıb, gənc Azərbaycan hökümətinin imkanlarını səfərbər edən, 6 ay İstiqlal uğrunda savaş aparanların əsas ideoloqu, fikir komandanı Rəsulzadə deyildi ? Rəsulzadə təkçə ideoloq deyildi , həm də şavaşcı idi. Sadəcə ötəri toxundum bu məsələlərə, geniş faktlara söykənməyə ehtiyac duymadım.Cünki, müqayisə də, göstərilən faktlar da həqiqətdən cox uzaqdır. Akif Aşırlı Teref.az